[Azərbaycan tərcüməsi]
Hökmranlıq əlində olan Allah nə qədər ucadır! O, hər şeyə qadirdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, yeddi göyü təbəqələr şəklində yaratdı. Rəhman olan Allahın yaratmasında heç bir nizamsızlıq görə bilməzsən. Gözünü çevir bax, hər hansı bir nöqsan görə bilirsənmi?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sonra gözünü çevirib təkrar bax! Göz (görmək istədiyi nöqsanı tapa bilməyib) aciz və yorğun bir halda sənə dönəcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, Biz ən yaxın göyü qəndillərlə (ulduzlarla) bəzədik və bunları şeytanları daşlama vasitəsi etdik. Onlar üçün alovlu od əzabı da hazırlamışıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Rəbbini inkar edənlər üçün cəhənnəm əzabı vardır. O necə də pis bir dönüş yeridir![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar cəhənnəmə atıldıqları zaman onun qaynayarkən çıxartdığı uğultunu eşidəcəklər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Cəhənnəm az qala qəzəbindən çatlasın. Hər dəfə ora bir dəstə atıldıqda onun gözətçiləri: “Sizə xəbərdar edən bir peyğəmbər gəlməmişdimi?” - deyə onlardan soruşacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar belə deyəcəklər: “Bəli! Bizə xəbərdar edən bir peyğəmbər gəlmişdi. Ancaq biz onu yalanladıq və: “Allah heç bir şey nazil etməmişdir. Siz böyük bir azğınlıq içindəsiniz!” - demişdik”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar: “Əgər (peyğəmbərləri) dinləsəydik, yaxud ağlımızı işlətsəydik, alovlu od əhli arasında olmazdıq!” - deyəcəklər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Beləcə, onlar öz günahlarını etiraf edəcəklər. Cəhənnəm əhli (Allahın mərhəmətindən) uzaq olsun![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, görmədikləri halda Rəbbindən qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sözünüzü istər gizli saxlayın, istər açıq deyin fərqi yoxdur. Şübhəsiz ki, O, qəlblərdəkini biləndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yaradan bilməzmi?! O, lətifdir (ən xırda işləri belə görüb biləndir), hər şeydən xəbərdardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yer üzünü sizin ixtiyarınıza verən Odur. Elə isə onun hər tərəfində gəzib-dolaşın və Allahın ruzisindən yeyin. Dönüş Onadır![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yer sarsılacağı zaman göydəkinin (Allahın) sizi yerə batırmayacağından əminsinizmi?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yaxud göydəkinin (Allahın) sizin üstünüzə daş yağdıran bir fırtına göndərməyəcəyindən əminsinizmi? Mənim təhdidimin necə olduğunu tezliklə biləcəksiniz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, onlardan əvvəlkilər də (peyğəmbərləri) yalanlamışdılar. Bəs Mənim inkar (məhv) etməyim necə oldu?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Göydə qanad çırparaq uçan quşları görmürlərmi? Onları havada yalnız Rəhman olan Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görəndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yaxud Rəhman olan Allaha qarşı sizə yardım edəcək əsgərləriniz kimlər olacaq? Kafirlər ancaq aldanırlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]