[Azərbaycan tərcüməsi]
And olsun günəşə və onun aydınlığına![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun ondan sonra çıxan aya![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun onu (günəşi) üzə çıxardan gündüzə![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun onu (günəşi) örtən gecəyə![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun göyə və onu xəlq edənə![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun yer üzünə və onu döşəyənə![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun nəfsə, onu yaradıb surət verənə,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Nəfsini günahdan təmizləyən nicat tapmışdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Nəfsini günaha batıran isə ziyana düşmüşdür.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Səmud qövmü azğınlığı ucbatından haqqı təkzib etdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onların ən bədbəxti (Allahın möcüzə olaraq göndərdiyi dəvəni kəsməyə) cumduğu zaman,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allahın elçisi (Saleh peyğəmbər) onlara: “Allahın dəvəsinə və onun su içməsinə mane olmayın!” - demişdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ancaq onlar peyğəmbəri təkzib etdilər və dəvəni kəsdilər. Rəbbi də günahlarına görə onlara əzab göndərdi və oranı yerlə-yeksan etdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah bunun nəticəsindən (cəzalandırmaqdan) qorxmaz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]