[Azərbaycan tərcüməsi]
And olsun (kafirlərin canlarını) zorla çəkib alanlara![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun (möminlərin canlarını) asanlıqla alanlara![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun (göydə) üzüb gedən mələklərə![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun ötüb keçənlərə![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun işləri nizamlayanlara![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün sarsan (sur) sarsacaq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onun ardınca (ikinci dəfə surun üfürülməsi ilə) bir gurultu qopacaq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün ürəklər qorxudan titrəyəcək.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Gözlər (qorxudan) yerə zillənəcək.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar deyirlər: “Biz əvvəlki halımızamı döndürüləcəyik -[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Çürümüş sür-sümük olduqdan sonra?”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar: “Elə isə bu zərərli bir dönüş olar”, - deyirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O (təkrar dirilmə) yalnız bir dəhşətli səslə olacaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O zaman onlar (qəbirlərindən çıxıb) düz bir yerdə (məhşərdə) toplaşacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Musanın xəbəri sənə gəlib çatdımı?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bir zaman Rəbbi ona müqəddəs Tuva vadisində belə səslənmişdi:[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
“Fironun yanına get! Həqiqətən, o, həddini aşdı.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Firona) de: “Səni (günahlardan) təmizlənməyə dəvət edirəm.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sənə Rəbbinə gedən doğru yolu göstərimmi? Beləcə, sən də (Allahdan) qorxarsan”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sonra Musa ona ən böyük möcüzəni göstərdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]