Kateqoriya İslam Şəkillər Forum
Dəsuqilik Haqqında - Dini Məlumatlar
 Dini 2022 Dəsuqilik haqqında

Dəsuqilik və ya dəsuqiyyə sufi təriqəti.

Onları Bürhanilər də adlandırırlar. Təriqətin qurucusu Bürhanəd-Din İbrahim ibn Əbu Məcd Dəsuqidir (vəfatı: 1277 il). O, əslən misirlidir və uzun müddət Misirin Dəsuq kəndində yaşamışdır. Burada ibtidai təhsilini almış, Qurani-Kərimi və şafii hüququnu dərindən öyrənmişdir. Sonra isə təcrübəli müəllimlərin rəhbərliyi altında sufiliklə məşğul olmuşdur. Abid olub iyirmi il tərkidünya həyat-tərzi sürmüşdür. Daha sonra fəal şəkildə özünün təsəvvüf yolunun təbliğinə başlamışdır.
Dəsuqilər təriqəti Misir, Sudan və Şimali Afrikada daha geniş yayılmışdır. Misirdə bu təriqət mənsublarının sayına görə, şazili və bədəvi təriqətlərindən sonra üçüncü yerdə gəlir. Onların rifailər, sührəverdilər və şazililərlə çoxlu oxşar cəhətləri vardır. Bəzən Dəsuqiləri bədəvi təriqətinin tərkib hissəsi də hesab edirlər.

Dəsuqilər də zikrləri ucadan (cəhri) edirlər. Mənsublarının ən başlıca vəzifəsi yüksək əxlaqa nail olmaq, təriqətə sadiq qalmaq, öz nəfsləri və ehtirasları ilə mübarizə aparıb onlara qalib gəlməkdir. İlk vaxtlar təriqət mənsubları xüsusi mənəvi hallara (trans hallarına) nail olmaq üçün yığıncaqlarında musiqidən və mahnılardan (səmalardan) istifadə etmirdilər. Lakin sonralar səmaların keçirilməsi təriqətin mərasimlərinin tərkib hissəsinə çevrilmişdir. Dəsuqi sufiləri yaşıl paltarlar geyinirmişlər.

Bu təriqətin şərnubitilər, aşurilər, süyutilər kimi bir neçə qolları vardır.

KateqoriyaIslam haqqında
AdıDəsuqilik Haqqında
Oxunub14 dəfə
Yerləşdirildi1 il öncə

Digər Dini Məlumatlar
Gizli istifadəçi: Sevmək imtahndısa allah niyə qismət eləmir sevdiyimizi bizə? *** Admin: Diqqetle baxsaniz gorersiniz azerbaycan dilinde de var. *** Gizli istifadəçi: ərəbcə oxunuşu azerbaycan herifləriylə etsəz daha yaxşı olar. *** Gizli istifadəçi: Salam artıq əskik yazmayın *** Gizli istifadəçi: Bu quran kimin tərcüməsidir? *** Gizli istifadəçi: Salam *** V...: Salam???? *** Gizli istifadəçi: Salam *** Aslan: Allahu əkbər *** Ibo: Salam *** Gizli istifadəçi: Salam *** Gizli istifadəçi: İmam cavad hirzi *** Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** Çat
Qur'andan ayə
Allah onu nədən yaratdı?!
Əbəsə (Məkkə Surəsi) 18-ci Ayə

Kateqoriyalar