[Azərbaycan tərcüməsi]
Sad! Öyüd verən Qurana and olsun![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(İddia etdiklərinin) əksinə, kafirlər qürur və təfriqə içindədirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad etdilər, lakin artıq xilas olma vaxtı deyildi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar öz içlərindən xəbərdar edən bir peyğəmbərin gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, bütün ilahları bir ilahlamı əvəz etdi? Bu, həqiqətən, qəribə bir şeydir”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onların başçıları çıxıb gedərək: “Gedin öz ilahlarınıza bağlı qalın! Şübhəsiz ki, istənilən şey budur.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz bunu sonuncu dində də eşitməmişik. Bu ancaq bir uydurmadır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Quran aramızdan məhz onamı (Mühəmmədəmi) nazil oldu?” Xeyr! Onlar nazil etdiyim Quran barədə şübhə içindədirlər. Xeyr! Onlar hələ əzabımı dadmayıblar. (Yuxarıdakı ayələrdə Həzrət Peyğəmbərin də dəvət edildiyi Əbu Talibin evindəki yığıncağa işarə edilir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yoxsa qüdrətli və kərəm sahibi Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yaxud göylərin, yerin və onların arasındakıların hakimiyyəti onlardadırmı? Elə isə, müxtəlif yollarla göyə qalxsınlar görək.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar fərqli dəstələrdən ibarət məğlubiyyətə uğrayacaq zəif bir ordudur.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlardan əvvəl Nuh qövmü, Ad qövmü və dirəklər sahibi Firon da (peyğəmbərləri) yalanlamışdı. (Bu ayədə Firon üçün “dirəklər sahibi” deyilməsi ona görədir ki, o, işgəncə vermək istədiyi kimsənin əllərini və ayaqlarını dörd dirəyə bağlatdırıb ona işgəncə verirdi.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Səmud qövmü, Lut qövmü və Eykə əhli.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onların hamısı peyğəmbərləri yalanladılar. Buna görə də Mənim əzabım (onlara) vacib oldu.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bunlar yalnız bir an belə gecikməyəcək o qorxunc səsi gözləyirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar (istehza edərək): “Ey Rəbbimiz, bizim payımızı haqq-hesab günündən əvvəl tezliklə ver!” - dedilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Ey Peyğəmbər!) Onların söylədiklərinə səbir et və güclü bəndəmiz Davudu xatırla! Həqiqətən, o, daim Allaha yönəlirdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz dağları onun xidmətinə vermişdik. Onlar səhər-axşam onunla birlikdə Allahı təsbeh edirdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Quşları da bütövlüklə ona ram etmişdik. Onların hamısı Allaha yönəlirdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz onun hökmranlığını möhkəmləndirdik. Ona hikmət və gözəl danışıq qabiliyyəti verdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]