[Azərbaycan tərcüməsi]
Ha, Mim![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Bu Quran) Rəhman və Rəhim olan Allah tərəfindən nazil edilmişdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu, anlayan bir qövm üçün ayələri izah edilmiş ərəbcə oxunan bir kitabdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, müjdə verən və xəbərdar edən bir kitabdır. Ancaq onların çoxu qulaq asmayıb üz döndərdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar: “Bizi dəvət etdiyinə qarşı qəlblərimiz bağlıdır, qulaqlarımızda da ağırlıq (karlıq) vardır. Bizimlə sənin aranda bir pərdə vardır. Ona görə də sən öz işini gör, biz də öz işimizi görəcəyik”, - dedilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De ki: “Mən də sizin kimi bir insanam. Mənə sizin ilahınızın tək olan Allah olduğu vəhy olunur. Elə isə Ona yönəlin və Ondan məğfirət diləyin! Müşriklərin vay halına!”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar zəkat verməz və axirəti inkar edərlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün bitməz-tükənməz bir mükafat vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
De: “Siz yer üzünü iki gündə yaradanı inkar edib Ona şəriklər qoşursunuz?! O, aləmlərin Rəbbidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, yerin üstündə möhkəm dağlar yaratdı. Oranı bərəkətləndirdi və orada istəyənlər üçün ruzilərini tam dörd gündə müəyyən etdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sonra duman halında olan səmaya yönəldi. Ona və yerə: “Könüllü ya da könülsüz olaraq gəlin!” - dedi. Onlar: “Könüllü olaraq gəldik!” – dedilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Beləliklə, Allah onları iki gündə yeddi göy olaraq yaratdı və hər bir göyə öz vəzifəsini vəhy etdi. Ən yaxın göyü də qəndillərlə bəzədik və qoruduq. Bu, qüdrətli və hər şeyi bilən Allahın hökmüdür.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər onlar üz döndərsələr, de ki: “Mən sizə Ad və Səmud qövmlərini vuran ildırım kimi bir ildırım barədə xəbərdarlıq edirəm”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Çünki peyğəmbərlər onların yanına gəlib önlərindən və arxalarından (hər zaman və hər yerdə): “Allahdan başqasına ibadət etməyin!” - dedilər. Onlar isə: “Əgər Rəbbimiz istəsəydi, mələkləri endirərdi. Ona görə də biz sizinlə göndərilənləri inkar edirik!” - dedilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ad qövmü yer üzündə haqsız yerə təkəbbürləndi və onlar: “Bizdən daha güclü kim var?” - dedilər. Onları yaradan Allahın özlərindən daha güclü olduğunu görmədilərmi? Onlar Bizim ayələrimizi inkar edirdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Buna görə də onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə onların üstünə soyuq bir külək göndərdik. Axirət əzabı isə daha çox rüsvayedicidir. Onlara heç bir köməklik də göstərilməz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Səmud qövmünə də haqq yolu göstərdik. Ancaq onlar korluğu (küfr yolunu) haqq yoldan üstün tutdular. Beləcə, qazandıqları günahlar səbəbilə alçaldıcı ildırım əzabı onları yaxaladı.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
İman gətirib Allahdan qorxanları isə xilas etdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün Allahın düşmənləri cəhənnəmə sürüklənmək üzrə toplanılacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Nəhayət, ora gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]