[Azərbaycan tərcüməsi]
Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şahidlik edirik ki, həqiqətən, sən Allahın Peyğəmbərisən!” - dedilər. Allah da bilir ki, sən Onun Peyğəmbərisən. Allah münafiqlərin yalançı olduqlarına şahidlik edir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar andlarını özlərinə sipər etdilər və (insanları) Allahın yolundan döndərdilər. Onların əməlləri necə də pisdir![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Çünki onlar (əvvəlcə) iman gətirib sonra inkar etdilər. Buna görə də onların qəlbləri möhürləndi. Artıq onlar (haqqı) anlamazlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onları gördüyün zaman cüssələri sənin xoşuna gələr, danışdıqlarında da sözlərinə qulaq asarsan. Onlar sanki divara söykədilmiş kötüklər kimidirlər. Hər bağırtının öz əleyhlərinə olduğunu zənn edərlər. Onlar düşməndirlər. Buna görə də onlardan ehtiyat et! Allah onların canını alsın! Necə də (haqdan) döndərilirlər. (Yuxarıdakı ayədə münafiqlərdən bəhs olunur. Belə ki, onların bir qismi cüssəli və yaraşıqlı idi. Onlar məscidə gəlib divara söykənərək öz aralarında söhbət edərdilər. Buna görə də onlar divara söykədilmiş kötüklərə bənzədilmişlər.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlara: “Gəlin Allahın Peyğəmbəri sizin üçün məğfirət diləsin!” - deyildiyi zaman başlarını çevirərlər və sən onların təkəbbürlə üz çevirdiklərini görərsən.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar üçün məğfirət diləsən də, diləməsən də eynidir. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiqləri doğru yola yönəltməz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar: “Peyğəmbərin yanında olanlara heç bir şey verməyin ki, dağılıb getsinlər!” - deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur. Lakin münafiqlər bunu anlamazlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, üstün olanlar zəif olanları mütləq oradan çıxardacaqdır”, - deyirlər. Halbuki əsil üstünlük Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilməzlər. (Münafiqlər özlərini güclü və şərəfli, müsəlmanları isə aciz və zəif görürdülər. Onlar Bəni-Müstəliq səfərindən qayıtdıqdan sonra müsəlmanları Mədinədən çıxardacaqlarını deyirdilər.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər, mallarınız və övladlarınız sizi Allahı anmaqdan yayındırmasın! Kim bunu edərsə, onlar əsil ziyana uğrayanlardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sizdən birinizin ölümü gəlib çatmazdan əvvəl sizə verdiyimiz ruzidən infaq edin ki, sonra o: “Ey Rəbbim! Kaş yaxın bir vaxta qədər məni (ölümümü) təxirə salaydın. Beləcə, mən də sədəqə verər və salehlərdən olardım!” - deməsin.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah əcəli çatan heç kimin ölümünü təxirə salmaz. Allah sizin etdiklərinizdən xəbərdardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]