Kateqoriya İslam Şəkillər Forum
İnşallah Haqqında - Dini Məlumatlar
 Dini 2022 İnşallah haqqında

İnşallah (ərəbcə: انشاءالله) "İn" (əgər) "şəa" (istəsə) və "Allah" sözlərindən əmələ gəlib, "Əgər Allah istəsə", qısası, "Allah qoysa" deməkdir.

Qurani-Kərimdə buyurulur: "Ancaq: "İnşallah (əgər Allah istəsə; Allah qoysa) edəcəyəm!" – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə versin!)" – de." (Kəhf surəsi, 24)

"İnşallah" əhd bağlamaqdır, yəni mən Allahın izni ilə həmin işi əmələ gətirmək üçün bütün səbəbləri əmələ gətirəcəyəm və əgər Allah istəsə söz verdiyim şey baş verəcək.

"İnşallah" sözünün üzərinizə qoyduğu vəzifə əhd bağladığınız işlə əlaqədar mümkün olan bütün səbəbləri əmələ gətirməkdən ibarətdir. Əgər əmələ gətirmirsinizsə, deməli, "İnşallah" sözünü sadəcə dildə iqrar etmisiniz, yəni əməldə onu göstərməmisiniz. Bu isə möminə xas olan xüsusiyyət deyil.

Siz səbəbləri əmələ gətirmisinizsə və gözlənilməz bir hadisə üzündən söz verdiyiniz işi yerinə yetirə bilməyirsinizsə, bu zaman Allah verdiyiniz sözün məsuliyyətini üzərinizdən götürür.

Bu əhdin məsuliyyətini başa düşə bilməmiz üçün İslam Peyğəmbərinin (s) bu kəlamına diqqət yetirməmiz kifayət edər "Əmanətə xəyanət edənin imanı, əhdinə vəfa etməyənin isə dini yoxdur"!

Quranı Azərbaycan dilinə tərcümə edənlər: Z. M. Bünyadov və V. M. Məmmədəliyev

Portal:İslam

KateqoriyaIslam haqqında
Adıİnşallah Haqqında
Oxunub2 dəfə
Yerləşdirildi1 il öncə

Digər videolar
Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** X....: Allahın salami olsun her kese *** Lemos: Salam allah butun musulman baci qardaslarimizi qorusun. amin *** Leman: Salam allah butun musulman qardas ve bacilarimizi qorusun *** Naz: əziz istifadəçilər xahiş edirik mövzuya ait suallar yazın! *** Gizli istifadəçi: Esqin *** ???: Sayit neden boş? kimse daxil olmur... *** Admin: əziz dostlar nik yerinə bir ləqəb yazın hamı seçə bilsin yoxsa qarışıq düşür *** A.b.: Xahis edirik yazılan suallari cavablandirin *** Orhan: əs salam aleykum *** Zeyneb: Allahın salami olsun her kese allah cumlemizi qorusun inşallah *** Ruqeyye: Salam men buradan bütün esgerlerimizi salamlayiram allah onları qorusun amin inşallah *** Sevinc: Allah bütün momun ve momune muselmanlarimizi qorusun amin *** Çat
Qur'andan ayə
Biz hər ümmətdən bir şahid (peyğəmbər) çıxardacaq və (kafirlərə): “Dəlilinizi gətirin!” - deyəcəyik. O zaman onlar biləcəklər ki, haqq Allaha aiddir və uydurduqları (bütlər) onlardan uzaqlaşıb yoxa çıxacaqdır.
əl-Qasas (Məkkə Surəsi) 75-ci Ayə

Kateqoriyalar