[Azərbaycan tərcüməsi]
Allah və Onun Peyğəmbərindən müqavilə bağladığınız müşriklərə bir xəbərdarlıq![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Ey müşriklər!) Yer üzündə dörd ay da gəzib dolaşın. Bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah kafirləri rəzil-rüsvay edəcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ən böyük Həcc (Həcci-əkbər) günü Allah və Peyğəmbərindən insanlara bildiriş! Şübhəsiz, Allah və Peyğəmbəri müşriklərdən uzaqdır. Əgər tövbə etsəniz, bu sizin üçün daha xeyirli olar. Əgər (iman gətirməkdən) üz döndərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Kafirləri acı bir əzabla müjdələ![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ancaq sizinlə müqavilə bağladıqdan sonra sizə qarşı heç bir naqislik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan müqavilənizi vaxtı bitənə qədər davam etdirin. Şübhəsiz ki, Allah müttəqiləri sevər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Haram aylar çıxan kimi müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və onların bütün keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onların yollarını açın. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. (Yuxarıdakı ayədə, haram aylar çıxdıqdan sonra müşriklərin ciddi bir şəkildə təqib edilmələrinə işarə edilmişdir. Yəni, Kəbənin ətrafında müşriklərin varlığına birdəfəlik son qoymaq üçün onları izləmək, keçidləri tutmaq, lazım gəldiyi təqdirdə onları əsir tutmaq, yaxud öldürmək kimi hər cür tədbir görülməli idi.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər müşriklərdən biri səndən aman diləyərsə, Allahın kəlamını dinləyənə qədər ona aman ver. Sonra (iman gətirməzsə,) onu əminlikdə olacağı yerə çatdır. Bu ona görədir ki, onlar bilməyən bir qövmdür.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Məscidi-haramın yanında müqavilə bağladığınız kimsələr istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə (etibarlı) bir əhdi ola bilər?! Sizə qarşı düzgün (müqaviləyə uyğun) davrandıqları müddətdə siz də onlara qarşı düzgün davranın! Həqiqətən, Allah müttəqiləri sevər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Onlarla müqavilə) necə ola bilər ki?! Əgər sizə qalib gəlsəydilər, nə sizinlə olan müqaviləyə, nə də əhdə riayət edərdilər. Onların qəlbləri rədd etdiyi halda, ağızları ilə sizi razı salırlar. Onların çoxu fasiqlərdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar az bir dəyər (fani dünya malı) müqabilində Allahın ayələrini satdılar. Sonra da (insanları) Allahın yolundan döndərdilər. Onların etdiyi əməllər necə də pisdir![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar bir mömin barəsində nə bir müqaviləyə, nə də bir əhdə riayət edərlər. Onlar əsil həddi aşanlardır![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ancaq tövbə edər, namaz qılar və zəkat verərlərsə, onlar sizin din qardaşlarınızdır. Biz düşünən bir qövm üçün ayələri belə izah edirik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər müqavilə bağladıqdan sonra andlarını pozar və dininizi təhqir edərlərsə, küfrün öndərləri ilə vuruşun! Həqiqətən, onlar andları olmayan (andlarını pozan) kimsələrdir. (Onlarla vuruşsanız,) Ola bilsin ki, onlar (bu etdiklərinə) son qoyarlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Ey möminlər!) Andlarını pozan, Peyğəmbəri (yurdundan) çıxartmağa cəhd göstərən və sizə qarşı (döyüşə) ilk dəfə özləri başlayan bir qövmə qarşı döyüşməyəcəksinizmi? Yoxsa onlardan qorxursunuz? Əgər iman gətirmişsinizsə, (bilin ki,) ən çox Allahdan qorxmalısınız.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlarla döyüşün ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rəzil-rüsvay etsin, sizi onlara qalib etsin və möminlər tayfasının qəlblərini fərəhləndirsin.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Eləcə də onların (möminlərin) qəlblərindəki qəzəbi yox etsin. Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yoxsa Allah sizin içinizdən cihad edib Özündən, Peyğəmbərindən və möminlərdən başqasını dost tutmayanları ortaya çıxarmadan sərbəst buraxılacağınızımı zənn etdiniz?! Allah etdiyiniz əməllərdən xəbərdardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Müşriklər özlərinin kafir olduqlarını bildikləri halda Allahın məscidlərini təmir etməyə layiq deyillər! Onların əməlləri puça çıxmışdır və onlar cəhənnəmdə əbədi qalacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayan kimsələr təmir edərlər. Ümid edilir ki, onlar doğru yolda gedənlərdən olarlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz! (Təfsir kitablarında yer alan bir rəvayətə görə, yuxarıdakı ayə Həzrət Əli, Həzrət Abbas və Talha ibn Şeybənin bir-birlərinə qarşı öyünmələri səbəbi ilə nazil olmuşdur. Talha Kəbənin açarının özündə olması, Həzrət Abbas hacılara su paylaması, Həzrət Əli də altı ay əvvəl namaz qılıb cihad etməsi ilə fəxr etmiş və hər biri özünün digərindən üstün olduğunu irəli sürmüşdü.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər dərəcə etibarilə Allah dərgahında daha üstündürlər. Əsil uğur qazananlar onlardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]