[Azərbaycan tərcüməsi]
Ha, Mim![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu Kitab qüdrətli və hikmət sahibi Allah tərəfindən nazil edilmişdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, göylərdə və yerdə möminlər üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sizin yaradılışınızda və (yer üzünə) yaydığı canlılarda da yəqinliklə inananlar üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Gecə və gündüzün ard-arda gəlməsində, Allahın göydən ruzi (su) endirib onunla torpağı ölümündən sonra diriltməsində və küləkləri əsdirməsində də düşünüb dərk edənlər üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bunlar sənə haqq olaraq oxuduğumuz Allahın ayələridir. Elə isə onlar Allahdan və Onun ayələrindən sonra hansı sözə inanacaqlar?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İftiraçı və günahkarların vay halına![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, özünə oxunan Allahın ayələrini eşidir, sonra da onları eşitmirmiş kimi təkəbbürlənərək (küfrdə) israr edir. Buna görə də ona acı bir əzabla müjdə ver![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, ayələrimizdən bir şey öyrəndiyi zaman onları ələ salır. Məhz belələri üçün alçaldıcı bir əzab vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar cəhənnəmlə qarşılaşacaqlar. Nə qazandıqları, nə də Allahdan başqa dost tutduqları (bütlər) onlara bir fayda verəcək. Onları böyük bir əzab gözləyir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu (Quran) doğru yola aparan bir rəhbərdir. Rəbbinin ayələrini inkar edənlər üçün şiddətli və ağrılı-acılı bir əzab vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əmri ilə gəmilərin üzməsi və sizin də Onun lütfündən ruzi axtarmağınız və şükür etməyiniz üçün dənizi sizin xidmətinizə verən Allahdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, göylərdə və yerdə nə varsa, hamısını Öz tərəfindən (bir lütf olaraq) sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, düşünüb öyüd alanlar üçün bunda (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İman gətirənlərə de ki, qazandıqları günahlar səbəbilə bir qövmü cəzalandırsın deyə Allahın (əzab) günlərini gözləməyənləri bağışlasınlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kim yaxşı bir iş görərsə, bu onun öz lehinə, kim də pis bir iş görərsə, bu onun öz əleyhinə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, Biz İsrail oğullarına Kitab, hökm və peyğəmbərlik verdik. Onlara yaxşı nemətlərdən ruzi verdik və onları aləmlərdən (digər insanlardan) üstün etdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Din barəsində onlara açıq-aydın dəlillər verdik. Ancaq onlara elm (dəlillər) gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ixtilafa düşdülər. Şübhəsiz ki, Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sonra səni də dində bir şəriət sahibi etdik. Sən ona tabe ol və bilməyənlərin arzularına uyma![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, onlar səni Allahdan (Onun əzabından) heç cür qoruya bilməzlər. Həqiqətən, zalımlar bir-birinin dostudurlar. Allah isə müttəqilərin dostudur.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu (Quran) insanlar üçün açıq-aydın dəlillər, yəqinliklə inananlar üçün də hidayət və rəhmətdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]