[Azərbaycan tərcüməsi]
Əlif, Lam, Mim![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Rumlular (farslara) məğlub oldular,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Ərəb yarımadasına) ən yaxın bir yerdə. Onlar bu məğlubiyyətdən sonra yaxın bir vaxtda qalib gələcəklər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Özü də bir neçə il ərzində. (Onların bu məğlubiyyətindən) əvvəl də, sonra da əmr Allahındır. O gün möminlər də sevinəcəklər,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allahın yardımı ilə! O, istədiyi kimsəyə yardım edər. O, yenilməz qüvvət sahibidir, mərhəmətlidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bunu bilmir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar dünya həyatının zahirini (görünən tərəfini) bilir, axirətdən isə xəbərsizdirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar öz-özlərinə Allahın göyləri, yeri və onların arasındakıları haqq olaraq və müəyyən bir müddət üçün yaratdığını heç düşünmədilərmi? Həqiqətən, insanların bir çoxu Rəbbinə qovuşacağını inkar edir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Onlar bunlardan da güclü idilər. Onlar torpağı becərir və bunlardan daha çox abadlaşdırırdılar. Onların peyğəmbərləri özlərinə açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi. Əksinə, onlar özlərinə zülm edirdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ancaq Allahın ayələrini yalanlayaraq və lağa qoyaraq pislik edənlərin aqibəti çox pis oldu.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah (insanı) yoxdan yaradır, ölümündən sonra onu təkrar dirildir. Sonra siz də Ona qaytarılacaqsınız.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Qiyamətin qopacağı gün günahkarlar susacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Allaha qoşduqları) şəriklərindən heç biri onlar üçün şəfaətçi olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Qiyamət qopacağı gün - məhz o gün (möminlər və kafirlər) bir-birindən ayrılacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İman gətirib yaxşı işlər görənlər cənnətdə sevinc içində olacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını yalanlayanlar isə əzaba sürüklənəcəklər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ona görə də axşam və səhər Allahı təsbeh edin (namaz qılın)![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Göylərdə və yerdə həmd Ona məxsusdur! Gün batarkən və günorta vaxtı da (namaz qılın)! (Abdullah ibn Abbasdan gələn bir rəvayətə görə, yuxarıdakı iki ayə namazın gündə beş vaxt olduğuna işarə edir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah ölüdən dirini, diridən də ölünü çıxardar. Torpaq öldükdən sonra (Allah) ona can verər. Siz də (qəbirlərinizdən) belə çıxardılacaqsınız.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sizi torpaqdan yaratması da Onun (varlığının) dəlillərindəndir. Sonra siz bir bəşər olaraq yer üzünə yayıldınız.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]