[Azərbaycan tərcüməsi]
Ey Peyğəmbər, Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə! Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allaha təvəkkül et! Vəkil (qoruyan) olaraq Allah yetər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah bir insanın sinəsində iki qəlb yaratmamışdır. O, zihar etdiyiniz zövcələrinizi analarınızın yerinə qoymamış, oğulluğa götürdüklərinizi də oğullarınız olaraq tanımamışdır. Bunlar sizin söylədiyiniz boş sözlərdir. Allah isə həqiqəti söyləyir və doğru yola yönəldir. (Cahiliyyə dövründəki adətə görə bir kişi öz arvadına: “Sən mənə anam kimisən!” - dedikdə o qadın onun anası kimi hesab olunur və artıq ər arvadına yaxınlaşa bilməzdi. Bu adətə də “zihar” adı verilirdi. Yuxarıdakı ayədə, bir insanda iki qəlb olmadığı kimi, bir qadının həm ana, həm də zövcə ola bilməyəcəyinə işarə olunur. Eyni zamanda övladlığa götürülmüş uşağın da doğma uşaq kimi olmadığı bildirilir. Qurani-Kərim ərəblərin bu iki adətini ortadan qaldırmışdır. Zihar edən bir kişiyə də kəffarə cəzası verilməsinə hökm olunmuşdur.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onları (oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın! Allah nəzdində bu daha ədalətlidir. Əgər onların atalarının kim olduğunu bilmirsinizsə, onları din qardaşlarınız və yaxınlarınız olaraq görün. Çaşıb etdiklərinizə görə yox, qəsdən etdiklərinizə görə sizə günah yazılar. Allah bağışlayandır, rəhmlidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Peyğəmbər möminlərə özlərindən daha yaxındır. Peyğəmbərin zövcələri də onların analarıdır. Qohum olanlar Allahın Kitabına görə (vərəsəlik baxımından) bir-birlərinə digər möminlərdən və mühacirlərdən daha yaxındırlar. Ancaq dostlarınıza vəsiyyət edə bilərsiniz. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır. (Daha əvvəl möminlər bir ailə kimi bir-birlərinin varisi olduqları halda bu ayə ilə vərəsəlikdə qohumlara üstünlük verilmişdir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bir zaman peyğəmbərlərdən əhd almışdıq; səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan. Biz onlardan möhkəm bir əhd almışdıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Allah bu əhdi almışdır ki,) doğru danışanların doğruluqlarını soruşsun. O, kafirlər üçün acı bir əzab hazırlamışdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür. (Hicrətin beşinci ilində Qüreyş və Qətəfan qəbilələri birləşərək Mədinəyə hücum etmişdilər. Mədinədə müsəlmanlarla müttəfiq olan Bəni-Qüreyzə qəbiləsi isə xəyanət edərək düşmənlərin tərəfinə keçmişdi. Xəndək müharibəsi adlanan bu döyüşdən müsəlmanlar qalib çıxmışdı. Yuxarıdakı ayədə bu hadisəyə işarə olunur.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar həm yuxarıdan, həm də aşağıdan sizin üstünüzə gəldikləri zaman gözləriniz bərəlmiş, ürəkləriniz ağızlarınıza gəlmiş və Allah barəsində müxtəlif şeylər düşünmüşdünüz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Orada möminlər sınağa çəkilmiş və şiddətlə sarsılmışdılar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O zaman münafiqlər və qəlblərində xəstəlik olanlar: “Allah və peyğəmbəri bizə yalnız yalan şeylər vəd ediblər”, - deyirdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu vaxt onlardan bir dəstə: “Ey Yəsrib (Mədinə) xalqı, sizin üçün burada qalacaq yer yoxdur, geri qayıdın!” – demişdi. Onlardan bir dəstə də Peyğəmbərdən izin istəyərək: “Həqiqətən, evlərimiz açıqdır (təhlükə altındadır)”, - deyirdilər. Halbuki, evləri açıq deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər Yəsribin (Mədinənin) hər tərəfindən onlara hücum edilsəydi, sonra da onlardan fitnə (şirk qoşmaları) tələb olunsaydı, şübhəsiz, bunu edər və azacıq da olsa yubanmazdılar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Halbuki onlar daha əvvəl (düşmənə) arxalarını çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilən sözün məsuliyyəti vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz! (Döyüşdən qaçdığınız təqdirdə) siz yalnız az bir müddət (dünya nemətlərindən) istifadə edə biləcəksiniz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Əgər Allah sizə pislik etmək istəsə, sizi Ondan kim qoruya bilər, yaxud O sizə mərhəmət etmək istəsə, (buna kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir dost, nə də bir yardımçı tapa bilərlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, Allah sizdən (döyüşə) mane olanları da, qardaşlarına: “Bizim yanımıza gəlin!” - deyənləri də tanıyır. Onların yalnız az bir hissəsi döyüşə gələr.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Gəlsələr də) sizə qarşı xəsisdirlər. Onlara qorxu üz verdikdə can üstə olan adam kimi gözləri dönərək sənə baxdıqlarını görərsən. Qorxu getdikdən sonra isə, xeyirdə (qənimət mallarında) xəsislik edərək acı dilləri ilə sizi incidərlər. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar (düşmən) dəstələrin getmədiklərini zənn edirlər. Əgər dəstələr gələsi olsa, özləri çöldə bədəvilərin arasında olub sizə dair xəbərləri (uzaqdan) soruşmaq istəyərdilər. Sizin aranızda olsaydılar belə, çox az döyüşərdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]