Cavab: qurana görə, dini yalanlayanların sırası onu açıq-aşkar inkar edənlərlə bitmir. normativ ibadətləri yerinə yetirdiyi halda allah taalanın dini danan adlandırdığı kimsələr də var. maun surəsində bu barədə deyilir: “1. görmüsənmi dini danan kimsəni? 2. yetimi qovan odur, 3. yoxsulu yedirtməyə meyli olmayan odur. 4. vay halına o namaz qılanların ki, 5. ötürərlər namazının vaxtını, 6. riyakarlıq eləyərlər, 7. ən adi şeylərə qızırğalanar onlar”. buradan görünür ki, açıq inkarla yanaşı dini danmanın fərdi-psixoloji və sosial-iqtisadi olmaqla iki təzahürü var: 1. namaz aktyorluğu, 2. nemətləri başqaları ilə bölməmək, zəif və yoxsulları nemətlərdən məhrum etmək.
Kateqoriya | Dini suallar |
Sualı yazan | Gizli istifadəçi |
Oxunub | 3 dəfə |
Yerləşdirildi | 5 ay öncə |