[Azərbaycan tərcüməsi]
İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı! Onlar isə qəflət içində (haqdan) üz çevirirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Rəbbindən onlara gələn hər yeni xəbərdarlığa ancaq istehza ilə qulaq asarlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onların qəlbləri əyləncədədir (qəflətdədir). Zülm edənlər (öz aralarında) gizli-gizli pıçıldaşdılar ki: “Bu (Mühəmməd) da sizin kimi bir insandır. Elə isə gözünüz görə-görə sehrəmi tabe olursunuz?”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Peyğəmbər) dedi: “Rəbbim göydə və yerdə söylənən hər bir sözü bilir. O, hər şeyi eşidəndir, biləndir”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar isə: “(Quran) qarmaqarışıq yuxulardır. Xeyr, onu özü uydurmuşdur! Xeyr, o bir şairdir! Elə isə, o bizə əvvəlki peyğəmbərlərə göndərilənə bənzər bir möcüzə gətirsin!” - dedilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət iman gətirməmişdi. İndi onlarmı iman gətirəcəklər?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Ey Peyğəmbər!) Biz səndən əvvəl də məhz özlərinə vəhy etdiyimiz kişiləri peyğəmbər göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun! (Təfsirçilərə görə, bu ayədəki “zikr əhli” ifadəsi ilə Tövrat və İncil haqqında doğru və kifayət qədər biliyə sahib olan əhli-kitab alimləri nəzərdə tutulur.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz onları (peyğəmbərləri) yemək yeməyən bir cəsəd etmədik. Onlar (bu dünyada) əbədi də deyillər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sonra onlara verdiyimiz sözü yerinə yetirdik. Beləcə, həm onlara, həm də dilədiyimiz kimsələrə nicat verdik. Həddi aşanları (peyğəmbərləri yalanlayanları) isə məhv etdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, Biz içində sizin üçün öyüd-nəsihət olan bir Kitabı sizə nazil etdik. Hələ də dərk etmirsinizmi?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Zalım olan neçə-neçə məmləkəti məhv etdik. Onlardan sonra da başqa bir qövm yaratdıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar əzabımızı hiss etdikləri zaman dərhal oradan qaçarlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Mələklər isə istehza ilə belə deyərlər:) “Qaçmayın! Mürəffəh həyatınıza və yurdlarınıza geri dönün! Ola bilsin ki, siz sorğu-sual ediləcəksiniz”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar: “Vay halımıza! Həqiqətən, biz zalım kimsələr olmuşuq”, - dedilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz onları biçilmiş əkinə, sönmüş ocağa çevirənə qədər onların bu fəryadları davam edər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz göyü, yeri və onların arasındakıları əyləncə üçün yaratmadıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər əyləncə qurmaq istəsəydik, əlbəttə, onu Öz dərgahımızdan edərdik. Ancaq Biz bunu edən deyilik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əksinə, Biz haqqı batilin üzərinə qoyarıq, o da onu yox edər. Bir də görərsən ki, batil yox olmuşdur. Allaha isnad etdiyiniz sifətlərə görə vay sizin halınıza![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Göylərdə və yerdə olan hər kəs Ona məxsusdur. Onun dərgahında olanlar Ona ibadət etmək xüsusunda təkəbbürlənməz və yorulmazlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar yorulub-usanmadan gecə-gündüz Allahı təsbeh edərlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]