[Azərbaycan tərcüməsi]
And olsun səf-səf düzülənlərə,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bağıraraq qovanlara,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Və Zikri (Quranı) oxuyanlara![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, sizin ilahınız təkdir! (Bəzi təfsirçilər bu ayələrdə qeyd olunan “səf-səf düzülən, bağıraraq qovan və zikri oxuyanlar”ın mələklər olduğunu ifadə etmişlər.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, göylərin, yerin və onların arasındakıların Rəbbidir. O, məşriqlərin də Rəbbidir. (Ayədəki “məşriq” sözünün cəmdə işlədilməsi il boyu günəşin şərqdəki fərqli yerlərdən çıxması ilə izah olunmuşdur.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, Biz ən yaxın göyü ulduzlarla bəzədik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Və onu hər bir asi şeytandan qoruduq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar (mələklərə məxsus olan) ən ali məclisə qulaq asa bilməzlər və hər tərəfdən qovularlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Oradan) qovulub atılarlar. Onlar üçün daimi bir əzab vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ancaq (mələklərin məclisindən bir söz dinləyib) çırpışdıran olarsa, dərhal alovlu bir ulduz onu təqib edər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlardan soruş: “Onlarımı yaratmaq daha çətindir, yoxsa yaratdıqlarımızı (mələkləri, yeri və göyləri)?!” Həqiqətən, Biz onları (insanları) yapışqan bir palçıqdan yaratdıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Xeyr! Sən (Allahın qüdrətinə) təəccüblənirsən, onlar isə məsxərəyə qoyurlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlara öyüd verildikdə ibrət almazlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar bir möcüzə gördüklərində onu məsxərəyə qoyarlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Və belə deyərlər: “Bu, yalnız açıq-aşkar bir sehrdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əvvəlki atalarımız da dirildiləcəklərmi?”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Bəli, həm də siz zəlil olaraq dirildiləcəksiniz”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O (diriltmə) qorxunc bir səs (ikinci dəfə surun üfürülməsi) ilə olacaqdır. Onlar dərhal (dirilib ətrafa) baxacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar: “Vay halımıza! Bu, haqq-hesab günüdür!” - deyəcəklər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]