Kateqoriya İslam Şəkillər Forum
Naz: əziz istifadəçilər xahiş edirik mövzuya ait suallar yazın! *** Gizli istifadəçi: Esqin *** ???: Sayit neden boş? kimse daxil olmur... *** Admin: əziz dostlar nik yerinə bir ləqəb yazın hamı seçə bilsin yoxsa qarışıq düşür *** A.b.: Xahis edirik yazılan suallari cavablandirin *** Orhan: əs salam aleykum *** Zeyneb: Allahın salami olsun her kese allah cumlemizi qorusun inşallah *** Ruqeyye: Salam men buradan bütün esgerlerimizi salamlayiram allah onları qorusun amin inşallah *** Sevinc: Allah bütün momun ve momune muselmanlarimizi qorusun amin *** Sevinc: Allah bütün momün *** Gizli istifadəçi: Benim admin hubeyb dir besenin admin nedir bunlar negözelseyler diler çooo *** Gizli istifadəçi: Hubeyb *** Serxan: Salam men bu cati yuklemey isdiyrem pleymarketde var *** Gizli istifadəçi: Salam men bu cati pley marketde var yukluyum *** Gizli istifadəçi: Men cox dine nagliyam amma naa qola bilmirem *** Gizli istifadəçi: Salam menim adım aygundur *** Məhəmməd: Allah cumləmizin dualarını qəbul etsin *** Aytən: Başımı bağlamıram. talib olan bəydə mənə gələcəkdə məcbur etməsinki başını bağla. *** Aytən: Mən özüm ağdaşlıyam. talib olan bəydə ağdaş və ətraf rayonlardan olsa daha yaxşı olar. *** Aytən: Namaz qılan və imanlı oğlanla ailə qurmaq istərdim *** Çat
Qadın soruşur / Gizli istifadəçi (10 cavab)
Qadınlarla Bağlı
Kişi soruşur / Gizli istifadəçi (2 cavab)
Müsəlman Həqiqəti Bildirmək Istəmirsə Nə Etməlidir?
Forumda Bütün Suallar dini suallardır. Lütfən sual yerləşdirərkən etikalı olun.
Yeni Mövzu aç Forum Dini Şəkil Göndər
Küfr Haqqında - Dini Məlumatlar
 Dini 2022 Küfr haqqında

Küfr (ərəb. الكفر) Qurani-Kərim və hədislərdə çox geniş yer verilmiş terminlərdən biri də küfr kəlməsidir. Bu termin Allahı(c.c.) inkar etmək mənasında istifadə olunur. İslam alimlərinin imanın mahiyyəti haqqında irəli sürdükləri fərqli görüşlərindən dolayı küfrün də mahiyyəti haqqında da fərqli görüşlər ortaya qoyublar.

Küfür lüğətdə örtmək, gizləmək, nankorluq etmək kimi mənaları ifadə edir.

Hz. Peyğəmbəri Allahdan gətirdiyi şeylərdə yalanlayıb, təvatur yolu ilə bizə gəlib çatan dinin əsaslarından birini və ya bir neçəsini inkar etmək deməkdir. Qurani-Kərimdə k-f-r kökündən yaranan küfür kəlməsi qırx bir dəfə amma bu kökdən olan feil və ismlər bir çox ayələrdə istifadə olunmuşdur. Həmçinin Quranda “ cəhd (bilərək inkar etmək), işraq (şərik qoşmaq) və təkzib (yalançı qəbul etmək)” kəlmələridə küfr mənasında istifadə olunmuşdur. Bunlardan əlavə “Tuğyan (həddi aşmaq), zülm (haqsızlıq etmək), ism ( günah işləmək) və fisq (haq yoldan ayrılmaq) kəlmələrinə də küfr və inanmayanları bildirmək üçün yer verilmişdir. Küfr edən şəxs Qurani-Kərimdə ən pis canlı olduğu qeyd edilir: «Şübhəsiz, Allah yanında canlıların ən pisi kafir olub daha iman gətirməyən kəslərdir».
« Doğurdan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun. Əbədi olaraq onda qalacaqlar. Onların əzabı nə yüngülləşdirilər və nə də onlara ( üzr istəmələri üçün) möhlət verilər».

İmam Sadiq (ə) buyurur: « Küfr Qurani-Kərimdə beş mənada işlənmişdir:

«Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Quran) gəldi, onlar bundan əvvəl həmişə özlərinin (həmin kitabı gətirəcək peyğəmbər vastəsi ilə) kafirlər üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq) , bildikləri şey onlara gələn zaman ona küfr etdilər. Odur ki, Allahın lənəti olsun kafirlərə»

«(Məadı inkar edən müşriklər) dedilər: Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; Daim ölürük və dirilirik; Və bizi yalnız zamanın keçməsi öldürür. Onların bu iddiaya bir (dair) bilikləri yoxdur. Onlar yalnız güman edirlər.»

«və (İbrahim) dedi:həqiqət budur ki, dünya həyatında aranızda dostluğa səbəb olsun deyə siz Allahı yox, bütləri qəbul etdiniz. Sonra-qiyamət günü- sizin bəziniz digərinizi inkar edəcək və bəziniz digərinizə lənət oxuacaqdır. Sizin qalacağınız yer odur və sizə heç bir kömək edən olmayacaq»

«Onda aşkar nişanələr İbrahimin məqamı vardır. Kim ora daxil olsa amandadır. Allahın insanların boynuna düşən haqqı budur ki, o evə gedərək oranın həcc əməllərini yerinə yetirsinlər. Kim nankorluq etsə, həqiqətən Allahın aləmdəkilərə ehtiyacı yoxdur.»

«bu Rəbbimin fəzlindəndir və məni yoxlamaq üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük) ? və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir.»[9]

Aziz Aguistin günahın təbiətini araşdırarkən bunun əsasında yaranmışların Tanrıdan üz çevirmək olduğunu qeyd edir: Onlar mütləq varlıqdan üz çevirib nisbi varlıqlara yönəlirlər. Belə bir günahın təkəbbürdən başqa daha gözəl adı ola bilməz.Şəxsin diqqət etməsi gərəkənə diqqət etməyib, bütünlüklə öz nəfsinə yönəlməsi pis bir şeydir[10].

Kəlamçılar küfrü ortaya çıxma forması və səbəbi baxımından dördə ayırıblar:[11]

Allahı, peyğəmbərləri və onların gətirdikləri əsasıları şəxsin qəlbi ilə təsdiq, dili ilə iqrar etməməsidir.

Qəlbən Allahın ilah olduğunu bildiyi halda bu həqiqəti dili ilə söyləməməsi və inanc əsaslarını qəbul etməməsidir[12].

Şəxsin Allahın varlığını, birliyini, aləmin yaradıcısı və sahibi olduğunu bilməyinə rəğmən bəzi səbəblərdən dolayı-məqam, mövqe, həsəd, əkəbbür və s.-iman etməməkdə inad etməsidir

Şəxsin inanması lazım olan inancları dili ilə iqrar etdiyi halda qəlbi ilə təsdiq etməməsidir. Allah quranda bu haqda belə buyurur:
“Münafiqlər sənin yanına gəldikdə deyərlər: «Şəhadət veririk ki, həqiqətən, sən Allahın Rəsulusan.» Allah bilir ki, sən Onun Rəsulusan və həm də Allah şəhadət verir ki, həqiqətən, münafiqlər yalançılardır.”[13]. Digər bir ayədə də belə buyurulur:“Şübhəsiz münafiqlər odun ən aşağı təbəqəsindədirlər və onlar üçün əsla bir yardımçı tapmayacaqsan”[14].

Əlfaz-i Küfrlə bağlı əsərlərdə küfrə aparan söz və ifadələri əsasən beş başlıq altında toplayıblar.

Allahın zatı, sifətləri və feilləri haqqında tövhid inancına zidd olan bir inanca sahib olmaq. Həmçinin Uluhiyyətə ait hər hansı bir xüsüsu məsğərə etmək.

Peyğəmbərlərdən birini inkar, məsğərə edən və vəhilərini yalanlayan ifadələr,həm çinin namaz, oruc, zəkat, həcc və cihad kimi ibadətləri peyğəmbərin öyrətdiyi şəkildə qəbul etməməyi, hər hansı bir insanı və ya ona ait görüşləri peyğəmbərdən üstün göstərməyi ifadə edən sözlər.

Quranın tamamını və ya bir qismini inkar edən, qurandakı iman, ibadət, hüqüq və əxlaq mövzuları ilə əlaqəli məlumatların yalnış və çatışmamazlığını önənə çıxardan, halalı haram, haramı halal sayan ifadələr və quranın İlahi kəlam olmadığını ifadə edən sözlər.

İslami elmlərə və islam alimlərinə yönəlik tavır alıb dinin yayılmasına yönəlik olan xidmətlərə mane olacaq sözlər, İslamı təmsil etdikləri üçün alimlər haqqında təhqiramiz (alayıcı və küçümseyici) ifadələr[15].

Küfrü gerəkdirən söz və ya davranışın xoş qarşılanması. Misal olaraq din və ya dini dəyərlərin məsğərə edilməsini sözlə və ya feli olaraq xoş və müsbət qarşilamaq[16].

Bura qiyasa əsaslanaraq və ya müxtəlif (ilazmi) yollara əsaslanaraq ortaya çıxan küfr ifadələriaitdir. Misal olaraq, zalım bir dövlət başçısına ədalətli demək küfr sözü qəbul edilmişdir. Çünki islamın haram buyurduğu zülmü dolayı yolla halal kimi təqdim etmək mənasına gəlir.

İslam Fiqhində Əhli Kitabın və Müşrüklərin pak və nəcis olması

KateqoriyaIslam haqqında
AdıKüfr Haqqında
Oxunub5 dəfə
Yerləşdirildi11 ay öncə

Digər videolar


Qur'andan ayə
Kim Allaha və Peyğəmbərə itaət edərsə, onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar nə gözəl yoldaşlardır!
ən-Nisa (Mədinə Surəsi) 69-ci Ayə

Kateqoriyalar