[Azərbaycan tərcüməsi]
And olsun (qaranlığı ilə ətrafı) bürüməkdə olan gecəyə![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun aydınlanmaqda olan gündüzə![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun kişini və qadını yaradana![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, sizin cəhdləriniz müxtəlif cürdür.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kim (haq sahibinə) haqqını verər, Allahdan qorxar,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Və ən gözəl olanı (kəlmeyi-tövhidi) təsdiqləyərsə,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz də ən asan olanı (cənnətə girə bilməyi) onun üçün asanlaşdırarıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ancaq kim xəsislik edər, özünü (Allaha) möhtac görməz,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Və ən gözəl olanı (kəlmeyi-tövhidi) təkzib edərsə,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onun üçün də ən çətin olanı (cəhənnəmə girməyi) asanlaşdırarıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ora düşdüyü zaman mal-mülkü ona heç bir fayda verməz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, doğru yolu göstərmək bizə aiddir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əlbəttə, axirət də, dünya da Bizimdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ona görə də mən sizi alov saçan bir odla xəbərdar etdim.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ora yalnız ən bədbəxt olan girər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O (bədbəxt) ki, haqqı yalanlamış və üz döndərmişdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allahdan ən çox qorxan isə oradan uzaq tutular.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O kimsə ki, malını (Allah yolunda) verər və (günahlardan) təmizlənər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, etdiklərinə görə başqaları tərəfindən mükafatlandırılmağı gözləməz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O bunu, sadəcə, ən uca olan Rəbbinin rizası üçün edər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]