[Azərbaycan tərcüməsi]
Haqq olan qiyamət![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Nədir o haqq olan qiyamət?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Haqq olan qiyamətin nə olduğunu sən haradan biləsən?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Səmud qövmü də, Ad qövmü də qəlbləri qorxuya salanı (qiyaməti) yalanlamışdılar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Səmud qövmü qorxunc bir səslə məhv edildi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ad qövmü isə uğultulu və şiddətli bir qasırğa ilə məhv edildi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah onu yeddi gecə, səkkiz gün arxa-arxaya onlara ürcah etdi. (Əgər orada olsaydın,) onları orada içi bomboş xurma kötükləri kimi sərilmiş görərdin.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bəs sən onlardan geriyə qalan bir şey görə bilirsənmi?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş məmləkətlər də o günahı etdilər (şirkə düşdülər).[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar Rəbbinin elçisinə qarşı çıxdılar. Buna görə də Allah onları getdikcə şiddəti artan bir şəkildə (əzabla) yaxaladı.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Hər tərəfi su basdığı zaman üzüb gedən gəmidə sizi Biz daşıdıq. (Burada Nuh tufanına və Həzrət Nuhun gəmisinə işarə olunur.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O sizin üçün bir ibrət dərsi olsun və dinləyib dərk edənlər onu yadda saxlasın deyə belə etdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sura bir dəfə üfürüləcəyi zaman,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Məhz o gün qiyamət qopacaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Göy yarılacaq və o gün dağılmağa üz tutacaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Mələklər də göyün ətrafında olacaqlar. O gün Rəbbinin ərşini səkkiz mələk daşıyacaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün siz (Allahın hüzuruna) gətiriləcəksiniz. Sizə aid heç bir sirr gizli qalmayacaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kitabı sağ tərəfindən verilən belə deyəcəkdir: “Alın kitabımı oxuyun![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Mən əməllərimin haqq-hesabı ilə qarşılaşacağımı dəqiq bilirdim”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]