Kateqoriya İslam Şəkillər Forum
Sələfilik Haqqında - Dini Məlumatlar
 Dini 2022 Sələfilik haqqında

İlk dövr Sələfiyyə Lüğətdə- əvvəl gəlmək,keçmək mənasında olan “sələf” (ərəb. سلف) sözündən törəyən sələfiyyə, ilk İslam alimləri və keçmiş İslam böyükləri ilə onların yolunu tutanlar mənasına gəlir. Bəzən buna “yaxşı”, ”xeyirli” mənasında “salih” sözünü də əlavə edərək , “sələfi-salihin” ifadəsi ilə İslamın ilk dövrlərindəki İslam alimləri nəzərdə tutulur.

Termin olaraq isə sələfiyyə- inanc mövzularına aid məsələlərdə ayə və hədislərdəki zahiri ifadə ilə kifayətlənib, bunları olduğu kimi qəbul edən fərqli izahlardan uzaq qalaraq təşbih və təcsimə düşməyən qruplar deməkdir. İlk İslam böyükləri səhabə və tabiindən çıxmışdır. Bu baxımından sələfiyyə, əshab və tabiinin yolunu tutanlar mənasına gələrək Əhli-sünnənin adı olaraq qarşımıza çıxmışdır. Ancaq sələfiyyə daha sonra “xələfiyyə” kimi bilinən Sünni kəlam məktəblərini əhatə etmədiyi üçün bəzi alimlər tərəfindən “Əhli sünnəyi-xassa” digərləri isə “Əhli sünneyi-ammə” şəklində tanınmışdır.

Hz.Peyğəmbərin vəfatından sonra inanc mövzuları və siyasi sahədəki ixtilaflar ətrafında firqələşmələr ortaya çıxdığı zaman, hər bir firqə özünəməxsus bir ad ilə bilinməyə başlamış, bunların xaricində müsəlmanların əksəriyyəti xüsusi bir ad almadan varlığını davam etdirmişdir. Ancaq h. II/m.VIII əsrlərdən etibarən xüsusuilə inanc mövzularında fikir yürüdən və mütaşabih ayələri təvil edən Mötəzilənin ortaya çıxıb inkişaf etməsi ilə birlikdə müsəlmanların əksriyyətinə bağlı alimlər bunlara etiraz etmiş, doğru yolun səhabənin və tabiinin yolunu izləmək olduğunu bildirmişdir. Bəzən daha açıq şəkildə həqiqi yol “keçmiş alimlərin yoldur” ifadəsindən də istifadə etmişdir. Bu çərçivədə qeyd olunan qrupu ifadə etmək üçün, Sələfiyyə termini istifadə olunmağa başlanmışdır. Hicri üçünücü əsrin əvvələrində təşəkkül edən bu zümrənin yolunun Quran və Sünnə yolu olduğu bilinməkdədir.
Maturidiyyə və Əşəriyyənin yaranması və inkişafından sonra mühavizəkar sələf əqidəsi tərəfdarları islam dünyasının hər ölkəsində azalmağa başlamışdır. Ümumiyyətlə fiqhdə Hənbəli olanlar (dünya müsəlmanları arasındakı nisbəti % 1-2
dir) əqaiddə də sələfi olaraq qalmışdır. Hədis elmilə məşğul olan alimlərin əskəriyyəti sələfilik əqidəsini mənimsəmişdir. İslam tarixinin hər dövründə olduğu kimi sələf əqidəsi tərəfdarları az da olsa hər bir İslam ölkəsində mövcuddur. Bəzi ifratçılığa getməsinə baxmayaraq ən çox mövcud olduğu ölkə Səudi Ərəbistandır.

Ümumi olaraq düşüncə quruluşu, elm adamları tərəfindən inkişaf etdirilən və bütün elmi işlərində o elm adamlarına yol göstərdiyi kimi məhdudlaşdırıcı da olan ön qəbul etmə yumağı olaraq təyin oluna bilər. Bu qəbul etmə, elm adamının aldığı təhsil və sahib olduğu inanc istiqamətində formalaşması yanında çox qüvvətli strukturları və bütün düşüncəni maraqlandırdığı üçün dəyişməsi olduqca çətin hətta qeyri-mümkündür. Bu səbəblə elm adamları öz düşüncə strukturlarına uyğun gəlməyən fikirləri rədd edir və ya onu öz düşüncə quruluşuna uyğun hala gətirirlər. Necə ki ayələrin təfsiri və hədislərin zəif görülüb əməl edilməməsinin təməlində bu yatar.
Sələfin düşüncəyə əhəmiyyət verməməsi və nassları əsas alması onların düşüncə quruluşunun ola bilməyəcəyi fikrinə istiqamət versə də nassları şərh etmədən və əqli istidlaldan çəkinməyə aparan bir sistemin olması lazımdır. Unutmayaq ki sələfin düşüncə quruluşunu meydana gətirən ana qaydalardan biri olan "ayələrin yorumlarının edilməməsinin gərəyi" hökmü də bir əqli qaydadır. Çünki bu hökmü bir nassa əsaslanaraq deyil şəxsən ictihadlarına söykənərək verməkdədirlər. Beləcə dində ilk əqli istidlali onlar etmiş olmaqda, özlərindən sonra gələn və əqli istidlal etdikləri üçün tənqid etdikləri hətta zındıq saydıqları kəlamçılara yol açmış olurlar. Onlar bu məhdudlaşdırmağı etməsə idilər və belə bir yol açmasa idilər özündən sonra gələn alimləri ən azından tənqid etmələri haqlı sayılabilərdi. Ancaq onlar bu qapını açan ilk alimlər olmuşlar.

A. TƏQDİS : Allah Təalaya Cəlal və əzəmətinə layiq olmayan hər şeydən tənzih etmək, layiq olmadığı şeylərdən münəzzəh olduğuna inanmaq. Məsələn
قَالَ يَٰٓإِبْلِيسُ مَا مَنَعَكَ أَن تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَىَّ
Allah buyurdu ki, “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu ?” Yuxarıdakı ayədə keçən “əl” və “möminin qəlbi Rəhmanın iki barmağı arasındadır.” Məalındakı hədisdə keçən “barmaq” sözü eşidildiyi zaman Allaha cismiyyət istinad edildiyi başa düşülməkdədir. Çünki “ yəd=əl” kəliməsi iki mənaya gəlir:
Birincisi, ət, sümük, və əzələlərdən meydana gəlmiş olan cisim. Qeyd, ayə və hədislərdə keçən “yəd” bu mənada istifadə olunmuş ola bilməz. Çünki Allah cism olmaqdan və cisimlərə məxsus xüsusiyyətlərlə vəsflənməkdən uzaqdır. ikincisi, “Yəd”-in bir başqa mənası da “ filan ölkə filan hökmdarın əlindədir” cümləsində olduğu kimi məcazdır. Bu iki məna da cisimə əlavə edilməz. Deməli nəslərdə keçən və mənası açıq olmayan bu kimi sözlər üzərində düşünməmək və fikir bildirməmək lazımdır.

B.TƏSDİQ : Allahın Quran və Sünnətdə keçən sifət və isimlərinin Onun ucalığına və kamalına layiq mənaları olduğunu qəbul edib, Hz.Peyğəmbər Allahı necə təsvir etmişsə ona o şəkildə də inanmaqdır.

C. ACİZLİYİ ETİRAF :Mütəşabih ayələrdə bildirilənlərdə həqiqi muradı Allaha tərk etmək, bunların bilinməsinin mümkün olmayacağını ifadə etməkdir.

D. SÜKUT :Mütəşabihatın mənasını soruşmamaq, onlara fikir verməmək və hətta bu mövzuda sual verməyi belə qadağan etməkdir. Çünki Hz.Peyğəmbər, qədər mövzusu ilə məşğuliyyəti qövmünə qadağan etmişdir. İkinci xəlifə Ömər də “Rəhman Ərşə istiva etdi.” ayəsinin mənasını soruşan bir Misirlini sürgün etmiş, Quranın məxluq olub olmadığını soruşan birini susdurmuş və belə suallar soruşulmasını qadağan etmişdir. Qısacası sələf bu mövzularda susmağı sükutu seçim etmişdir.

E. İMSAK: Mütəşabih ayələr üzərində dəyişlik etməmək; Açıqlanmayan mənaları istifadə etməkdən və təvildən çəkinməkdir. Məsələn: yədullah (Allahın "əli") kəlməsini, qudrətullah (Allahın qüdrəti) şəklində ifadə edərək yorumlamaq.

F. KƏFF: Mütəşabihatla qəlbən məşğul olmamaq və onlar üzərində düşünməməkdir. Bir əlilin və ya üzmə bilməyənin dənizə girməsi nə qədər təhlükəlidirsə, cahil bir kimsənin də, mənası qapalı olan nəsslərlə qəlbən məşğul olması və onları açıqlamağa çalışması ən az o qədər təhlükəlidir.

G. MƏRİFƏT ƏHLİNƏ TƏSLİM: Uca mövzular, Peyğəmbər və səhabəyə gizli deyildir. Bu baxımından onların hər kəsə qapalı olduğu qəbul edilməkdədir. Ancaq bunlar üzərində dayanmaq yerinə, təvilini ancaq Allah bilir deyərək onalrın elmini əhlinə buraxıb, təvilinə girməməkdir.

Sələfiyyə bu təməl fikirləri ilə özünü Əhli sünnənin tək təmsilçisi hesab etmiş, Əhli-sünnəni təşkil edən və “xələfiyyə” olaraq bilinən Sünni kəlam alimlərinin görüşlərinə də dəyər vermişdir[9].

İlk dövr Sələfiyyə ilə Əhli-sünnə kəlamçıları arasındakı əsas fərqləri belə sıralamaq olar:

Dörd fiqhi məzhəbin qurucusu olan alimlər, ilk dövr sələfiyyənin tanınmış ən məşhur nümayəndələridir.

Əhməd ibn Həmbəl(ərəb. أحمد بن حنبل) 164.(780) – ci ildə Rəbiuləvvəl ayında (vəya Rəbiulssani) Bağdatda dünyaya gəlmişdir. Ailəsi Mərvdən Bağdata köçərkən anası ona hamilə olduğu üçün Mərvdə doğulduğunu söyləyənlər də vardır.Oğlu Salihin rəvayət etdiyi şəcərəyə görə nəsli Hz.Peyğəmbərin babalarından Nizarla birləşərək Hz.İsmailə qədər uzanır. Əhməd ibn Həmbəl atası 30 yaşlarından öldüyünə görə Şeybanioğullarından olan anası Safiyyə bint Meymunənin himayəsi altında böyüdü. Qurani Kərimi əzbərlikdən, Bağdatlı alimlərdən bir müddət qrammatika və fiqh öyrəndikdən sonra Hədis öyrənməyə başladı.İlk müəllimlərindən biri olan və onun haqqında çoxlu hədis yazdığı Hüşeym ibn Bəşirdir. Bundan əlavə onun başqa müəllimləri də olmuşdur ki bunlardan Süfyan ibn Uyeynə, Yəhya ibn Said-əl Kattan, Abdurrahman ibn Mehdi, İmam Şafii və Əbdürrəzzaq kimi alimlər də vardır. İmam Şafii dən isə fiqh və üsuli-fiqh öyrənmişdir[10]. Əl-Müsnəddəki rəvayətlərə görə müəllimlərinin sayısı 280-dir. Əhməd ibn Hənbəli yaxından tanıyan müəllimləri onun haqqında tərifə layiq sözlər işlətmişlər. Məsələn Yəhya ibn Said-əl Kattan onun bir dərya olduğunu tələbələri arasında onun bənzəri kimi bir tələbənin olmadığını söyləmiş və bunu bütün kitablarının və hədislərinin istifadəsinə icazə vermişdir. “Sünnə” termini sələflərin anlayışında, bidətin əksi deməkdir. Sünnə, ilk müsəlmanların tabe olduqları əqidə və mənhəcdir. Mənhəc – metod, yol anlamına gəlməkdədir. Mənhəc yəni sünnə əhlinin, məxluqatın yaradılışı məqsədini həyata keçirmək üçün, tutduğu yol və metoddur. Bu məqsəd də yalnız tək olan Allaha ibadət etməkdir. Bu haqda Uca Allah buyurmuşdur: “Sizin hər biriniz üçün bir şəriət və bir yol (mənhəc) təyin etdik”[11]. Bu səbəbdən ümmətin sələfləri əqidə və mənhəc məsələləri ilə bağlı hər bir şeyi sünnə adlandırırdılar[12]. Onlardan bir çoxları əqidə və mənhəc haqqında kitablar yazarkən, bu kitabları “Sünnə” adlandırırdılar. Məsələn Əbu Asimin “Sünnə” kitabı, Abdullah bnu Əhmədin “Sünnə” kitabı, Mərvazinin “Sünnə” kitabı, ibnu Şahinin “Sünnə” kitabı, əl-Hallalın “Sünnə” kitabı və s. Zamanımızda müsəlmanlar arasında baş vermiş parçalanma, onların məhs sələflərin əqidə və mənhəclərindən bəhs edən bu kitabları tərk etmələri ucbatındandır. Buna dəlil Uca Allahın kəlamıdır:“Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir”[13].



Əhməb ibn Hənbəlin ən önəmli əsəri olan əl-Müsnəd xaricində özünə nisbət edilən kitabların heç birini şəxsən özü qələmə almamış, hətta öz söz və fətvalarının yazılmasına icazə verməmişdir. Buna görə əsərləri başda oğlu Abdullah olmaq üzərə digər tələbələri tərəfindən və ölümündən sonra qələmə alınmışdır. Günümüzə çatan və demək olar ki, hamısı hədisə dair olan əsərləri bunlardır:

Əhməd ibn Hənbəlin günümüzə qədər gəlib-gəlmədiyi bilinməyən ət-Təfsir və Kitabü-l-Fəraiz adlarında iki əsəri daha vardır. ət-Təfsir in əl-Müsnəd-dən bir neçə misli daha həcimli olduğu və 120 min hədis ehtiva etdiyi bilinməktədir. Zəhəbi Kitabü-l-Fərazi 4-nün bir qismini gördüyünü söyləməkdədir. Bundan əlavə Kitabü-l-Elm, Kitabü-l-İləl, Kitabü-s-Sünnə və Kitabü-l-Məscid adlı əsərlər də onun əsərləri arasında sayila bilər.

Əbu Hənifə(ərəb. أبو حنيفة) 80 (699) ildə Kufə şəhərində anadan olmuşdur. O, Hənəfi məzhəbinin imamı böyük müctəhiddir.Əbu Hənifə ticarətlə məşğul olan varlı bir ailənin uşağıdır. Özü də elm öyrənməyə başlamazdan əvvəl parça tacirliyi edib. Kufədə Amr ibn Hureys bölgəsində bir mağazanın olduğundan bəhs edilir (Hatib, XIII, 325). Elm həyatına atılanda ticarət işini tərəfdaşları vasitəsilə davam etdirdiyi, onun bu sıralarda tələbələrinə və başqalarına etdiyi maddi yardımlardan anlaşılmaqdadır. Həyatı maddi sıxıntıdan uzaq olaraq keçmişdir. Kiçik yaşlarda Quranı əzbərlədiyi hesab edilən Əbu Hənifə, qiraət elmini qiraəti səba alimlərindən olan Asım ibn Bəhdələdən öyrənmişdir. Əslində Əbu Hənifənin anadan olub böyüdüyü Kufə ilə bölgənin ikinci böyük şəhəri olan Bəsrə, digər millətlər və qədim sivilizasiyalarla əlaqəsi olan, yeni müsəlman olanlara İslam və Ərəb Dilinin öyrədildiyi, siyasi fəaliyyətlərin intensiv olduğu mühüm yaşayış məntəqələridir. Eyni zamanda, buralar bir çox fəqih, dilçi, ədib, şair və filosofun da olduğu bir elm mərkəzi idi. Belə bir şəraitdə ticarətlə məşğul olan, parlaq bir zəkaya sahib olan Əbu Hənifəyə ətrafındakı alimlər yaxın maraq göstərmişlər və onu elmə yönəltmişlər. Əbu Hənifəni də bu məsələ ilə bağlı olaraq Əbu Əmr əş-Şabinin onu çağırıb, "Səni ağıllı, qabiliyyətli və hərəkətli bir gənc olaraq görürəm. Elmə və alimlərin məclislərinə davam etməyi etinasızlıq etmə" dediyini, bu söhbətin ona təsir etdiyini, beləliklə, elm təhsilinə yönəldiyini bildirir. Əvvəl əqidə və cədəl elmini öyrənməyə başlayan, getdikcə bu elmdə müəyyən bir məsafə alan Əbu Hənifə, dövründəki inkarçı və bidətçilərlə münaqişə etmiş, fərqli etiqadı düşüncəyə malik insanların və məzhəblərin olduğu Bəsrəyə zaman-zaman etdiyi səfərlərində də bu davranışını davam etdirmişdir. Dövrünün görkəmli alimlərinin bir çoxu ilə görüşmə və onlardan elmi cəhətdən istifadə etmək imkanı tapan Əbu Hənifənin əsl müəllimi, dövründə Kufə rəy məktəbinin ustadı qəbul edilən Həmməd ibn Əbu Süleymandır[14].

Son beş əsərin əhatə etdiyi mövzular, Osmanlı alimlərindən Bəyazizadə Əhməd Əfəndi tərəfindən kəlam dərsliklərinin tərtibinə görə "Əl-usülül-münife" adı ilə bir araya gətirilmiş, yenə eyni müəllif tərəfindən "İşarətül-məram" adı ilə şərh edilmiştir. Əbu Hənifəyə nisbət edilən, oğluna və bəzi tələbələrinə xitabən yazılmış dini, elmi və əxlaqi ibrətləri ehtiva edən başqa risalələr də var.
Hətda Onun fiqh elminə də böyük töhfəsi olmuşdur. Əbu Hənifənin fiqh elmi fikrinin inkişafına böyük töhfəsi, digər məzhəb imamları və İslam alimləri tərəfindən də müxtəlif üslublarda ifadə edilmişdir. İmam Şafinin, fiqhlə məşğul olan bütün alimlərin Əbu Hənifəyə təşəkkür borclu olduğunu dilə gətirən məşhur sözü ("İnsanlar fiqhdə Əbu Hənifənin iyalidir", İbn Abdülber, s. 136) onun fəqihlər yanındakı ehtiramını bildirməyə kifayətdir.

Şafii məzhəbinin imamı, böyük müctəhiddir. O, 150-ci ildə (767) Qəzzədə dünyaya gəlib. Şafinin gözəl üzlü bir insan olduğu, sünnəyə tabe olmaq məqsədilə saç və saqqalını xınayla boyadığı, and içməkdən çox çəkindiyi, gecənin bir hissəsini ibadətlə keçirdiyi, daha çox Quran oxumaq üçün gecə təravih namazlarını evində tək qıldığı, beləliklə bir ayda çox xətm etdiyi, rəvayətə yol açıb işləməyə və ibadətə mane olduğu üçün çox yeməməyə xüsusilə diqqət etmişdir. Səmimi bir dindarlığı şüar tutan Şafiinin müxtəlif məlumatların xeyri haqqında belə dediyi nəql edilir: "Quran öyrənənin nüfuzu artar, fiqhlə məşğul olanın dəyəri yüksələr, hədis yazanın dəlilləri qüvvətlənər, dil üzərinə işləyənin təbiəti öyrənər, riyaziyyat örgənənin mühakiməsi güclənər, özünü qoruya bilməyənə isə elm fayda etməz"[16] (Zəhəbi, X, 24).

Şafiinin əsərlərinə gəlincə isə, Şafiinin fiqh təcrübəsi böyük nisbətdə şəxsən qələmə aldığı, qismən də tələbələrinə imla etdiyi əsərlər yolu ilə gəlmişdir. Busahədə ciddi bir dəyişiklik olmadan rəvayət edilmişdir. Şafiinin qövli qədim dövrəsinə aid təməl əsəri əl-Ḥuccə olub ən güclü ravisi Zəfəranidir. Kərabis və Əhməd ibn Yəhyanın bu əsərə aid rəvayətləri uzun ömürlü olmamışdır. Qövli qədim ravilərindən Əbu Səvr isə Şafiinin müəllif sistemini əsas götürərək əl-Məbsut adlı bir əsər ortaya çıxartmış, bəzi xüsuslarda Şafiiyə müxalif çıxmış özünə aid bir məzhəb meydana gətirmiş, fiqhi fikirləri vəfatından sonra Azərbaycan və İrminiye xalqının əksəriyyəti tərəfindən mənimsənmişdir. İmam Şafinin əsərlərini belə sıralaya bilərik:

Öz əsərlərindən əlavə ona nisbət edilən əsərlər də vardır. Həmin əsərlər bunlardır:

Malik ibn Ənəs(ərəb. مالك بن أنس), Maliki məzhəbinin imamı, böyük müctəhid və mühəddis idi. İmam Malik, ən əhəmiyyətli elm mərkəzlərindən biri olan Mədinədə böyüdü.İmam malik Əməvilərin son dövrlərində, Abbasilərin ilk dövrlərində yaşamışdır[18]. Əvvəllər elm təhsilinə rəğbət etməyib göyərçinlərlə vaxt keçirərkən bir gün atasının soruşduğu bir suala qardaşı Nadirin doğru, özünün səhv cavab verməsi və atasının, "Göyərçinlər səni yola verdi" deməsi üzərinə təhsilə qərar verdiyini və ilk olaraq Əbdürrəhman ibn Hürmüz əl-Arəcdən hədis dərsi almağa başladığını söyləyir. Qurani Kərimi də bu əsnada öyrənmiş olmalıdır. Böyük tabiin alimlərindən biri olan bu müəlliminin yanında keçirdiyi yeddi illik təhsil həyatından məşhur fəqih Rəbiatürreyinin dərslərinə qatıldı. Fiqhi mələkəsinin inkişafında və üsulunun formalaşmasında rəy tərəfdarı bu müəlliminin böyük təsiri olmaqla birlikdə özünün hədis və əsərə olan bağlılığı və Rəbianın sələfin fikirlərinə müxalifəti səbəbiylə son zamanlarda onun məclisini tərk etdiyi ifadə edilər. Bunun ardından özündən ən çox faydalandığı müəllimi İbn Şihab əz-Zühridir. İstər Əməvilər istər Abbasilər dövründə xəlifələr və qubernatorlarla yaxşı münasibət quran Malik bunu onlara haqqı və doğruyu tövsiyə etmənin bir vəsiləsi olaraq görmüş, şəxsi görüşmələrində və məktublarla onları irşada çalışmışdır. Dövlət adamları ilə tez-tez görüşməsi tənqid mövzusu olunduqda bunu bilərək etdiyini beləliklə onların layiq olmadığı şəxslərlə münasibətdə olmamasını istəmişdir. Xüsusilə həcc münasibətiylə Mədinəyə gələn xəlifələr ona böyük hörmət göstərir və özlərinə öyüd-nəsihət verməsini istəyərlərdi. Xəlifələr ondan hədis eşitdikləri kimi dərs almaları üçün uşaqlarını da onun yanına göndərərmişlər. Hədis dinləmək və ya uşaqlarına dərs keçmək üçün onu dəvət edən xəlifələrin təkliflərini qəbul etməmiş, elm bir kimsənin əyağına getməməlidir elmə gedilməsi lazım olduğunu söyləmişdir[19]. Qaynaqlarda İmam Malikin yüz min ətrafında hədis əzbərləməklə birlikdə bu mövzudakı titizliyi səbəbiylə ancaq az bir qismini rəvayət etdiyi bilinir. Fətva mövzusunda olduğu kimi hədis rəvayəti barəsində da utancaq davranır, çox hədis rəvayət edənləri, hər bildiyini söyləyənləri qınayar, belə edənlərin insanların azmasına səbəb ola biləcəyini söyləyərdi. O öldükdə, evində hədis qutuları tapılmasına baxmayaraq, həyatda olarkən bunları rəvayət etməmişdi. Hədis mövzusunda əl-Muvattası ilə ilk təsnif çalışması edənlər arasında əhəmiyyətli bir yeri olan Malik, bütün hədis nüfuzlarında bu elmin zirvələrindən biri qəbul edilmiş, "hafiz, hüccət, imam, Əmirəl-möminin fil-hədis(Hədisdə möminlərin Əmiri)" kimi xüsusiyyət və ünvanlarla xatırlanmışdır. Hədislərin səhihliyini və sənətlərin səhihliyini bilmək üçün şübhəsiz nümunəvi bir şəxsiyyət idi. Özü son dərəcə etibarlı olduğu kimi rəvayətdə olduğu kəslər haqqında da eyni titizliyi göstərməsi onun iştirak etdiyi sənədlərin etibarlılığını ən yüksək səviyyəyə çatdırmışdır. İmam Malik bir mövzuda məsləhətləşdiyində dərhal fikir bildirməzdi, mövzuyla əlaqəli uzun düşünər, araşdırma edər, sonra cavab verərdi. Tələbəsi İbnul-Qasim onun, "Bir məsələ haqqında on ildən bəri düşünməkdəyəm, hələ qəti bir görüşə vara bilmədim" dediyini nəql edər (Qazı İyaz, I, 144). Allah və Rəsulunun adına səhv bir hökm etməkdən çəkindiyini deyərdi. Quran və Sünnədə açıq hökm olmayan xüsuslarda görüş bildirərkən, "Zənnimizcə belədir, belə hesab edirik, qəti olaraq bilmərik" kimi ifadələr istifadə edər, müəyyən bir qənaətə çatmayıbsa çəkinmədən bunu da söyləyərdi. Bir dəfə ona qırx səkkiz məsələnin soruşulduğunu, onlardan otuz ikisinə "bilmirəm" deyə qarşılıq verər və bir dəfə soruşduğumuz qırx sualın yalnız beşinə cavab verdiyi deyilir.

İmam Malikdən dərs almış şagirdlərin sayı minlərlə olmasına, baxmayaraq onların fikir və məzhəbinin yayılmasında yalnız bir hissəsi qabaqcıl oldu.

KateqoriyaIslam haqqında
AdıSələfilik Haqqında
Oxunub8 dəfə
Yerləşdirildi1 il öncə

Digər Dini Məlumatlar
Admin: Diqqetle baxsaniz gorersiniz azerbaycan dilinde de var. *** Gizli istifadəçi: ərəbcə oxunuşu azerbaycan herifləriylə etsəz daha yaxşı olar. *** Gizli istifadəçi: Salam artıq əskik yazmayın *** Gizli istifadəçi: Bu quran kimin tərcüməsidir? *** Gizli istifadəçi: Salam *** V...: Salam???? *** Gizli istifadəçi: Salam *** Aslan: Allahu əkbər *** Ibo: Salam *** Gizli istifadəçi: Salam *** Gizli istifadəçi: İmam cavad hirzi *** Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** X....: Allahın salami olsun her kese *** Çat
Qur'andan ayə
Süleyman quşları nəzərdən keçirib dedi: “Hüdhüdü (şanapipiyi) nə üçün görmürəm? Yoxsa o yoxdurmu?
ən-Nəml (Məkkə Surəsi) 20-ci Ayə

Kateqoriyalar