Kateqoriya İslam Şəkillər Forum
Müstəti Haqqında - Dini Məlumatlar
 Dini 2022 Müstəti haqqında

Müstəti – müsəlmana həcc ziyarətinin vacib olması.

Müstəti olmağın şərtləri bunlardır:

1) Yol azuqəsi və ehtiyacı olan surətdə miniyi olsa, ya bunları əldə etməyə imkan verən malı olarsa;

2) Məkkəyə getməyə və çox əziyyət çəkmədən həcci yerinə yetirməyə sağlamlığı və qüvvəsi olsun. Bu şərt həcci şəxsin özünün yerinə yetirməsində şərtdir. Bir kəsin maddi imkanı olsa, amma şəxsən özü həccə getmək üçün fiziki qüdrəti olmasa, yaxud şəxsən getməsi çox çətin olsa, (fiziki) vəziyyətinin də yaxşılaşmasına ümidi olmasa, gərək başqasını bu işə naib tutsun.

3) Yolda getməyə mane olan bir şey olmasın; əgər yol bağlı olsa, ya yolda insanın canının, ya namusunun aradan getməsindən, ya malının aparılmasından qorxusu olsa, həcc ona vacib olmur. Lakin əgər başqa yol ilə gedə bilsə, uzaq olmağına baxmayaraq gərək o yol ilə getsin, amma o yol, "həcc yolu bağlıdır" deyiləcək dərəcədə uzaq və qeyri-adi olsa, gərək o yolla getməsin.

4) Sair cəhətlərdən imkanı olsun ki, həcc əməllərini yerinə yetirə biləcək qədər vaxtı olmalıdır.

5) Xanımı və uşaqları kimi xərclərini təmin etmək boynuna vacib olan şəxslərlə, xərcliyin tərkolunması şəxs üçün çətin olan şəxslərin xərclərini təmin etmiş olmalıdır.

6) Geri qayıtdıqdan sonra yaşayışını qazanc, əkinçilik, mülk gəliri və ya başqa bir yolla təmin edə bilməlidir. Belə ki, həccdən qayıtdıqdan sonra, həccə xərc etdiyi üçün çətinliklə yaşamağa məcbur qalmamalıdır.

KateqoriyaIslam haqqında
AdıMüstəti Haqqında
Yerləşdirildi1 il öncə

Digər videolar
Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** X....: Allahın salami olsun her kese *** Lemos: Salam allah butun musulman baci qardaslarimizi qorusun. amin *** Leman: Salam allah butun musulman qardas ve bacilarimizi qorusun *** Naz: əziz istifadəçilər xahiş edirik mövzuya ait suallar yazın! *** Gizli istifadəçi: Esqin *** ???: Sayit neden boş? kimse daxil olmur... *** Admin: əziz dostlar nik yerinə bir ləqəb yazın hamı seçə bilsin yoxsa qarışıq düşür *** A.b.: Xahis edirik yazılan suallari cavablandirin *** Orhan: əs salam aleykum *** Zeyneb: Allahın salami olsun her kese allah cumlemizi qorusun inşallah *** Ruqeyye: Salam men buradan bütün esgerlerimizi salamlayiram allah onları qorusun amin inşallah *** Sevinc: Allah bütün momun ve momune muselmanlarimizi qorusun amin *** Çat
Qur'andan ayə
Kitabda (Quranda) Məryəmi də yad et! Bir zaman o, ailəsindən ayrılaraq şərq tərəfdə bir yerə çəkilmişdi. (Təfsirçilərə görə, Həzrət Məryəm Məscidi-Əqsanın, yaxud evinin şərq tərəfində inzivaya çəkilmişdi.)
Məryəm (Məkkə Surəsi) 16-ci Ayə

Kateqoriyalar