[Azərbaycan tərcüməsi]
Nun! Qələmə və (qələmlə) yazdıqlarına and olsun ki,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sən Rəbbinin neməti sayəsində divanə deyilsən![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, sənin üçün bitməz-tükənməz bir mükafat vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, sən uca bir əxlaq sahibisən.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sən də görəcəksən, onlar da görəcəklər -[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Hansınızın divanə olduğunu.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, Rəbbin Öz yolundan azanları da, doğru yolda olanları da çox yaxşı bilir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ona görə də sən (haqqı) yalanlayanlara boyun əymə![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar (müşriklər) istəyirlər ki, sən yumşaq davranasan, özləri də yumşaq davransınlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bunlardan heç birinə boyun əymə: çox and içənə, alçaq kimsəyə,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Qeybət qırana, söz daşıyana,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Xeyrə mane olana, həddi aşana, günahkara,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kobud olana, həmçinin zatı bəlli olmayana -[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onun mal-mülkü və oğulları olsa belə![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ayələrimiz ona oxunduğu zaman o: “Əvvəlkilərin əfsanələridir!” - deyər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz yaxın bir vaxtda onun burnunu damğalayacağıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz bağ sahiblərini sınadığımız kimi, onları da sınadıq. O zaman onlar (bağ sahibləri) səhər açılanda (heç kim görmədən) məhsulu dərəcəklərinə and içmişdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Heç bir şeyi istisna etməmişdilər (“İnşallah” deməmişdilər).[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ancaq onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən əzab oranı bürüdü.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Beləcə, o bağ yanıb qapqara qaraldı.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]