Kateqoriya İslam Şəkillər Forum
Axirət Haqqında - Dini Məlumatlar
 Dini 2022 Axirət haqqında

Axirət Dini inanclara görə ölümdən sonra gediləcəyinə inanılan sonsuz aləm. İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı insanlar cənnətə, pis insanlar isə cəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnət və cəhənnəmdə) davam edəcək. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir.

Digər dini əsaslar kimi Axirət aləmi də iki yolla isbat olunur ki, onlardan biri ağıl və digəri isə ayə və rəvayətlərdən ibarətdir.

Ağıl və məntiq baxmından Axirət aləmi aşağıdakı xüsusiyətlərə malik olmalıdır:

Axirət aləmi əbədi və həmişəlik olmalıdır. Qurani kərimə nəzər saldıqda Axirət aləminin əbədi olmasına dair bir çox ayələr görürük. Məsələn:

Behiştin qapıcıları əhlinə salam verərək dəyər xoş olsun sizə. Əbədi olaraq behiştə daxil olun.

Həmçinin Cəhənnəm əhli barədə buyrulur: Allah təalə münafiq iki üzlü kişilər, qadınlar və kafirlər üçün əbədi olan cəhənnəm odunu vədə vermişdir. Axirət aliminin nemət və səadəti hər növ çətinlik və əzabəziyyətdən uzaq olmalıdır.

Axirət aləmində olan nemət və səadət üçün heç bir əziyyət narahatçılıq və hüzn olmalıdır. Çünki bu cür xüsusiyyətlər müvəqəti olan dünya həyatının nemətləri və rifahını əldə etdikdə ola bilər. Axirət aləmində isə bu cür xüsusiyyətlərin olması qeyri mümkündür. Qurani Kərimdə oxuyuruq:

Onlara xitab olunar. Behiştə daxil olsun. Sizin üçün Heç bir qorxu və hüzn olmayacaqdır.

Axirət aləmi iki hissədən təşkil olunmuşdur. Belə ki saleh əməllər sahibi üçün rəhmət və günahkar üçün əzaba malik olmalıdır.

Ağıl və düşüncə yolu ilə Axirət aləmini bir neçə dəllilə isbat etmək olar.

Bildiyiniz kimi hər bir insan ruh və cisimdən ibarətdir ki, onun əbədi həyatının əsas amili də ruhla bağlıdır. İnsan bu dünyada zəhmət çəkib bir sıra ləzzətlərdən bəhrələnmək və nəhayət bu dünya ilə vidalaşıb torpaq altında çürüyərək aradan getmək üçün xəlq olunmamışdır. Çünki ölməklə bütün var dövlət çəkdiyi zəhmətlər və s. heçə çıxır və beləliklə də hər bir insanın həyat tərzi mənasız və puç sayılır.

İlahi sifətlərdən biri də Allahın hikmətli olmasıdır. Belə bir həyat tərzi isə Allahın hikmətlərindən çox-çox uzaqdır.

KateqoriyaIslam haqqında
AdıAxirət Haqqında
Oxunub14 dəfə
Yerləşdirildi1 il öncə

Digər Dini Məlumatlar
Gizli istifadəçi: Sevmək imtahndısa allah niyə qismət eləmir sevdiyimizi bizə? *** Admin: Diqqetle baxsaniz gorersiniz azerbaycan dilinde de var. *** Gizli istifadəçi: ərəbcə oxunuşu azerbaycan herifləriylə etsəz daha yaxşı olar. *** Gizli istifadəçi: Salam artıq əskik yazmayın *** Gizli istifadəçi: Bu quran kimin tərcüməsidir? *** Gizli istifadəçi: Salam *** V...: Salam???? *** Gizli istifadəçi: Salam *** Aslan: Allahu əkbər *** Ibo: Salam *** Gizli istifadəçi: Salam *** Gizli istifadəçi: İmam cavad hirzi *** Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** Çat
Qur'andan ayə
Siz onların yanına qayıtdığınız zaman onlardan əl çəkməyiniz üçün sizin qarşınızda Allaha and içəcəklər. Ona görə də onlardan əl çəkin! Çünki onlar murdardırlar. Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer cəhənnəmdir.
ət-Tovbə (Mədinə Surəsi) 95-ci Ayə

Kateqoriyalar