[Azərbaycan tərcüməsi]
Qiyamət yaxınlaşdı və ay yarıldı.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər onlar bir möcüzə görsələr, ondan üz çevirib: “Bu, davam edən bir sehrdir!” - deyərlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar (Quranı) yalanladılar və öz nəfslərinin arzularına uydular. Halbuki hər bir işin (Allah tərəfindən) qərarlaşdırılmış bir vaxtı vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, onlara (günahlardan) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu, böyük bir hikmətdir. Ancaq (haqdan üz çevirənə) xəbərdarlıqlar heç bir fayda verməz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Elə isə carçının bilinməyən bir şeyə çağıracağı günə qədər sən də onlardan üz çevir![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar ətrafa səpələnmiş çəyirtkələr kimi, zəlil halda baxaraq qəbirlərdən çıxacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kafirlər carçıya tərəf qaçarkən: “Bu çox çətin bir gündür!” - deyəcəklər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlardan əvvəl Nuh qövmü də (haqqı) təkzib etmiş və bəndəmizi yalanlayaraq: “O divanədir!” - deyib onu təhdid etmişdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu zaman Nuh: “Mən məğlub oldum, yardım et!” - deyə Rəbbinə yalvarmışdı.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz də göyün qapılarını leysan yağışı ilə açdıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yerdən də bulaqlar fışqırtdıq. Beləliklə, sular təqdir edilmiş bir iş üçün birləşdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Nuhu da taxtadan düzəldilib mismarlanmış bir gəmidə daşıdıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gəmi, (qövmü tərəfindən) inkar edilənə (Nuha) mükafat olaraq gözlərimizin önündə (nəzarətimiz altında) üzürdü.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, Biz onu ibrət olsun deyə saxladıq. Bəs ibrət alan varmı?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Mənim əzabım və xəbərdarlığım necə oldu?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ad qövmü də (Hud peyğəmbəri) yalanlamışdı. Bəs Mənim əzabım və xəbərdarlığım necə oldu?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, Biz onların üstünə uğursuzluğu davam edən bir gündə uğultulu soyuq bir külək göndərdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O külək, insanları kökündən qopmuş xurma kötükləri kimi (yerdən) qopardırdı.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]