[Azərbaycan tərcüməsi]
Aləmləri xəbərdar etsin deyə Fürqanı (Quranı) Öz quluna (Mühəmmədə) nazil edən Allah çox ucadır![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O Allah ki, göylərin və yerin hakimiyyəti Ona məxsusdur. O, Özünə heç bir övlad götürməmişdir. Hakimiyyətində heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onlara müəyyən ölçü və nizam vermişdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Kafirlər) Allahı qoyub heç bir şey yarada bilməyən, əksinə özləri yaradılmış olan, özlərinə belə nə zərər, nə də xeyir verə bilən, öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanları ilah qəbul etdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kafirlər: “Bu (Quran), onun (Mühəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (əhli-kitabdan bəziləri) kömək etmişdir!” - dedilər. Beləcə onlar haqsızlığa və yalana əl atdılar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar: “(Quran, Mühəmmədin) başqalarına yazdırdığı əvvəlkilərin əfsanələridir. O, səhər-axşam özünə oxunur”, - dedilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Onu göylərin və yerin sirrini bilən Allah nazil etmişdir. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarlarda gəzib dolaşır? Ona özü ilə birlikdə xəbərdar edən bir mələk göndərilməli deyildimi?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yaxud ona bir xəzinə verilməli və ya içindən (meyvələrini) yeməsi üçün onun bir bağı olmalı deyildimi?” Zalım kimsələr (möminlərə): “Siz ancaq sehrlənmiş bir adama tabe olursunuz!” - dedilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Ey Peyğəmbər!) Sənin barəndə bax necə misallar çəkdilər! Onlar artıq (haqq yoldan) azmışlar və (haqqa gedən) yolu tapa bilməzlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İstəsə, sənə bundan daha yaxşısını - altından çaylar axan cənnətləri verəcək və sənin üçün qəsrlər yaradacaq olan Allahın şanı çox ucadır![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar qiyaməti də yalanladılar. Biz qiyaməti yalan sayanlar üçün yandırıb-yaxan bir atəş hazırlamışıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Cəhənnəm) onları uzaqdan gördüyü zaman (kafirlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər. (Cəhənnəmin insanları görməsi məcazi olaraq onunla qarşılaşmaq mənasına gələ bildiyi kimi, həqiqi mənada Allah-Təalanın cəhənnəmə görmə qabiliyyəti verməsi kimi də izah oluna bilər.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar (əlləri boyunlarına) bağlanmış bir halda oradan (cəhənnəmin) dar bir yerinə atıldıqları zaman orada ölümü arzulayacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Onlara belə deyiləcəkdir:) “Bu gün ölümü bir dəfə yox, çox-çox arzulayın!”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Bu daha yaxşıdır, yoxsa müttəqilərə vəd edilən əbədi cənnət? Ora onlar üçün bir mükafat və dönüş yeridir”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar üçün orada istədikləri hər şey vardır və onlar orada əbədi qalacaqlar. Bu, Rəbbinin öhdəsinə götürdüyü və Ondan istənilən bir vəddir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün Rəbbin onları və Allahdan başqa ibadət etdiklərini bir yerə yığacaq və: “Mənim bu qullarımı sizmi haqq yoldan azdırdınız, yoxsa özləri azdılar?” - deyəcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar: “Sən pak və müqəddəssən! Səndən başqa dostlar qəbul etmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər nemət verdin ki, hətta (Səni) anmağı belə unutdular və məhv ediləsi bir qövm oldular”, - deyəcəklər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Bu zaman müşriklərə belə deyiləcəkdir:) “Onlar sizin dediklərinizi yalanladılar. Artıq nə əzabı sovuşdura bilər, nə də yardım ala bilərsiniz. İçinizdən zülm edənlərə böyük bir əzab daddıracağıq!”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Ey Peyğəmbər!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də heç şübhəsiz, yemək yeyir və bazarlarda gəzib dolaşırdılar. (Ey insanlar!) Sizin bir qisminizi digər bir qisminiz üçün imtahan vasitəsi etdik ki, görək səbir edəcəksinizmi? Sənin Rəbbin hər şeyi görəndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]