[Azərbaycan tərcüməsi]
Əri haqqında səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşidir. Allah sizin bir-birinizlə danışığınızı eşidir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sizdən öz qadınlarına zihar edənlər bilsinlər ki, o qadınlar onların anaları deyillər. Onların anaları ancaq özlərini dünyaya gətirən qadınlardır. Onlar, həqiqətən, çirkin bir söz və yalan söyləyirlər. Şübhəsiz ki, Allah çox əfv edəndir, bağışlayandır. (Cahiliyyə dövründə ərəblər arasında “Zihar” deyilən bir adət var idi. Belə ki, əgər bir kişi öz xanımına: “Sən mənim üçün anamın beli kimisən!” - deyərsə, o qadın həmin kişiyə haram sayılır və birdəfəlik əri tərəfindən tərk edilirdi. Yuxarıdakı ayə ilə Allah-Təala tərəfindən bu anlayışın yanlış olduğu və belə sözlərlə arvadın ərinin anası olmayacağı bildirilmiş və belə edənlərə aşağıdakı ayələrdə qeyd edilən cəzalar qoyulmuşdur.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Qadınlarına zihar edib sonra dediklərindən dönən kimsələr (qadınları ilə) yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüddür. Allah sizin etdiklərinizdən xəbərdardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kim (bunu etməyə imkan) tapmazsa, (öz qadını ilə) yaxınlıq etməzdən əvvəl iki ay arxa-arxaya oruc tutmalıdır. Kimin buna gücü çatmazsa, altmış fağırı doydurmalıdır. Bu, Allaha və Onun Peyğəmbərinə iman gətirdiyinizə görədir. Bunlar Allahın hüdudlarıdır (hökmləridir)! Kafirlər üçün acı bir əzab vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz, Allaha və Peyğəmbərinə qarşı çıxanlar onlardan əvvəlkilərin alçaldıldığı kimi alçaldılacaqlar. Biz açıq-aydın ayələr nazil etmişik. Kafirlər üçün alçaldıcı bir əzab vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri özlərinə xəbər verəcəkdir. Allah onları (etdikləri əməlləri bir-bir) saymışdır, onlar isə onu unutmuşlar. Allah hər şeyə şahiddir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Üç nəfər gizli söhbət etsələr, dördüncüsü mütləq Odur. Beş nəfər gizli söhbət etsələr, altıncısı mütləq Odur. Bundan daha az, yaxud daha çox olsunlar və harada olursa olsunlar, Allah onlarla birlikdədir. Sonra qiyamət günü Allah etdikləri əməlləri onlara xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman Allahın səni salamlamadığı kimi səni salamlayır və ürəklərində: “Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm onlara yetər. O nə pis bir qayıdış yeridir![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər, bir-birinizlə gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barəsində danışmayın, yaxşılıq və təqva barəsində danışın! Hüzuruna toplanacağınız Allahdan qorxun![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, gizli danışıqlar şeytanın iman gətirənləri kədərləndirmək üçün etdiyi işlərdəndir. Ancaq o, Allahın izni olmadıqca onlara heç bir zərər verə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə (cənnətdə) geniş yer versin. “Qalxın!” – deyildikdə də qalxın ki, Allah sizdən iman gətirənlərin və elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər! Peyğəmbərlə gizli bir şey danışacağınız zaman bu danışığınızdan əvvəl bir sədəqə verin! Bu sizin üçün daha yaxşı və daha təmizdir. Əgər (sədəqə vermək üçün) bir şey tapa bilməsəniz, bilin ki, Allah bağışlayandır, rəhmlidir. (Bu ayədə möminlərə Həzrət Peyğəmbərə hörmət göstərmələri, ona sual verərkən narahat etməmələri və kasıblara sədəqə vermələri tövsiyə olunmuşdur.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Peyğəmbərlə) gizli bir şey danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Çünki bunu etmədiniz, Allah da sizi bağışladı. Ona görə də namazı qılın, zəkatı verin, Allaha və Onun Peyğəmbərinə itaət edin! Allah sizin etdiklərinizdən xəbərdardır. (Təfsirçilərə görə, bu ayə özündən əvvəlki ayənin hökmünü nəsx etmiş və beləliklə, qeyd edilən sədəqəni vermək məcburiyyəti aradan qaldırılmışdır.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allahın qəzəbinə gəlmiş bir qövmü özlərinə dost tutanları görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onlar necə də pis işlər görürlər![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar andlarını qalxan edib (insanları) Allah yolundan döndərdilər. Buna görə də onları alçaldıcı bir əzab gözləyir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Nə malları, nə də övladları Allaha qarşı onlara fayda verəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün Allah onların hamısını dirildəcək, sizə and içdikləri kimi Ona da and içəcəklər və özlərinin bir şeyə (həqiqətə) əsaslandıqlarını zənn edəcəklər. Bilin ki, onlar əsil yalançılardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şeytan onları ələ keçirmiş, beləcə, Allahı anmağı onlara unutdurmuşdur. Onlar şeytanın tərəfdarlarıdır. Bilin ki, şeytanın tərəfdarları məhz ziyana uğrayanlardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, Allaha və Peyğəmbərinə düşmən olanlar ən zəlil kimsələr arasındadırlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]