[Azərbaycan tərcüməsi]
Ha, Mim![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Eyn, Sin, Qaf![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Qüdrətli və hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Göylərdə və yerdə nə varsa, hamısı Onundur. O, ucadır, böyükdür![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Göylər (Allahın əzəmətindən) az qala üst tərəfindən çatlayacaqdı. Mələklər də həmd ilə Rəbbini təsbeh edir və yerdəkilərin bağışlanmasını diləyirlər. Bilin ki, Allah bağışlayandır, rəhmlidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allahdan başqasını özlərinə dost tutanları O, daim izləyir. Sən onların vəkili deyilsən.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Beləcə, şəhərlərin anası (olan Məkkənin əhalisini) və onun ətrafındakıları xəbərdar edəsən və haqqında heç bir şübhə olmayan toplanış günü ilə (onları) qorxudasan deyə sənə ərəbcə bir Quran vəhy etdik. İnsanların bir qismi cənnətdə, bir qismi isə cəhənnəmdə olacaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər Allah istəsəydi, onları yalnız bir ümmət (millət) edərdi. Ancaq O, istədiyi kimsəyə Öz mərhəmətini bəxş edər. Zalımların isə nə bir dostu, nə də bir köməkçisi olacaq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yoxsa onlar özlərinə Allahdan başqalarınımı himayədar götürdülər?! Halbuki əsil himayədar Allahdır. Ölüləri də O dirildir. O, hər şeyə qadirdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İxtilafa düşdüyünüz hər bir şeyin hökmü Allaha məxsusdur. (De:) “Mənim Rəbbim məhz bu Allahdır! Mən Ona təvəkkül edir və Ona yönəlirəm”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, göyləri və yeri yoxdan yaradandır. O, sizin üçün özünüzdən zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla) ciftlər yaratmışdır. O sizi belə çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidəndir, görəndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Göylərin və yerin (xəzinələrinin) açarları Ondadır. O, istədiyi kimsənin ruzisini bol, istədiyinin ruzisini də az verər. O, hər şeyi biləndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi. Allah istədiyini (peyğəmbər) seçər və Ona yönələni doğru yola yönəldər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Əgər daha əvvəl Rəbbin tərəfindən müəyyən bir vaxta qədər (əzabın təxirə salınmasına dair) verilmiş bir söz olmasaydı, əlbəttə, onlar barəsində hökm verilərdi. Heç şübhəsiz, onlardan sonra kitaba varis olanlar (yəhudi və xristianlar) da onun barəsində dərin bir şübhə içindədirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ona görə də sən (haqqa) dəvət et və əmr olunduğun kimi doğru yolda ol! Onların nəfslərinin arzularına uyma və de ki: “Mən Allahın nazil etdiyi kitaba iman gətirmişəm. Mənə sizin aranızda ədalətlə hökm verməyim əmr olunmuşdur. Allah bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə məxsusdur. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah bizi (aramızda hökm vermək üçün) bir yerə toplayacaqdır. Axır dönüş Onadır”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allahın dəvəti qəbul edildikdən sonra Onun barəsində mübahisə edənlərin dəlilləri Rəbbi yanında batildir. Onlar üçün (dünyada) qəzəb və (axirətdə) şiddətli bir əzab vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kitabı və tərəzini haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də qiyamət vaxtı yaxındır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Qiyamətə inanmayanlar onun tez gəlməsini istəyirlər. İnananlar isə ondan qorxur və onun haqq olduğunu bilirlər. Bilin ki, qiyamət barəsində mübahisə edənlər (haqdan) uzaq bir zəlalət içindədirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah bəndələrinə qarşı çox lütfkardır. O, istədiyinə ruzi verər. O, yenilməz qüvvət sahibidir, qüdrətlidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kim axirət qazancını istəyərsə, Biz onun qazancını artırarıq. Kim də dünya qazancını istəyərsə, ona ondan (dünya nemətlərindən) verərik. Ancaq axirətdə onun heç bir nəsibi olmayacaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]