[Azərbaycan tərcüməsi]
Həqiqətən, möminlər nicat tapmışlar;[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O kəslər ki, namazlarında xüşu içindədirlər, (“Xüşu” sözünü İslam alimlərinin bir qismi “Allah qorxusu və sevgisi ilə Ona təzim etmək və bu hislə təvazökarlıq göstərmək” kimi izah etmişlər. Bəzilərinə görə isə, bununla yanaşı, namazda sükunət və sağa-sola baxmamaq kimi əməlləri də ehtiva edir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O kəslər ki, boş söz və hərəkətlərdən üz çevirərlər,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O kəslər ki, zəkatı verərlər,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyarlar,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ancaq zövcələri, yaxud əllərinin altındakılar (cariyələri) bundan istisnadır. Şübhəsiz, (buna görə) onlar qınanmazlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bundan artığını istəyənlər isə məhz həddi aşanlardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Möminlər o kəslərdir ki, əmanətlərinə və verdikləri sözlərə riayət edərlər,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Namazlarında daimdirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar əsil varislərdir![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar əbədi qalacaqları Firdövs cənnətinə varis olacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, Biz insanı süzülmüş palçıqdan yaratdıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sonra onu sağlam bir məkanda (ana rəhmində) nütfə halına saldıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sonra nütfəni laxtalanmış qan (rüşeym) halına saldıq, sonra laxtalanmış qanı bir ət parçasına çevirdik. Sonra ət parçasını sümüklərə çevirdik, sonra sümükləri ətlə örtdük. Sonra da onu başqa bir yaradılışla inşa etdik (insan halına saldıq). Yaradanların ən gözəli olan Allah çox ucadır![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sonra onun ardınca siz hökmən öləcəksiniz![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sonra da qiyamət günü mütləq dirildiləcəksiniz![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz yaratma işindən xəbərsiz deyilik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz göydən kifayət qədər su endirdik və onu yer üzündə saxladıq. Əlbəttə, onu yox etməyə də qadirik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Beləcə, su vasitəsilə sizin üçün xurma və üzüm bağları yetişdirdik. Sizin üçün orada başqa bir çox meyvələr də vardır ki, onlardan yeyirsiniz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bir də Sina dağında bitən (zeytun) ağacı (yaratdıq). O (ağac), yeyənlər üçün həm yağ, həm də (içinə çörək batırılan) şirə verir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]