[Azərbaycan tərcüməsi]
Həmd göyləri və yeri yaradan, zülmətləri və nuru xəlq edən Allaha məxsusdur! (Bu qədər dəlillərdən) sonra kafirlər, (yenə də bütləri) Rəbbinə tay tuturlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sizi palçıqdan yaradıb sonra ölüm vaxtını təyin edən də Odur. Onun dərgahında müəyyənləşdirilmiş bir vaxt (qiyamət gününün vaxtı) vardır. Sonra siz yenə də şübhə edirsiniz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Göylərdə və yerdə (tək ilah olan) O Allahdır! O, gizlətdiyinizi də, aşkar etdiyinizi də bilir. O, sizin qazandığınızı da bilir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlara haqq gəldiyi vaxt onu yalan saydılar. Ancaq məsxərəyə qoyduqlarının xəbərləri tezliklə onlara gələcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi?! Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Onlara göydən bol yağış göndərmiş və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahları səbəbilə məhv etdik və onlardan sonra başqa nəsillər yaratdıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər sənə kağız üstünə yazılmış bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunsaydılar, inkar edənlər yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”, - deyərdilər. (Qurani-Kərim Həzrət Peyğəmbərə (s.ə.s.) ya Cəbrail vasitəsilə, ya da vasitəsiz vəhy yolu ilə nazil olmuşdur. Hər iki halda da ayələr yazılmış surətdə yox, Peyğəmbərə vəhy edilərək qəlbinə yerləşdirilmişdir. Bəzi kafirlər isə ayələrin yazılı surətdə gəlməsini istəyirdilər. Yuxarıdakı ayədə bu hadisəyə işarə edilir və ayələr yazılmış halda nazil olsa da, onların iman gətirməyəcəkləri bildirilir. Necəki, Musa peyğəmbərə Tövrat yazılı şəkildə nazil olmuş, ancaq yenə də insanların arasından onu inkar edənlər çıxmışdı.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi. (Müşriklər Həzrət Peyğəmbərə (s.ə.s) iman gətirmək üçün gözləri ilə görə biləcəkləri bir mələyin göndərilməsini və onun peyğəmbərliyini təsdiq etməsini istəyirdilər. Allah-Təala bu ayədə, onların mələyi görsələr də yenə iman gətirməyəcəklərini və bunun müqabilində də tövbə etmələrinə möhlət verilməyib dərhal məhv ediləcəklərini xəbər vermişdir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər onu (peyğəmbəri) bir mələk etsəydik, şübhəsiz ki, onu da bir insan surətinə salar və yenə onları düşdükləri şübhəyə salardıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Buna görə də istehza etdikləri (əzab) məsxərəyə qoyanları bürümüşdü.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Yer üzündə gəzib dolaşın, sonra (peyğəmbərləri) təkzib edənlərin aqibətinin necə olduğuna baxın!”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Göylərdə və yerdə olanlar kimindir?” De ki: “Allahındır!” O, Özünə mərhəmətli olmağı vacib etmişdir. O sizi olacağına şübhə olmayan qiyamət günündə mütləq bir yerə toplayacaqdır. Özlərinə zərər yetirənlər isə iman gətirməzlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Gecə və gündüzün içində olan hər bir şey Onundur. O, hər şeyi eşidəndir, biləndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Göyləri və yeri yaradan, (yaratdıqlarını) bəslədiyi halda Özü bəslənməyən Allahdan başqasınımı özümə dost tutacağam?!” De: “Mənə ilk müsəlman olmağım əmr edildi və: “Əsla müşriklərdən olma!” (- deyə buyuruldu)”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Rəbbimə asi olacağım təqdirdə böyük bir günün əzabından qorxaram”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün kim (əzabdan) xilas olunarsa, şübhəsiz ki, (Allah) ona rəhm etmişdir. Açıq-aydın uğur (qurtuluş) budur.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər Allah sənə bir zərər yetirsə, Ondan başqa heç kəs onu dəf edə bilməz. Əgər O sənə bir xeyir yetirsə, (buna da heç kəs mane ola bilməz). O, hər şeyə qadirdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, bəndələri üzərində tam hakimiyyət sahibidir. O, hikmət sahibidir, hər şeydən xəbərdardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “(Həqiqətən, peyğəmbər olduğuma dair) mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə, sizi və (Quranın) çatdığı hər kəsi onunla xəbərdar etməyim üçün vəhy olundu. Yoxsa siz Allahla yanaşı başqa ilahların olduğunamı şahidlik edirsiniz?” De: “Mən şahidlik etmərəm!” De ki: “O, yalnız tək bir ilahdır. Həqiqətən, mən sizin şərik qoşduqlarınızdan uzağam!” (Məkkəli müşriklər Həzrət Peyğəmbərə: “Sənin peyğəmbər olduğuna dair heç bir şahid yoxdur”, – demişdilər. Bu hadisədən sonra yuxardakı ayə nazil olmuşdur.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kitab verdiyimiz kimsələr onu (Peyğəmbəri), öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana salanlar iman gətirməzlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]