[Azərbaycan tərcüməsi]
Ta, Sin, Mim![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bunlar açıq-aydın Kitabın ayələridir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Ey Peyğəmbər!) Onlar iman gətirmirlər deyə az qalsın özünü məhv edəcəksən.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər diləsəydik, onlara göydən bir möcüzə endirərdik, onlar da ona boyun əyərdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar Rəhman olan Allahdan özlərinə gələn hər bir yeni öyüddən üz döndərirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar (Quranı) təkzib etdilər. Ancaq istehza etdiklərinin xəbərləri onlara gələcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bəs onlar yer üzündə neçə-neçə gözəl bitkilər yetişdirdiyimizə baxmırlarmı?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, bunda bir ibrət vardır. Ancaq onların çoxu iman gətirməz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, Rəbbin yenilməz qüvvət və mərhəmət sahibidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bir zaman Rəbbin Musaya səslənmişdi: “Zalım qövmün yanına get -[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Firon qövmünün yanına! Onlar (başlarına gələcək fəlakətdən) qorxmurlarmı?”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Musa dedi: “Ey Rəbbim! Məni təkzib etmələrindən qorxuram.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ürəyim sıxılır, dilim də söz tutmur (kəkələyirəm). Buna görə Harunu da (mənimlə) elçi olaraq göndər![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onların mənə isnad etdikləri bir günah da var. Buna görə də məni öldürmələrindən qorxuram”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah buyurdu: “Xeyr (səni öldürə bilməzlər)! Möcüzələrimizlə gedin! Şübhəsiz ki, Biz sizinləyik, hər şeyi eşidirik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İsrail oğullarını bizimlə göndər!”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Firon) dedi: “Biz səni körpə ikən himayəmizə götürüb böyütmədikmi? Sən illərlə aramızda yaşadın.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Edəcəyini də etdin. Sən nankorlardansan!”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Musa dedi: “Mən o işi edərkən nadanlardan idim. (Burada Həzrət Musanın bir Misirlini öldürməsinə işarə edilir. Təfsirlərdə Həzrət Musanın öldürmə məqsədi güdmədən bir nəfəri vurduğu və bunun nəticəsində həmin adamın öldüyü qeyd olunur.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]