Kateqoriya İslam Şəkillər Forum
Qeybət Haqqında - Dini Məlumatlar
 Dini 2022 Qeybət haqqında

İslamda qeybət müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş etmək hesab olunur, qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır.

Qurani-Kərim qeybət etməyi müsəlman qardaşının ətini yeməyə bərabər hesab edir: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun."

Qeybət etməyin pislənməsinə aid hədis və rəvayətlər çoxdur.

Məhəmməd peyğəmbər buyurur: "Müsəlmanın dininin məhvində qeybətin təsiri xora xəstəliyinin insan bədənindəki təsirindən çoxdur".

Rəvayət olunur ki, Allah Musa peyğəmbərə belə vəhy etdi:

"Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq. Qeybətlə məşğul olduğu halda dünyasını dəyişən şəxs isə hamıdan birinci cəhənnəmə daxil olacaq".

Tənbihul-xəvatir kitabında qeyd olunan hədisdən də aydın olur ki, hətta ölmüş mömin qardaşın qeybətini etmək onun ətini yeməkdən də pisdir: "Allahın peyğəmbəri (s) bir zinakar kişini daşqalaq etdi. Bir nəfər öz dostuna dedi: "O, it kimi öldü." Allahın Peyğəmbəri (s) həmin bu iki nəfərlə murdar bir leşin yanından keçəndə onlara buyurdu: "Dişlərinizlə bu leşdən bir tikə qoparın." Ərz etdilər: "Ey Allahın Rəsulu! Allahın salamı olsun sənə, leşi dişimizə götürək?" Buyurdu: "Qardaşınızdan qopardığınız tikə bu leşdən daha üfunətlidir."

Müsəlmanın qeybətini etməkdən məqsəd düzgün və mühüm hədəf olarsa, belə ki, bu mühüm hədəfə qeybətdən savayı heç bir şeylə nail olmaq mümkün olmazsa, bu vaxt qeybət etmək günah deyil. Deməli, qeybətdəki istisnaların sayı qeyri-məhduddur. İstisnalardan bir neçəsi aşağıdakılardır:

Eləcə də bir şəxs ailə həyatı qurmaq məqsədilə gələcək həyat yoldaşı haqqında onu tanıyanlardan soruşduğu təqdirdə həmin adam bildikləri doğruları söyləməlidir. Əgər onun söylədiyi həqiqətlər içərisində normalda qeybət hesab olunan varsa da, bu, günah hesab olunmur.

KateqoriyaIslam haqqında
AdıQeybət Haqqında
Oxunub1 dəfə
Yerləşdirildi1 il öncə

Digər videolar
Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** X....: Allahın salami olsun her kese *** Lemos: Salam allah butun musulman baci qardaslarimizi qorusun. amin *** Leman: Salam allah butun musulman qardas ve bacilarimizi qorusun *** Naz: əziz istifadəçilər xahiş edirik mövzuya ait suallar yazın! *** Gizli istifadəçi: Esqin *** ???: Sayit neden boş? kimse daxil olmur... *** Admin: əziz dostlar nik yerinə bir ləqəb yazın hamı seçə bilsin yoxsa qarışıq düşür *** A.b.: Xahis edirik yazılan suallari cavablandirin *** Orhan: əs salam aleykum *** Zeyneb: Allahın salami olsun her kese allah cumlemizi qorusun inşallah *** Ruqeyye: Salam men buradan bütün esgerlerimizi salamlayiram allah onları qorusun amin inşallah *** Sevinc: Allah bütün momun ve momune muselmanlarimizi qorusun amin *** Çat
Qur'andan ayə
Sizə dediklərimi xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Şübhəsiz ki, Allah bəndələrini görür”.
Ğafir (Məkkə Surəsi) 44-ci Ayə

Kateqoriyalar