[Azərbaycan tərcüməsi]
Qaf! Şərəfli Qurana and olsun![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Xeyr! Onlar içlərindən özlərini xəbərdar edən bir peyğəmbər gəldiyinə təəccüb etdilər və kafir olanlar dedilər: “Bu, çox təəccüblü bir şeydir![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyikmi)? Bu, həqiqətdən uzaq (qeyri-mümkün) bir dönüşdür”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, Biz torpağın onlardan nələri əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyub saxlayan bir Kitab vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Xeyr! Onlara haqq (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. Onlar çaşqınlıq içindədirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar başları üstündəki səmaya baxmadılarmı ki, Biz onu necə inşa edib bəzəmişik?! Onda heç bir yarıq (qüsur) yoxdur.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yer üzünü döşəyib orada sabit dağlar yerləşdirdik və hər növ gözəl bitki bitirdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bunları Allaha yönələn hər bir bəndə üçün ibrət və öyüd-nəsihət olsun deyə yaratdıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Göydən bərəkətli su endirdik və onun vasitəsilə bağlar və biçilən dənələr (əkinlər) bitirdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həmçinin salxım-salxım tumurcuqları olan hündür xurma ağacları bitirdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bəndələrə ruzi olsun deyə! Biz o su ilə ölü bir məmləkətə can verdik. (Qəbirdən dirilib) çıxış da belə olacaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlardan əvvəl Nuh qövmü, Rəss əhli və Səmud qövmü də (peyğəmbərləri) yalanlamışdı.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ad qövmü, Firon, Lutun qardaşları (qövmü),[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Eykə əhli və Tübbə qövmü də! Bunların hamısı peyğəmbərləri yalanlamış və Mənim təhdidim (əzabım) gerçəkləşmişdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz ilk dəfə yaratmaqdan aciz qaldıqmı?! Xeyr! Onlar yenidən yaratma barəsində şübhə içindədirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, insanı Biz yaratdıq və nəfsinin ona verdiyi vəsvəsələri bilirik. Biz ona şah damarından daha yaxınıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onun sağında və solunda iki mələk oturaraq əməllərini yazır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O nə desə, mütləq yanında hazır durub ona nəzarət edərlər (yazarlar).[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Ey insan!) Bu sənin qaçdığın ölüm sərxoşluğu mütləq gələcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Sura üfürüləcəkdir. Bu, vəd olunmuş gündür.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]