[Azərbaycan tərcüməsi]
Toz-torpaq qaldıran küləklərə,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
yağış yüklü buludlara,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
rahatlıqla üzüb gedən gəmilərə və[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
işləri bölüşdürən mələklərə and olsun ki,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sizə vəd olunan (axirət həyatı) haqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz, haqq-hesab mütləq baş verəcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İçində yollar (orbitlər) olan göyə and olsun ki,[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Siz (Quran barəsində) müxtəlif sözlər deyirsiniz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Qurandan) dönən kimsə ondan döndərilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Qəhr olsun yalançılar![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O kəslər ki, cəhalət içində qalmış qafillərdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün onlara cəhənnəmdə əzab veriləcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Onlara belə deyiləcək:) “Dadın əzabınızı! Bu, tezliklə gəlməsini istədiyiniz şeydir”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz, müttəqilər cənnətlərdə və çeşmə başlarında olacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Rəbbinin onlara verdiyini (mükafatlarını) alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməl sahibləri idilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar gecələr (ibadət edib) çox az yatırdılar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sübh çağında isə istiğfar edirdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Mallarında da dilənçinin və yoxsulun haqqı (payı) var idi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yer üzündə yəqinliklə inananlar üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]