[Azərbaycan tərcüməsi]
Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə məxsusdur. Ona görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızı düzəldin (münaqişələrə son verin), Allaha və Onun Peyğəmbərinə itaət edin!”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman ürəkləri titrəyər, onlara Allahın ayələri oxunduğu zaman bu, onların imanlarını artırar və yalnız Rəbbinə təvəkkül edərlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar namazı düzgün bir şəkildə qılar və verdiyimiz ruzidən infaq edərlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, onlar əsil möminlərdir. Onlar üçün Rəbbi dərgahında (cənnətdə) dərəcələr, bağışlanma və bitməz-tükənməz bir ruzi vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Necə ki, Rəbbin səni haqq uğrunda evindən çıxartmışdı. Halbuki, bu, möminlərdən bir dəstənin heç xoşuna gəlməmişdi. (Bədr döyüşündən sonra müsəlmanların bir qismi ələ keçirilmiş qənimətlərin bölgüsündə narazılıq etmişdilər. Bəziləri də Bədr döyüşü üçün məşvərət edilərkən döyüşmək yerinə Məkkəlilərə aid karvanı ələ keçirməyi təklif etmişdilər.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqət ortaya çıxdıqdan sonra, ölümə sürüklənirlərmiş kimi (narazıçılıq içində) baxaraq onun barəsində səninlə mübahisə edirlər. (Bədr döyüşündən əvvəl müsəlmanlardan bəziləri Həzrət Peyğəmbərin yanına gələrək döyüş barəsində onunla mübahisə etmiş və belə demişdilər: “Biz karvanı ələ keçirmək üçün yola çıxmışdıq. Əgər döyüşə getdiyimizi bilsəydik, bunun üçün hazırlıq görərdik”. Yuxarıdakı ayədə, onların həddindən artıq ölümdən qorxduqları üçün bu şəkildə mübahisə etdiklərinə işarə olunmuşdur.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Xatırlayın ki,) o zaman Allah sizə iki dəstədən (Şama gedən karvan və ya Qureyş ordusundan) birinin sizin olmasını vəd edirdi. Siz isə silahsız olanının sizin olmasını istəyirdiniz. Ancaq Allah, Öz sözləri ilə haqqı ortaya çıxarmaq və kafirlərin kökünü kəsmək istəyirdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu, günahkarların xoşuna gəlməsə də, haqqı ortaya çıxarmaq və batili yox etmək üçündü.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi. (Həzrət Peyğəmbər Bədr döyüşündə səhabələrin az, müşriklərin isə çox olduğunu görən zaman qibləyə yönələrək əllərini uzatmış və dua etmişdi. Allah-Təala da onun duasını qəbul etmiş və min mələklə ona yardım etmişdi.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah bunu yalnız bir müjdə olsun və onunla qəlbləriniz sakitləşsin deyə etmişdi. Yardım (qələbə) yalnız Allahdandır. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O zaman Allah Öz dərgahından arxayınlıq olsun deyə sizi mürgülətmişdi. O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və (müharibədə) ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı. (Bədr döyüşündə Qüreyş ordusu Müsəlmanlardan əvvəl gəlib Bədrdəki su quyularının ətrafında yerləşmişdi. Buna görə də Allah-Təalanın yağış yağdırması ilə həm müsəlmanların qəlblərindəki vəsvəsələr getdi, həm də əhvali-ruhiyyələri yüksəldi.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O zaman Rəbbin mələklərə: “Həqiqətən, Mən sizinlə birlikdəyəm. Möminlərə dəstək verin! Kafirlərin qəlblərinə qorxu salacağam. Onların boyunlarını vurun və bütün barmaqlarını doğrayın!” - deyə vəhy edirdi. (Yuxarıdakı ayədə Allah-Təala müsəlmanlara verdiyi mənəvi dəstəyi açıqlamaqdadır. Kafirlərin qəlblərinə qorxu salmaq, psixoloji baxımdan onlara təsir göstərmək və əhval-ruhiyyələrini pozmaq üçün Uca Allah mələklərə belə səslənmişdir. Eyni zamanda bu ayə, mələklərin müharibədə həqiqətən iştirak etdiyini xəbər verir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu ona görə idi ki, onlar Allaha və Onun Peyğəmbərinə qarşı çıxmışdılar. Kim Allaha və Peyğəmbərinə qarşı çıxarsa, bilsin ki, həqiqətən, Allah şiddətli əzab verəndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu sizə (Allahın əzabıdır). Elə isə, dadın onu! Kafirlər üçün bir də cəhənnəm əzabı vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər! (Döyüşdə) axıb gələn kafir ordusu ilə qarşılaşdığınız zaman onlara arxanızı çevirməyin (qorxub qaçmayın)![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Təkrar) döyüşmək üçün bir kənara çəkilənlər və ya (möminlərdən ibarət digər bir) dəstəyə qoşulanlar istisna olmaqla, o gün kim onlara (düşmən ordusuna) arxasını çevirərsə, şübhəsiz, o, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Döyüşdə) Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir. (Bədr döyüşündə Qüreyş ordusu müsəlmanlara hücum etdiyi bir vaxtda Həzrət Peyğəmbər əllərini açaraq dua etmiş və sonra yerdən bir ovuc torpaq götürərək düşmənlərin olduğu istiqamətə sərpmişdi. Bunun nəticəsində onların gözləri tutulmuş və beləcə məğlub olmuşdular. Yuxarıdakı ayədə bu hadisədən bəhs edilir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu belədir! Şübhəsiz ki, Allah kafirlərin hiyləsini zəiflədəndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Ey kafirlər!) Əgər siz qələbə (hökm) istəyirsinizsə, artıq sizə qələbə (hökm) gəlmişdir. Əgər (küfrdən) əl çəksəniz, bu sizin üçün daha xeyirli olar. Əgər təkrar (peyğəmbərə qarşı düşmənçiliyə) qayıtsanız, Biz də (ona yardım etmək üçün) qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi heç cür müdafiə edə bilməz. Çünki Allah möminlərlə bərabərdir. (Məkkəli müşriklər Bədr döyüşündə müsəlmanlardan sayca üstün olduqlarına arxalanaraq qalib gələcəklərini və Mədinəyə girərək müsəlmanları məhv edəcəklərini güman edirdilər. Allah-Təala da onların məğlubiyyətini kinayəli bir üslubla bildirmişdir. Ayənin sonunda isə, bu məğlubiyyətdən dərs götürərək haqq yola dönmədikləri təqdirdə başlarına gələcək fəlakətlərə işarə edilmişdir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər, Allaha və Onun Peyğəmbərinə itaət edin! (Quranı) eşitdiyiniz halda, ondan üz çevirməyin![Ərəb dilində]
[Ərəbcə Oxunuş]