[Azərbaycan tərcüməsi]
Əlif, Lam, Mim![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İnsanlar imtahana çəkilmədən yalnız: “İman gətirdik!” - deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Allah doğru söyləyənləri də, yalançıları da, əlbəttə, bilir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yoxsa pis işlər görənlər bizdən qaça biləcəklərinimi zənn edirlər? Onlar necə də pis hökm verirlər![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kim Allaha qovuşacağına ümid edirsə, bilsin ki, Allahın təyin etdiyi vaxt mütləq gələcəkdir. O, hər şeyi eşidəndir, biləndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kim (Allah yolunda) çalışarsa, yalnız özü üçün (axirəti üçün) çalışmış olar. Şübhəsiz ki, Allah aləmlərə (insanlara) möhtac deyildir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İman gətirib yaxşı işlər görənlərə gəldikdə, əlbəttə, Biz onların günahlarını örtər və etdikləri əməllərin daha gözəli ilə onları mükafatlandırarıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etdik. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Sizin dönüşünüz Mənədir və Mən etdiyiniz əməlləri sizə xəbər verəcəyəm.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İman gətirib yaxşı işlər görənləri, əlbəttə, saleh kimsələrin arasına daxil edəcəyik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İnsanlardan eləsi də var ki: “Biz Allaha inandıq!” - deyər. Ancaq Allah yolunda əziyyətə düçar olduqda insanların verdiyi əziyyəti Allahın əzabı kimi hesab edər. Əgər Rəbbin (möminlərə) zəfər bəxş etsə, onlar mütləq: “Biz də sizinlə birlikdə idik!” - deyərlər. Məgər Allah aləmlərin (insanların) qəlblərindəkini bilmirmi?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də bilir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kafirlər möminlərə: “Bizim yolumuza tabe olun! Sizin günahlarınızı da biz daşıyaq”, - dedilər. Halbuki onların heç bir günahını daşıyası deyillər. Həqiqətən, onlar yalançıdırlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz, onlar həm öz günahlarını, həm də öz günahları ilə yanaşı başqa günahları daşıyacaqlar. Onlar qiyamət günü, uydurduqları şeylər barəsində hökmən sorğu-sual olunacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Nuhu da öz qövmünə göndərmişdik. O, min ildən əlli il az onların arasında qaldı. Nəhayət, zülmlərinə davam edərkən tufan onları yaxaladı.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Beləcə, Nuhu və gəmidəkiləri qurtardıq və bu gəmini aləmlərə bir ibrət etdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İbrahimi də (yad et)! Bir zaman o öz qövmünə belə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Əgər (həqiqəti) bilsəydiniz, bunun sizin üçün daha xeyirli olduğunu anlayardınız.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Siz Allahı qoyub bütlərə ibadət edir və yalan sözlər uydurursunuz. Şübhəsiz ki, Allahı qoyub ibadət etdikləriniz sizə ruzi verə bilməzlər. Ona görə də ruzini Allahdan istəyin! Ona ibadət edin və Ona şükür edin! Siz Ona qaytarılacaqsınız”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər (sizə gələn haqqı) yalanlasanız, bilin ki, sizdən əvvəlki ümmətlər də (özlərinə gələn haqqı) yalanlamışdılar. Peyğəmbərin vəzifəsi yalnız açıq-aydın təbliğ etməkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allahın ilk dəfə necə yaratdığını, (öldükdən) sonra da onu yenidən necə yaradacağını düşünmürlərmi? Şübhəsiz ki, bu, Allah üçün asandır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Yer üzündə gəzib dolaşın və Allahın ilk dəfə necə yaratdığına bir baxın! Sonra Allah axirətdə də belə yaradacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]