[Azərbaycan tərcüməsi]
And olsun dağa! (Təfsirlərdə qeyd olunduğuna görə, bu dağ Həzrət Musanın Allahla danışdığı Mədyəndəki dağdır.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun sətir-sətir yazılmış kitaba -[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sərilmiş incə dəriyə (yazılmış kitaba)![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun Beyti-məmura! (“Beyti-məmur” ifadəsi “Kəbə”, yaxud “səmada mələklərin təvaf etdiyi bir məqam” olaraq təfsir edilmişdir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun yüksəldilmiş tavana (göyə)![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
And olsun dolmuş (alovlanan) dənizə![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Rəbbinin əzabı mütləq gerçəkləşəcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onu dəf edə biləcək heç bir şey yoxdur.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün göy şiddətlə çalxalanacaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Dağlar hərəkət edəcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün (haqqı) yalanlayanların vay halına![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O kəslər ki, bataqlıqda (batil içində) əylənirdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün onlar zorla cəhənnəm oduna atılacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Onlara belə deyiləcək:) “Sizin yalan saydığınız cəhənnəm budur![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu sehrdir, yoxsa siz görmürsünüz?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Girin ora! (Əzaba) dözsəniz də, dözməsəniz də sizin üçün birdir. Siz yalnız etdiklərinizə görə cəzalandırılırsınız”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və nemətlər içində olacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Rəbbinin onlara verdiyi nemətlərlə səfa sürəcəklər. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Onlara belə deyiləcək:) “Etdiyiniz (gözəl) əməllərə görə nuşcanlıqla yeyin, için![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Cərgə-cərgə düzülmüş taxtlara söykənərək!” Biz onları irigözlü hurilərlə evləndirəcəyik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]