[Azərbaycan tərcüməsi]
Bu kitab (Quran) yenilməz qüvvət və hikmət sahibi Allah tərəfindən nazil edilmişdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Ey Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə də sən dini Allaha məxsus edərək ixlasla Ona ibadət et![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bilin ki, xalis din Allahındır. Ondan başqasını özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”, - deyirlər. Əlbəttə, Allah onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və inkarçı kimsəni doğru yola yönəltməz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər Allah övlad götürmək istəsəydi, əlbəttə, yaratdıqlarından istədiyini seçərdi. O, pak və müqəddəsdir. O, tək olan və hər şeyə qalib gələn Allahdır![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah göyləri və yeri haqq ilə yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə bürüyür. Günəşi və ayı da (sizə) ram etdi. Hər biri müəyyən bir müddətə qədər (öz orbitində) hərəkət edir. Bilin ki, O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O sizi tək bir candan (Adəmdən) xəlq etdi. Sonra ondan zövcəsini (Həvvanı) yaratdı. Sizin üçün heyvanlardan səkkiz cift meydana gətirdi. O sizi analarınızın bətnində üç qaranlıq içində şəkildən şəklə salaraq yaradır. Bu, Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olub (haqdan) döndərilirsiniz?! (Bu ayədə keçən “səkkiz cift” ifadəsi ilə erkək və dişi olmaqla dəvə, inək, qoyun və keçi nəzərdə tutulmuşdur. Ayədəki “üç qaranlıq” ifadəsi bəzi təfsirçilər tərəfindən ana bətnindəki rüşeymin inkişaf mərhələləri, bir qisim təfsirçilər tərəfindən isə rüşeymin ətrafındakı pərdələr olaraq izah edilmişdir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər inkar edərsinizsə, bilin ki, Allah sizə möhtac deyildir. Buna baxmayaraq O, qullarının inkar etməsinə razı olmaz. Əgər şükür etsəniz, O sizin bu şükrünüzdən razı qalar. Heç bir günahkar başqasının günahını yüklənməz. Sonra dönüşünüz Rəbbinizədir. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir. Şübhəsiz ki, Allah qəlblərin içindəkini biləndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edər. Sonra Allah Öz tərəfindən ona bir nemət versə, daha əvvəl dua etdiyini unudar və Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə bir az kef çək. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yaxud gecə vaxtı səcdə edərək və qiyamda duraraq ibadət edən, axirətdən çəkinən və Rəbbinin mərhəmətinə ümid bəsləyən kimsə (inkar edən kimsə ilə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər bir olarmı?! Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Ey İman gətirən qullarım, Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq vardır. Allahın yer üzü genişdir. Ancaq səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Mənə dini yalnız Allaha məxsus edərək Ona ibadət etməyim əmr olunmuşdur.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Mənə müsəlmanların ilki olmağım əmr olunmuşdur”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Rəbbimə asi olacağım təqdirdə, o böyük günün əzabına düçar olmaqdan qorxuram”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Mən dinimi yalnız Allaha məxsus edərək Ona ibadət edirəm.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Həqiqətən, ziyan çəkənlər qiyamət günü həm özlərini, həm də ailələrini ziyana salanlardır. Bilin ki, bu, açıq-aşkar bir ziyandır”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onların həm üstlərində, həm də altlarında oddan təbəqələr var. Allah Öz bəndələrini bununla qorxudur. Ey bəndələrim, Məndən qorxun![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Tağuta (bütlərə) ibadət etməkdən çəkinib Allaha yönələnlərə müjdə vardır. Bəndələrimə müjdə ver![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə (Qurana) tabe olarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əsil ağıl sahibləri də onlardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Barəsində əzab sözü vacib olub cəhənnəmə düşəni sənmi xilas edəcəksən?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Lakin Rəbbindən qorxanlar üçün Allahın vədi olaraq üst-üstə tikilmiş və altlarından çaylar axan köşklər vardır. Allah vədinə xilaf çıxmaz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]