Kateqoriya İslam Şəkillər Forum
Sənusilər Haqqında - Dini Məlumatlar
 Dini 2022 Sənusilər haqqında

Sənusilər-Şimali Afrikada Məhəmməd ibn Əli Sənusi (1791-1859) tərəfindən əsası qoyulmuş islahatçı sufi qardaşlığının ardıcıllarıdırlar.

İslam

İslam Tarixi

Allah • Quran Peyğəmbər • Həcc Namaz • Zəkat Azan • Zikr İctihad • Cihad

Şiələr: İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər • İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər • Xəttabilər) • Vaqifiyyə • Rafizilər (Batinilər) • Qeysanilər • Xürrəmilər • Baziğiyyə • Qurabiyyə Xaricilər: Əcrədilər (Meymunilər • Sə'ləbilər) • Əzrəqilər • Bəyhəsilər • İbadilər • Nəcədat • Süfrilər

Sələfilər (Vəhabilər) • Kadiyanilik • Babilik (Bəhailik)

Sufilər • Yəsəvilik • Nəqşibəndilik • Sührəvərdilik • Xəlvətilik • Səfəvilik • Bayramilik • Bəktaşilik • Cəlvətilik • Cərrahilik • Çiştiyyə • Ehqaqiyə • Gülşənilik • Hürufilik • Kübravilik • Məlamətilik • Meyvazhi • Mövləvilik • Nemətullahiyyə • Nöqtəvilik • Qələndərilik • Qadiriyyə • Rahmaniyyə • Rifailik • Rövşənilər • Sənusilər • Şaziliyyə • Zahidiyyə • Nüseyrilər • Druzlar • İslam fəlsəfəsi

Məhəmməd ibn Əli Əlcəzairdə anadan olmuş, uzun müddət müxtəlif dini elmləri öyrənmiş və özünü maliki hüquq məktəbinin mənsubu hesab etmişdir.
Ruhani kamilləşmə yolunu o, Hidrilər adlı sufi qardaşlığının rəhbəri Əhməd ibn İdrisin yanında keçmişdir. Bundan başqa ona Ticani sufi təriqətinin yaradıcısı Əhməd Ticaninin ideyaları da böyük təsir etmişdir. Sonralar Sənusi başqa təriqətlərin - Şazililərin, Qadirilərin mənəvi təlimləri ilə səsləşmiş və öz sufi qardaşlığının əsasını qoymuşdur. Məhəmməd ibn Əli öləndən sonra onun oğulları Mehdi və Məhəmməd Şərif qardaşlığa başçılıq etmişlər.

Sənusilər ilkin İslamın saflığına qayıdışı təbliğ etmiş, dinə sonradan gətirilmiş yenilik və əlavələrdən uzaq durub, müsəlmanlar arasındakı ziddiyyətləri aradan qaldırmaq istəmişlər. Bu qardaşlıqda xəfi (sakit) zikrlər oxunmuş, ekstaz və trans halına girmək, ibadət zamanı rəqs etmək qadağan olunmuşdur. Onlar müqəddəslərin ziyarət edilməsinə qarşı çıxmamış, Həzrət Məhəmməd peyğəmbərə (s) xüsusi dualar oxumuşlar. Sənusilər dövlət idarəçiliyinin ciddi teokratik prinsiplər əsasında həyata keçirilməsinin tərəfdarı idilər

Onların ideyaları Liviya, Əlcəzairlə yanaşı, Şimali Afrikanın başqa regionlarında, eləcə də Hicaz və Sudanda yayılmışdır. Sənusilərin mənsubları bu bölgələrin siyasi həyatında baş vermiş hadisələrin gedişatında aktiv rol oynamışlar. Məsələn, XIX-XX əsrlərdə onlar Şimali Afrika xalqlarının Avropa dövlətlərinin, xüsusən də İtaliyanın müstəmləkəçi hakimiyyətinə qarşı apardıqları müqavimət hərəkatında fəal iştirak etmişlər.

KateqoriyaIslam haqqında
AdıSənusilər Haqqında
Yerləşdirildi1 il öncə

Digər videolar
Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** X....: Allahın salami olsun her kese *** Lemos: Salam allah butun musulman baci qardaslarimizi qorusun. amin *** Leman: Salam allah butun musulman qardas ve bacilarimizi qorusun *** Naz: əziz istifadəçilər xahiş edirik mövzuya ait suallar yazın! *** Gizli istifadəçi: Esqin *** ???: Sayit neden boş? kimse daxil olmur... *** Admin: əziz dostlar nik yerinə bir ləqəb yazın hamı seçə bilsin yoxsa qarışıq düşür *** A.b.: Xahis edirik yazılan suallari cavablandirin *** Orhan: əs salam aleykum *** Zeyneb: Allahın salami olsun her kese allah cumlemizi qorusun inşallah *** Ruqeyye: Salam men buradan bütün esgerlerimizi salamlayiram allah onları qorusun amin inşallah *** Sevinc: Allah bütün momun ve momune muselmanlarimizi qorusun amin *** Çat
Qur'andan ayə
O gün (müşriklər) Allaha təslim olacaqlar, uydurduqları (bütlər) də yox olub gedəcəkdir.
ən-Nəhl (Məkkə Surəsi) 87-ci Ayə

Kateqoriyalar