[Azərbaycan tərcüməsi]
Ha, Mim![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu Kitab yenilməz qüvvət sahibi və hər şeyi bilən Allah tərəfindən nazil edilmişdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, günahları bağışlayan, tövbələri qəbul edən, şiddətlə cəzalandıran və lütf sahibi olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur. Qayıdış yalnız Onadır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kafirlərdən başqası Allahın ayələri haqqında mübahisə etməz. Onların şəhərlərdə (arxayınlıqla) gəzib dolaşmaları səni aldatmasın.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlardan əvvəl Nuh qövmü və onlardan sonrakı tayfalar da (peyğəmbərləri) təkzib etmişdilər. Hər ümmət öz peyğəmbərini tutub öldürməyə çalışmış və batil vasitəsilə haqqı yox etməyə cəhd etmişdi. Buna görə də Mən onları (əzabla) yaxaladım. Mənim cəzalandırmağım necə idi?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Beləcə, kafirlərin cəhənnəm əhli olduqlarına dair Rəbbinin sözü həqiqət oldu.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ərşi daşıyanlar və onun ətrafındakılar (mələklər) Rəbbini həmd ilə təsbeh edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Ona görə də tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey Rəbbimiz! Həm onları, həm də onların atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları özlərinə vəd etdiyin Ədn cənətlərinə daxil et! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onları pisliklərdən qoru! Şübhəsiz ki, o gün Sən kimi pisliklərdən qorusan, ona rəhm etmiş olarsan. Böyük uğur məhz budur!”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kafirlərə: “Şübhəsiz ki, Allahın qəzəbi sizin özünüzə olan qəzəbinizdən daha böyükdür. Çünki siz iman gətirməyə dəvət olunurdunuz, ancaq inkar edirdiniz”, - deyə nida ediləcək.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə də diriltdin. Biz də öz günahlarımızı etiraf etdik. Elə isə (cəhənnəmdən) çıxmaq üçün bir yol varmı?” - deyəcəklər. (Təfsirçilər bu ayədə qeyd edilən iki dəfə öldürmə və iki dəfə diriltməni belə izah etmişlər: “Birinci ölüm insanın dünyaya gəlməmişdən əvvəlki halı, ikinci ölüm isə dünyadan köçməsidir. Birinci diriltmə insanın dünyaya gəlməsi, ikinci diriltmə isə axirətdə yenidən dirilməsidir”.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Onlara belə deyiləcək:) “Bu ona görədir ki, Allahın təkliyinə dəvət olunarkən siz inkar edir, Ona şərik qoşulduqda isə buna inanırdınız. Artıq hökm uca və böyük olan Allahındır”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sizə Öz (varlığının) dəlillərini göstərən və göydən sizin üçün ruzi endirən Odur. Yalnız Allaha yönələnlər düşünüb ibrət alarlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kafirlərin xoşuna gəlməsə də, dini yalnız Allaha məxsus edərək Ona dua edin![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Dərəcələri yüksəldən və ərşin sahibi olan Allah (insanları) qovuşma (axirət) günü ilə qorxutmaq üçün Öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir. (Təfsirlərdə “dərəcələri yüksəldən” ifadəsinə “göyləri bir-birinin üstünə qurub ucaldan”, “dünyada qullarına uca məqamlar verən”, “cənnətdəki məqamlarını yüksəldən”, “möminlərin savab dərəcələrini ucaldan” kimi mənalar verilmişdir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün onlar (qəbirlərindən) çıxacaqlar. Onların heç bir şeyi Allahdan gizli qalmaz. (O gün Allah buyuracaq:) “Bu gün hökmranlıq kimə məxsusdur? - Tək və hər şeyə qalib gələn Allaha!”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün heç bir haqsızlıq olmayacaqdır. Şübhəsiz ki, Allah sürətlə haqq-hesab çəkəndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yaxınlaşan gün barəsində onlara xəbərdarlıq et! Çünki o zaman onların ürəkləri ağızlarına gələcək və qəm-qüssə içində olacaqlar. Zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah xain baxışları və qəlblərin gizlətdiyini bilir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah ədalətlə hökm verər. Ondan başqa dua etdikləri isə heç bir şeyə hökm verə bilməzlər. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]