Kateqoriya İslam Şəkillər Forum
Müşəbbihilər Haqqında - Dini Məlumatlar
 Dini 2022 Müşəbbihilər haqqında

Müşəbbihilər Tanrını insan keyfiyyətləri ilə təsəvvür edənlər Orta əsr müsəlman məzhəbi. Onlar mücəssimilər kimi də tanınırlar. Dinşünaslıq terminologiyasında isə bu cür inanış şəklinə "antropomorfizm" deyilir. Müşəbbihilər müsəlmanların ənənəvi dünyagörüşündən fərqli olaraq, Allahı Onun yaratdıqlarına aid sifətlərlə təsəvvür edirdilər.

İslam dünyasında bu fikrin banisi Cəhm ibn Səfvan (vəfatı: 746-ci il) sayılır. O, İlahi sifətləri inkar edib, Allahı insana bənzətmişdir. Əbdülqahir Bağdadi (vəfatı: 1037-ci il), "Təriqətlər arasında fərqlər" əsərində müxtəlif müsəlman təriqətləri haqqında məlumat verərkən, müşəbbihiləri iki qrupa bölmüşdür:

Orta əsrlərdə bir neçə müşəbbihi təriqəti mövcud olmuşdur. Bunlardan ən tanınmışı Haşim ibn Həkəmin başçılıq etdiyi haşimilər idi. Tanınmış təriqətşünas Şəhristani onun mötəzili alimi Əbülhüzeyl arasındakı teoloji diskussiyanı qələmə almışdır. Bu diskussiyada Haşim ibn Həkəm Allahı insanabənzər olduğunu, konkret bir obrazda mövcudluğunu iddia etmişdir. O, hətta Tanrının insan əzalarına bənzəyəyən üzvlərinin uzunluğu haqqında da fikirlər söyləmişdir.

Müsəlman qaynaqlarına görə, müşəbbihilər daha çox ilahi təcəssümə inanan qulatların (ifrat təriqətlərin) nümayəndələri olmuşlar. Onlardan biri kimi, xəlifə Əli ibn Əbu Talibin (ə) şəxsiyyətini ilahiləşdirən, onun simasında Tanrının təcəssüm etdiyini iddia edən Abdulla ibn Səbanın adı çəkilir. Haşim ibn Həkəm də qulatdan olmuşdur. Bəzi Bəsrə mötəzililəri də müəyyən qədər öz baxışlarında müşəbbihiliyə meyilli idilər. Məsələn, onlardan bəziləri Allahın iradəsini insan iradəsi kimi dəyərləndirirdilər. Yaxud onlar Allahın danışmaq bacarığını insanın analoji bacarığından fərqləndirmirdilər.

Lakin müşəbbihilik vahid dünyagörüş sistemi olmamışdır. Bu kimi teoloji-fəlsəfi baxışlar müxtəlif, hətta bir-birinə zidd məktəblərin nümayəndələrində də ola bilərdi. Orta əsrlərdə Müsəlman cərəyanlarının nümayəndələri arasında aparılan çəkişmələrdən göründüyü kimi, tərəflər çox zaman bir-birini müşəbbilikdə ittiham etmişlər. Məsələn, mütəzililər ənənəvi İslamda Allahın sifətlərinin olmasını, Cənnətdə Allahın görünməsini, Onun taxtda (Ərşdə) oturması kimi inancları müşəbbihiliyin əlamətləri kimi qiymətləndirmişlər. Formal məntiqə dayanan mötəzililər hesab edirdilər ki, belə olsa, onda Allah müəyyən məkanda və zamanda mövcud olmalıdır. Mötəzili Zahid Kövsəri bu problemlər üzrə aparılan diskussiyalar zamanı ənənə tərəfdarı İbn Qüteybəni müşəbbihilikdə ittiham etmişdir.

Fəxrəddin Razi kimi bəzi tanınmış alimlər də, Quranda Allahın "üzü" və "əlləri" anlayışlarının mahiyyətini izah etməyə çalışanları müşəbbihi adlandırmışlar. Ənənəvi İslam tərəfdarları bütün bu ittihamları təkzib etmiş, həmin məsələlərdə yalnız formal məntiqə istinad edilməsini düzgün saymamışlar. Onlara görə, Allahın sifətləri və yuxarıda qeyd edilmiş başqa məsələlər düşüncədən kənar (irrasional) sahəyə aid problemlərdəndir. Quranda isə məsələ ilə bağlı buyurulur: "...Ona (Allaha) bənzər heç bir şey yoxdur...".

Digər tərəfdən Quran və hədislərdə Allahın sifətlərə malik olduğu haqqında deyilsə də, bunlar insan düşüncəsinə sığmayan məsələlərdir. İslam ənənəçilərinin fikrincə, onlara insan kateqoriyaları ilə baxılması müşəbbihiliyin əlamətidir. Allahın diri, qüdrətli, bilikli və s. olması kimi İlahi sifətlər haqqında danışılanda, bunları heç də insandakı kimi təsəvvür etmək olmaz. Bu sözlər İlahi kitabda yalnız insanın düşüncəsi səviyyəsində təqdim olunmuşdur. Bunların həqiqi mahiyyəti isə dərkedilməzdir. Başqa sözlə, İslam ənənəçilərinə görə, Allahın diriliyi, biliyi, yaxud qüdrəti insanın analoji keyfiyyətləri ilə eyni deyildir.

KateqoriyaIslam haqqında
AdıMüşəbbihilər Haqqında
Yerləşdirildi1 il öncə

Digər videolar
Gizli istifadəçi: İmam cavad hirzi *** Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** X....: Allahın salami olsun her kese *** Lemos: Salam allah butun musulman baci qardaslarimizi qorusun. amin *** Leman: Salam allah butun musulman qardas ve bacilarimizi qorusun *** Naz: əziz istifadəçilər xahiş edirik mövzuya ait suallar yazın! *** Gizli istifadəçi: Esqin *** ???: Sayit neden boş? kimse daxil olmur... *** Admin: əziz dostlar nik yerinə bir ləqəb yazın hamı seçə bilsin yoxsa qarışıq düşür *** A.b.: Xahis edirik yazılan suallari cavablandirin *** Orhan: əs salam aleykum *** Zeyneb: Allahın salami olsun her kese allah cumlemizi qorusun inşallah *** Ruqeyye: Salam men buradan bütün esgerlerimizi salamlayiram allah onları qorusun amin inşallah *** Çat
Qur'andan ayə
(Ey peyğəmbər!) De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir”.
Ali İmran (Mədinə Surəsi) 31-ci Ayə

Müşəbbihilər haqqında
Kateqoriyalar
Etiketlər

Musebbihiler Haqqinda Islam Dini Haqqinda melumatlar dini melumatlar

Azərbaycanda ilk və yeni dini saytımızda olan Musebbihiler Haqqinda Islam Dini Haqqinda melumatlar dini sekilleri olduqca zəngin dini biliklərə sahib bir sayt olacaq. Musebbihiler Haqqinda Islam Dini Haqqinda melumatlar islam dini ilə siz daha çox şey biləcəksiniz.

Musebbihiler Haqqinda Islam Dini Haqqinda melumatlar hedisler

Qadınlar üçün təşkil edilmiş özəl dini video və dini şəkillər sizlərin əlinizdədir bu şəkilləri rahatlıqla yükləyə bilərsiniz.

Müxtəlif dini hedisler, ayələr Bu məlumatları pdf formatında endirə bilərsiniz.

Azərbaycanda Islam dini və daha çox məlumatlar .

Hənbəli məzhəbi
Mötəzilə
Qədərilik
Allahın üzü
Tovhid ehli
Allah kimdir
Allah yazısı azerbaycanca
Sələfilərin iç üzü
İslam

İslam Tarixi

Allah • Quran Peyğəmbər • Həcc Namaz • Zəkat Azan • Zikr İctihad • Cihad

Şiələr: İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər • İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər • Xəttabilər) • Vaqifiyyə • Rafizilər (Batinilər) • Qeysanilər • Xürrəmilər • Baziğiyyə • Qurabiyyə Xaricilər: