Kateqoriya İslam Şəkillər Forum
Qədr Gecəsi - Dini Məlumatlar
 Dini 2022 Qədr Gecəsi

Qədr gecəsi - Qurani-Kərim məhz Ramazan gecələrinin birində lövhi-məfhuzdan tam şəkildə nazil edilib. Buna Qurani-Kərimdə iki ayə dəlildir.

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir.
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil (tam şəkildə) etdik.
Birinci ayəyə görə Quran Ramazan ayında nazil edilmişdir, ikinciyə görə isə Qədr gecəsində. Deməli, Qədr gecəsi Ramazan ayındadır.

Quranın nazil olunduğu gecə "Qədr gecəsi" adlanır. Bəziləri Qədr gecəsi ilə Quranın ilk ayələrinin nazil olduğu gecəni qarışdırırlar. Besət gecəsi rəcəb ayının 27-ci gecəsidir.

Qədir gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr dilimizə "Əhya gecələri" kimi daxil olmuşdur.

sünni
Əhli-sünnə mənbələrində Qədr gecəsinin sonuncu 10 gecənin içərisində, xüsusən də 27-ci gecənin olduğu güman edilir. Bu barədə hədislər nəql olmuşdur.

Şiə
Şiə mənbələrində Qədr gecəsinin ən çox ehtimal verildiyi gecə, ramazan ayının 23-cü gecəsidir. Belə ki, bu barədə aşağıdakı məzmunda hədis nəql olmuşdur:
Bir gün bir yaşlı kişi Peyğəmbərə (s) deyir ki, mən yaşlı adamam və bura uzaq yoldan gəlirəm və hər gecə gəlməyim mənə çox əziyyət edir. Qədr gecəsinin hansı gecə olduğunu söyləsən, həmin gecə bura gələrəm. Peyğəmbər (s) onun qulağına nəsə söyləyir. Rəvayət edənlər söyləyir ki, ondan sonra həmin kişi hər Ramazan ayının 23-cü gecəsi görünürdü.

Qədr gecəsinin fəziləti
Qədr gecəsinin fəzilətlətinin olması Qədr surəsində bu cür deyilmişdir:
"(Ya Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?!

Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.

O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)

Qədr gecəsinin əhəmiyyəti barədə həmçinin Duxan surəsində qeyd olunur: "Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur - Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk - Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!)

Qədr gecəsinin əməlləri
Müstəhəbdir:

Qüsl etmək. (Ən fəzilətli vaxtı gün batan vaxtdır.)
İşa namazından sonra iki rəkət namaz qılmaq. Namazların hər rəkətində Həmd surəsindən sonra 7 dəfə İxlas surəsini oxumaq.
Namazdan sonra 70 dəfə "Əstəğfirullahə və ətubu ileyh" demək.
Bu gecə tövbə edib, bağışlanmaq diləmək, Quran oxumaq, dua etmək bəyənilən işlərdəndir. Boynunda qəza namazları olanlar daha yaxşı olar ki, qəza namazı da qılsınlar.

Dualardan "Coşən Kəbir" duasını oxumaq daha çox təkid olunub. Belə ki, bu duada Allahın 1001 adı çəkilir və ehtimal olunur ki, Əsmaül-hüsna (Allahın ən gözəl adları) bu adların içərisindədir. Bu duadan sonra hacətlərini Allahdan istəsən onların icabət olunması ehtimalı böyükdür.

KateqoriyaIslam haqqında
AdıQədr Gecəsi
Oxunub1 dəfə
Yerləşdirildi1 il öncə

Digər videolar
Gizli istifadəçi: İmam cavad hirzi *** Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** X....: Allahın salami olsun her kese *** Lemos: Salam allah butun musulman baci qardaslarimizi qorusun. amin *** Leman: Salam allah butun musulman qardas ve bacilarimizi qorusun *** Naz: əziz istifadəçilər xahiş edirik mövzuya ait suallar yazın! *** Gizli istifadəçi: Esqin *** ???: Sayit neden boş? kimse daxil olmur... *** Admin: əziz dostlar nik yerinə bir ləqəb yazın hamı seçə bilsin yoxsa qarışıq düşür *** A.b.: Xahis edirik yazılan suallari cavablandirin *** Orhan: əs salam aleykum *** Zeyneb: Allahın salami olsun her kese allah cumlemizi qorusun inşallah *** Ruqeyye: Salam men buradan bütün esgerlerimizi salamlayiram allah onları qorusun amin inşallah *** Çat
Qur'andan ayə
De: “Deyin görək, əgər Onun əzabı sizə gecə, yaxud gündüz gələrsə, nə edərsiniz? Nəyə görə günahkarlar əzabın tez gəlməsini istəyirlər?!
Yunus (Məkkə Surəsi) 50-ci Ayə

Qədr Gecəsi
Kateqoriyalar
Etiketlər

Qedr Gecesi Islam Dini Haqqinda melumatlar dini sekilleri

Azərbaycanda ilk və yeni dini saytımızda olan Qedr Gecesi Islam Dini Haqqinda melumatlar dini melumatlar olduqca zəngin dini biliklərə sahib bir sayt olacaq. Qedr Gecesi Islam Dini Haqqinda melumatlar islam dini ilə siz daha çox şey biləcəksiniz.

Qedr Gecesi Islam Dini Haqqinda melumatlar hedisler

Qadınlar üçün təşkil edilmiş özəl dini video və dini şəkillər sizlərin əlinizdədir bu şəkilləri rahatlıqla yükləyə bilərsiniz.

Müxtəlif dini hedisler, ayələr Bu məlumatları pdf formatında endirə bilərsiniz.

Azərbaycanda Islam dini və daha çox məlumatlar .

Qədr gecəsi 2023
2-ci qədr gecəsinin əməlləri
Qədr surəsi
Qədr gecəsi saat neçədə başlayır
Qedr gecesi oxunan dualar 2023
Qedr gecesi hedisler
Qedr gecesi namazi vaxti
Qədr gecəsinin fəzilətləri
Qədr gecəsi - Qurani-Kərim məhz Ramazan gecələrinin birində lövhi-məfhuzdan tam şəkildə nazil edilib. Buna Qurani-Kərimdə iki ayə dəlildir.

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir.
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil (tam şəkildə) etdik.
Birinci ayəyə görə Quran Ramazan ayında nazil edilmişdir, ikinciyə görə isə Qədr gecəsində. Deməli, Qədr gecəsi Ramazan ayındadır.

Quranın nazil olunduğu gecə "Qədr gecəsi" adlanır. Bəziləri Qədr gecəsi ilə Quranın ilk ayələrinin nazil olduğu gecəni qarışdırırlar. Besət gecəsi rəcəb ayının 27-ci gecəsidir.

Qədir gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr dilimizə "Əhya gecələri" kimi daxil olmuşdur.