[Azərbaycan tərcüməsi]
Ha, Mim![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Açıq-aydın olan bu Kitaba and olsun ki,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz onu mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik. Şübhəsiz ki, Biz xəbərdarlıq edirik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Hər hikmətli iş o gecə ayırd edilir -[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Tərəfimizdən verilən bir əmr ilə. Həqiqətən, Biz elçilər göndəririk.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Rəbbindən bir rəhmət olaraq! Şübhəsiz, O, hər şeyi eşidəndir, biləndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasındakıların Rəbbidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ondan başqa heç bir ilah yoxdur! Dirildən də, öldürən də Odur. O, həm sizin, həm də əcdadınızın Rəbbidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Xeyr! Onlar şübhə içində əylənirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ona görə də sən göydən açıq-aydın bir duman gələcəyi günü gözlə! (Ayədəki “duman” haqqında iki rəvayət vardır. Bir rəvayətə görə, dumandan məqsəd qıtlıq və quraqlıqdır. Çünki o dövrdə şiddətli quraqlıq və qıtlıq olmuş, qüreyşlilər də buna görə Həzrət Peyğəmbərə müraciət etmişdilər. Digər bir rəvayətə görə isə, bu duman qiyamət əlamətlərindən olub şərq və qərbin arasını bürüyəcək gerçək bir dumandır.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O duman insanları bürüyəcəkdir. Bu, acı bir əzabdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(O zaman insanlar belə deyəcəklər:) “Ey Rəbbimiz, bizi bu əzabdan xilas et! Həqiqətən, biz iman gətirmişik”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İndi onların öyüd-nəsihəti qəbul etmələrinin nə xeyri var?! Halbuki onlara açıq-aşkar bir peyğəmbər gəlmişdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sonra ondan üz döndərmiş və: “O, öyrədilmiş bir divanədir”, - demişdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz sizi əzabdan bir az xilas edəcəyik, ancaq siz yenə (əvvəlki halınıza) geri dönəcəksiniz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlara güclü bir zərbə endirəcəyimiz gün, şübhəsiz, Biz intiqamımızı alacağıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz onlardan əvvəl Firon qövmünü də sınağa çəkmişdik. Onlara şərəfli bir peyğəmbər gəlmişdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(O belə demişdi:) “Allahın bəndələrini mənə verin! Həqiqətən, mən sizə göndərilən etibarlı bir peyğəmbərəm.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allaha qarşı təkəbbürlənməyin! Şübhəsiz, mən sizə açıq-aydın bir dəlil gətirmişəm.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sizin məni daşqalaq etməyinizdən mənim də, sizin də Rəbbiniz olan Allaha sığınmışam.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]