Kateqoriya İslam Şəkillər Forum
Dua Haqqında - Dini Məlumatlar
 Dini 2022 Dua haqqında

Dua - çağırış, dindarın ALLAHA müaraciəti.

Ərəb dilindən tərcümədən, çağırmaq və səsləmək mənalarını ifadə edir.

Dini termində isə dua, müxtəlif hacətlərin həyata keçməsi üçün, Allah-taala ilə danışıb, Ondan kömək diləmək mənasını daşıyır.

Allah-taala Qurani-Kərimdə buyurur: "(Ya Peyğəmbər!) Bəndələrim səndən Mənim barəmdə soruşduqda, (onlara) de ki, Mən (onlara) daha yaxınam, çağıranın duasını Məni çağırarkən icabət edirəm. Onlar hidayət olsunlar deyə, Mənim də`vətimi qəbul edib, Mənə iman gətirsinlər!"

Digər bir ayədə buyurur: "Rəbbiniz dedi: Sizə cavab verim deyə, Məni çağırın!" Bir çox hədislərdə də duanın əhəmiyyətindən söz açılmış və onun üzərində təkid olunmuşdur. Hətta bəzi hədislərdə dua, möminin və Peyğəmbərlərin silahı adlandırılmışdır. Lakin, əsas məsələ insanın dua edərkən kimi çağırması, necə çağırması və nə üçün çağırmasını bilməsi və başa düşməsindən ibarətdir.

DUANIN QAYDASI İslam dinində hər bir əməlin özünəməxsus qayda və şərtləri olduğu kimi, duanın da özünəməxsus olan bir sıra qayda və şərtləri vardır. Onların əsaslarını qeyd edirik:

(1. Müfrədatu əlfazil-Quran, (Rağib), səh-315.),
(2. Bəqərə surəsi, ayə. 186)
(3. Qafir surəsi, ayə. 60).

Bir in­sa­nın Al­la­ha iman gə­tir­di­yi­ni gös­tə­rən önəm­li əla­mət­lər­dən bi­ri də dua­dır. Dua edən in­san özü­nün aciz və zə­if qul ol­du­ğu­nu, is­tə­dik­lə­ri­ni özü tək ye­ri­nə ye­ti­rə bil­mə­yə­cə­yi­ni və bun­la­rı ona an­caq Al­la­hın ve­rə bi­lə­cə­yi­ni qə­bul et­miş olur. Dua Al­la­ha qul ol­ma­ğın ən saf, ən tə­miz, ən sə­mi­mi ifa­də­lə­rin­dən­dir. Qu­ran­da da mö­min­lə­rin əsas xü­su­siy­yət­lə­rin­dən bi­ri­nin "ge­cə-gün­düz səbir edə­rək Al­la­ha dua et­mək" ol­du­ğu be­lə xə­bər ve­ri­lir:

"Sə­hər-ax­şam Rəb­bi­nin ri­za­sı­nı di­lə­yə­rək Ona iba­dət edən­lər­lə bir­lik­də özü­nü səbir­li apar. Fa­ni dün­ya­nın bər-bə­zə­yi­ni ar­zu edib nə­zər­lə­ri­ni on­lar­dan çe­vir­mə. Qəl­bi­ni Bi­zi xa­tır­la­maq­dan qa­fil et­di­yi­miz, nəf­si­nin is­tək­lə­ri­nə uyan və işin­də if­ra­ta va­ran bir kim­sə­yə ita­ət et­mə!"

An­caq dua­nın nə de­mək ol­du­ğu­nu və ne­cə edil­di­yi­ni yax­şı bil­mək la­zım­dır. Çün­ki Qu­ran­dan kə­nar qay­naq­lar­dan (mə­sə­lən, ata-ana­dan, ət­raf­dan, ənə­nə­lər­dən) öy­rə­ni­lən dua an­la­yı­şı adətən Qu­ran­da bil­di­ri­lən hə­qi­qi dua an­la­yı­şı­na uy­ğun gəl­mir. Bu­na gö­rə də Qu­ran­da bu möv­zu­da ve­ri­lən nöq­te­yi-nə­zə­ri və ruhi halı yax­şı dərk et­mək la­zım­dır.

Qu­ran­da dua­nın an­caq tək­ba­şı­na və "için-için" edil­mə­sinin va­cib­li­yi bil­di­ri­lir. Dua­nın hə­qi­qə­tən is­tə­ni­lə­rək, Al­la­h qar­şısında in­sa­nın aciz­li­yi­nin və fə­qir­li­yi­nin qavranılaraq edil­mə­si va­cib­dir. Bu və­ziy­yət­də edi­lə­cək dua Qu­ran­da bil­di­ri­lən "için-için və yal­va­ra-yal­va­ra" ifa­də­si ilə uy­ğun ola­caq­dır:

"Rəb­bi­ni­zə yal­va­ra-yal­va­ra, həm də giz­li­cə dua edin. Şüb­hə­siz ki, O, həd­di aşan­la­rı sev­məz!"

Qu­ran­da da mö­min­lə­rin giz­li şə­kil­də və son də­rə­cə sə­mi­mi dua et­dik­lə­ri xə­bər ve­ri­lir. Zə­kə­riy­yə bu mə­sə­lə­də nü­mu­nə gös­tə­ri­lən pey­ğəm­bər­lər­dən bi­ri­dir:

"Bu sə­nin Rəb­bi­nin öz qu­lu Zə­kə­riy­ya­ya olan mər­hə­mə­ti­nin xa­tır­lan­ma­sı­dır! Zə­kə­riy­ya Rəb­bi­nə giz­li­cə dua edib yal­var­dı­ğı za­man be­lə de­miş­di: "Ey Rəb­bim! Ar­tıq sü­mü­yüm sus­tal­mış, ba­şım ağap­paq ağar­mış­dır. Ey Rəb­bim! Sə­nə dua et­mək­lə heç vaxt naü­mid ol­ma­mı­şam. Mən özüm­dən son­ra gə­lən qo­hum-əq­rə­bam­dan qor­xu­ram. Zöv­cəm də ki, qı­sır­dır. Bu­na gö­rə də mə­nə Öz dər­ga­hın­dan bir oğul bəxş et"

Baş­qa bir ayə­də isə dua­nın "ümid və qor­xu" için­də edil­mə­si­nin va­cib­li­yi xə­bər ve­ri­lir: "On­lar iba­dət üçün ya­taq­la­rın­dan qal­xar, qor­xu və ümid için­də Rəb­bi­nə dua edər­lər" . Mö­min da­xi­lində həm Al­la­ha qar­şı eh­ti­ram do­lu bir qor­xu du­ya­caq, həm də onun rəh­mə­ti­nə və ne­mə­ti­nə ümid bəs­lə­yə­cək­dir.

Al­lah sə­mi­mi şə­kil­də öz ri­za­sı üçün edi­lən dua­nı qə­bul edə­cək­dir. Qu­ran­da bu möv­zu ilə bağ­lı ve­ri­lən ayə­lər be­lə­dir:

"Bən­də­lə­rim Mə­ni sən­dən so­ruş­duq­da söy­lə ki, Mən ya­xı­nam. Dua edib Mə­ni ça­ğı­ra­nın dua­sı­nı qə­bul edə­rəm. Gə­rək on­lar da Mə­nim ça­ğı­rı­şı­mı qə­bul edib Mə­nə iman gə­tir­sin­lər. Bu­nun­la da, ola bil­sin ki, doğ­ru yo­la ye­tiş­sin­lər"

"Rəb­bi­niz bu­yur­du: "Mə­nə dua edin, Mən də si­zin dua­la­rı­nı­zı qə­bul edim! Mə­nə iba­də et­mə­yi tə­kəb­bür­lə­ri­nə sı­ğış­dır­ma­yan­lar cə­hən­nə­mə zə­lil ola­raq gi­rə­cək­lər!"

İn­san dua edər­kən Al­la­hın onu qə­bul edə­cə­yi­nə əmin ol­ma­lı­dır. Al­la­hın hər ye­ri ehtiva etdiyinin fər­qin­də olub bu­na da­xi­lən iman gə­ti­rən bir mö­min Al­la­hın onu hər za­man hər yer­də gö­rüb eşit­di­yi şüu­ru ilə dua edər. Coş­ğu­lu ümid­lə, bir an be­lə ümid­siz­li­yə düş­mə­dən dua­sı­nın qə­bul edil­mə­si­ni göz­lə­yər.

Al­la­hın kö­mə­yin­dən qə­tiy­yən şüb­hə­lən­mə­yə­rək, qə­bul ola­ca­ğı­na qə­tiyyətlə iman gə­ti­rə­rək dua­nı di­lə gə­tir­mək la­zım­dır. Əks bir dav­ra­nış nümayiş etdirən, yə­ni Al­la­hın ica­bə­ti­nə qar­şı şüb­hə ilə ya­na­şan in­sanın etdiyi dua isə Qu­ran mən­ti­qi ilə düz gəlmir. Çün­ki dua­nın özün­də Al­la­ha tam inam var­dır. Sa­le­hin "Şüb­hə­siz, mə­nim Rəb­bim ya­xın və (dua­nı) qə­bul edən­dir" ("Hud" su­rə­si, 61) ifadəsi ilə bil­di­ril­di­yi ki­mi, mö­min Al­la­ha qar­şı tam bir inam için­də ol­ma­lı­dır.

An­caq bu ica­bət in­sa­nın is­tə­di­yi hər bir şe­yin müt­ləq hə­ya­ta keç­mə­si an­la­mı­na gəl­məz. Çün­ki bə­zən in­san, hə­qi­qət­də, özü üçün zə­rər­li olan bir şe­yi də Al­lah­dan istəyə bi­lər. Bu və­ziy­yət­də Al­lah ona is­tə­di­yi­ni ver­mək əvə­zi­nə da­ha xe­yir­li və gö­zəl olan bir baş­qa şe­yi ve­rər.

Al­lah hər za­man sə­mi­mi bir dua­nı qə­bul edər. An­caq bu ica­bət hər za­man in­sa­nın tə­lə­bi­nin ey­ni­lə ye­ri­nə ye­ti­ril­mə­si de­mək de­yil­dir (Həm­çi­nin "ica­bət", "ca­vab ver­mək" mə­na­sı­nı da­şı­yır).

Çün­ki in­san "…Olur ki, xo­şu­nu­za gəl­mə­yən bir şey si­zin üçün xe­yir­li­dir və olur ki, sev­di­yi­niz şey də si­zin üçün bir zə­rər­dir. Al­lah bi­lər, am­ma siz bil­məz­si­niz" ("Bə­qə­rə" su­rə­si, 216) hök­mü­nə gö­rə nə­yin yax­şı, nə­yin pis ol­du­ğu­nu hər za­man ayırd edə bil­mir. Bu sə­bəb­dən fər­qi­nə var­ma­dan "İn­san xey­rə dua et­di­yi ki­mi, zə­rə­rə də dua edər. İn­san çox tə­lə­sən­dir" ("İs­ra" su­rə­si, 11) ayə­si­nə gö­rə bəl­kə hə­qi­qə­tən zə­rər­li olan bir şe­yi is­tə­yər.

Bu sə­bəb­dən in­san Al­lah­dan əv­vəl­cə Onun razılığını, Onun rəh­mə­ti­ni istə­mə­li­dir. Al­lah­dan özü­nün tər­bi­yə­lənməsi­ni və ka­mil­ləş­mə­si­ni di­lə­mə­li­dir. Bu­nun ne­cə ola­ca­ğı­nı Al­lah da­ha yax­şı bi­lir. Həm­çi­nin pey­ğəm­bər­lə­rin dua­la­rı da bu şə­kil­də­dir. Sü­ley­ma­nın "Sə­nin ra­zı qa­la­ca­ğı­n yax­şı iş gör­mək üçün il­ham ver" ("Nəml" su­rə­si, 19) şək­lin­də­ki dua­sı bir nü­mu­nə­dir.

Bu­nun­la ya­na­şı, mö­min Al­la­hın Qu­ran­da tə­rif­lə­di­yi və nü­mu­nə ola­raq gös­tər­di­yi hər cür ne­mə­ti Al­lah­dan is­tə­yə bi­lər. Bu barədə et­di­yi dua­sın­da isə son də­rə­cə sə­mi­mi və ürək­dən dav­ran­ma­lı, is­tə­di­yi hər şey üçün Al­la­ha dua et­mək­dən çə­kin­mə­mə­li­dir. Çün­ki in­sa­nın nə is­tə­di­yi­ni bi­lən, ona is­tə­di­yi­ni ve­rən yal­nız Al­lah­dır.

KateqoriyaIslam haqqında
AdıDua Haqqında
Oxunub16 dəfə
Yerləşdirildi1 il öncə

Digər Dini Məlumatlar
Gizli istifadəçi: Sevmək imtahndısa allah niyə qismət eləmir sevdiyimizi bizə? *** Admin: Diqqetle baxsaniz gorersiniz azerbaycan dilinde de var. *** Gizli istifadəçi: ərəbcə oxunuşu azerbaycan herifləriylə etsəz daha yaxşı olar. *** Gizli istifadəçi: Salam artıq əskik yazmayın *** Gizli istifadəçi: Bu quran kimin tərcüməsidir? *** Gizli istifadəçi: Salam *** V...: Salam???? *** Gizli istifadəçi: Salam *** Aslan: Allahu əkbər *** Ibo: Salam *** Gizli istifadəçi: Salam *** Gizli istifadəçi: İmam cavad hirzi *** Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** Çat
Qur'andan ayə
Göylərdə və yerdə nə varsa, hamısı hökmran, müqəddəs, qüdrətli və hikmət sahibi olan Allahı təsbeh edir.
əl-Cumuə (Mədinə Surəsi) 1-ci Ayə

Kateqoriyalar