Kateqoriya İslam Şəkillər Forum
Şiəlik Haqqında - Dini Məlumatlar
 Dini 2022 Şiəlik haqqında

Şiəlik ― İslam dininin təriqəti.

Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir.

"Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. :

Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır :

.mw-parser-output .ts-Sitatın_əvvəli-quote{padding:0.25em 1em;border:thin solid #eaecf0;background-color:#f8f9fa}.mw-parser-output .ts-Sitatın_əvvəli-source{margin:1em 0 0 5%}.mw-parser-output .ts-Sitatın_əvvəli-quote .ts-oq{margin:0 -1em -0.25em}body.skin-minerva .mw-parser-output .ts-Sitatın_əvvəli-quote .ts-oq{margin-left:0}.mw-parser-output .ts-Sitatın_əvvəli-quote .ts-oq .ts-oq-header.ts-oq-header,.mw-parser-output .ts-Sitatın_əvvəli-quote .ts-oq .ts-oq-content{padding-left:1.052632em;padding-right:1.052632em}


"Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi. Sonradan bu ad onlar üçün rəsmiləşdi."




Cabir ibn Abdullah Ənsari (r.ə.) belə buyurub :

Rəsulallahın (s) hüzurunda olduğumuz bir vaxta Əli ibn Əbu Talib (ə) otağa daxil olduqda, Peyğəmbər (s) buyurdu:

"Canım əlimdə Olana and olsun ki, bunun (Əliyə işarə) şiələri qiyamət günü qurtuluşa yetişəcəklər".

Bu əsnada zikr edilən ayə ("İnnəlləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh") nazil oldu". "Həmin ayə nazil olduqda, Rəsulallah (s) Əliyə (ə) belə buyurdu: "Sən və şiələrin, qiyamət günü Allah sizdən, sizin də Allahdan razı olduğunuz halda gələcəksiniz".




İbni Abbas (r.ə.) deyir:

"İnnəlləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh" ayəsi nazil olduqda Peyğəmbər (s) Əliyə (ə) buyurdu:

"Bu ayədə buyurulan şəxslər sən və sənin şiələrindir ki, qiyamətdə razılıq və sevincdə olacaqsınız və Allah da sizdən razı olacaqdır".




Peyğəmbərimiz (s) belə buyurub :

"Ya Əli! Allah-təalanın; "İman gətirib saleh əməldə olanlar, yaradılmışların ən xeyirliləridir"[9] buyurduğunu eşitmədinmi ? Bax, onlar sənin şiələrindir; mənimlə sizin görüş yeriniz Kövsər hovuzunun kənarıdır. Bütün ümmət hesab üçün toplaşdıqda, "Əl və dəstamaz əzaları nurlu olanlar" deyə çağrılacaqsınız".[10][11][12][13]




Cabir ibn Abdullah Ənsari (r.ə.) belə buyurub :

"Rəsulallahın (s) hüzurunda idik. Əli (ə) bizə doğru gəldi, Peyğəmbər, "Qardaşım Əli yanınıza gəldi" buyurdu. Sonra Kəbəyə tərəf yönəldi və Əlinin (ə) əlini tutub, belə buyurdu: "Canım əlində olana and olsun ki, bu Əli və şiələri qiyamət günü qurtuluşa çatanlardırlar"… "Əli hamınızdan daha əvvəl iman gətirdi; O, Allahın əhdinə vəfalı olanlardandır. Xalqın və sizin aranızda ən adili, ən gözəl və bərabər bölüşdürən və Allah qatında məqamı ən uca olandır".[14]




"İnnəlləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh" ayəsi nazil olduqda, Rəsulallah (s) Əliyə (ə) buyurdu: "Ya Əli! Sən və şiələrin xeyrul-bəriyyəsiniz (yaradılmışların ən xeyirlisisiniz).; Sən və şiələrin, qiyamət günü Allah sizdən, siz də Allahdan razı olduğunuz halda gələcəksiniz; düşmənlərin isə, qəzəbli və (boyunlarına halqalar keçirildiyinə görə) başları yuxarı qalxmadığı bir halda gələrlər".[15][16][17]




Peyğəmbərimiz (s) belə buyurub:

"Ya Əli ! Sən, səhabələrin və şiələrin cənnətdə olacaqsınız; sənin düşmənlərin isə, cəhənnəm atəşindədirlər".[18][19]




Peyğəmbərimiz (s) Hz. Əli (ə)-a buyurub :
"Sənin ümmətin arasındakı məsəlin, Məsih İsa bin Məryəmin məsəli kimidir. Çünki onun qövmü üç firqə oldu: bir firqə həvarilər olan mö᾽minlər, bir firqə yəhudi olan düşmənlər, bir firqə də, o həzrət haqqında həddi aşan ğulat (ifratçılar, Hz. Əlini Allah və Allahın şəriki bilənlər). Ümmətimdə sənin haqqında üç firqə olacaq: Bir firqə mö᾽min olan şiələrin, bir firqə əhd və bey´əti pozan düşmənlərin, bir firqə də, azğın olan və sənin haqqında həddi aşan ifratçılar. Ya Əli! Sən və şiələrin cənnətdəsiniz, şiələrinin dostları da cənnətdədir; düşmənlərin və sənin haqqında həddi aşanlar isə, cəhənnəm odundadırlar".[20]




"İslamda Məhəmməd peyğəmbərin öz zamanında ortaya çıxan ilk ad "şiə"dir. Səhabələrdən dörd nəfəri "şiə" ləqəbiylə çağırırdılar: Əbuzər Ğəffari; Salman Farsi; Miqdad ibn Əsvəd və Əmmar ibn Yasir.[21][22]

Şiə sözü son zamanlarda, dünyada, cəfəri məzhəbinə verilmiş ad kimi də tanınır[23]. Lakin şiə dedikdə tək cəfəri şiələri yox "İslamiyyətdə Əli-yə yoldaş" olan kimsələr nəzərdə tutulur.

Əli (ə)-ın şiələri adı ilə tanınan şiəlik məktəbinin başlanması Peyğəmbəri-Əkrəmin (s) həyatı dövrünə qayıdır. 23 illik peyğəmbərlik dövründə islami təbliğat və çağırışların genişlənməsi ilə əlaqədar baş verən bir çox hadisələr, şübhəsiz, Peyğəmbərin (s) səhabələri arasında belə bir cəmiyyətin yaranmasını tələb edirdi. O hadisələr aşağıdakılardır:

Besətin ilk günlərində Allah tərəfindən Peyğəmbəri-Əkrəmə (s) öz qohum-əqrəbasını dinə dəvət etmək əmr olundu.



"(Ya Peyğəmbər,) ən yaxın qohum-əqrəbalarını (Allahdan) qorxut."[24]

Bu zaman Həzrət aşkar şəkildə buyurdu ki, sizlərdən hər kəs ilk olaraq mənim də`vətimə müsbət cavab versə mənim vəzirim, canişinim və vəsimdir. Əli (ə) hamıdan əvvəl islamı qəbul edərək Peyğəmbərə (s) iman gətirdi və verilən vədələrə layiq görüldü. Bu hədislə əlaqədar Əli (ə) buyurur:



"Mən hamıdan kiçik olduğuma baxmayaraq dedim: "Mən sənin vəzirin olaram." Peyğəmbər (s) əlini mənim çiynimə qoyaraq buyurdu: "Bu şəxs mənim qardaşım, vəsim və canişinimdir[25][26][27][28][29][30][31][32][33][34]
, ona itaət edin." Camaat gülüb Əbu Talibə dedilər: "Sənə əmr etdi ki, öz oğluna itaət edəsən!"[35][36][37][38]

Bu hədisi-şərifdə və digər hədislərdə həzrət Peyğəmbərin (s) buyurduğu "min" kəlməsi ya mini bəyaniyyədir; yə᾽ni "Mənim ölümümdən sonra<" və ya mini ibtidaiyyədir; yə᾽ni "Öldüyüm andan etibarən sən ümmətimin xəlifəsisən".
Hər iki halda da, Hz. Əlinin Hz. Peyğəmbərdən sonra, bütün ümmətə Allah və Rəsulunun xəlifəsi olduğu açıq-aydın əsaslandırılmış olur.

Adətən, hər hansı bir cərəyanın rəhbəri öz hərəkat və qiyamının ilk günlərində dostlarından birini vəzir və canişin olaraq başqalarına təqdim edir; o rəhbər belə bir şəxsi onun yolunda canından keçməyə hazır olan fədakar insanlara tanıtdırır.

b) Həm sünni, həm də şiə mənbələrinin nəql etdiyi mütəvatir hədislərə əsasən, Peyğəmbəri-Əkrəm (s) aşkar şəkildə buyurmuşdur ki, Əli (ə) danışıq, əməl və rəftarında hər növ xəta və günahdan uzaqdır.[39] Onun dediyi hər bir söz, etdiyi hər bir iş dini əsaslarla tamamilə müvafiqdir; o, islam maarifi və şəriət hökmlərini hamıdan yaxşı bilir.[40]

c) Əli (ə) misilsiz xidmətlər və vəsfolunmaz fədakarlıqlar göstərmişdir. Əli (ə)-ın Peyğəmbərin (s) hicrət gecəsində onun yatağında yatmasını buna misal göstərmək olar.[41]
Bədr, Ühüd, Xəndək və Xeybər müharibələrində düşmənlər Əli (ə)-ın əli ilə məğlub edilməsəydi, islamçılar onların vasitəsilə məhv olub aradan gedəcəkdi.

d) "Qədir-Xum" hadisəsində Peyğəmbər (s) Əli (ə)-ı bütün insanların vilayət və rəhbərliyinə tə`yin edərək, onu da özü kimi ümmətin rəhbəri e`lan etdi.[42][43][44][45][46][47][48][49][50][51][52][53][54]
[55][56][57][58][59][60][61][62][63][64].
Aydındır ki, hamının fikir birliyində olduğu bu kimi imtiyazlar[65][66][67][68][69] və Peyğəmbəri-Əkrəmin (s) Əli (ə)-a dərin məhəbbəti fəzilət və həqiqət aşiqi olan səhabələrdən bir qrupunun Əli (ə)-ı sevərək onun ətrafında birləşməsinə və ona itaət etmələrinə səbəb olurdu. Bunun müqabilində başqa bir qrup da o həzrətə qarşı həsəd və kin-küdurət bəsləyirdilər.

Hər bir məzhəbin bir sıra özünəməxsus məsələləri vardır ki, onun ilkin qayda və prinsiplərini təşkil edir; ikinci dərəcəli məsələlər və həmin məzhəb ardıcılları tərəfindən qəbul edilən müştərək məsələ-lərdən əlavə, onların ixtilaflı olduğu təfərrüat isə "şöbələr" adlanır.
Şöbə və ya firqələrə ayrılma bütün dinlərdə, xüsusilə dörd səmavi din olan xristianlıq, yəhudilik, məcusluq və islamda da mövcuddur. Şiə məzhəbi Əhli-beytdən olan rəhbərlərin (Əli, Həsən ibn Əli, Hüseyn ibn Əli) dövründə heç bir şöbəyə parçalanmamışdır. Lakin Hüseyn öldürüldükdən sonra şiələrin əksəriyyəti Əli ibn Hüseynin imamətinə inandılar. Keysaniyyə adı ilə məşhur olan və azlıq təşkil edən bir dəstə isə Əlinin üçüncü oğlu Məhəmməd ibn Hənəfiyyəni imam hesab edərək onu vədə verilən Mehdi adlandırdılar; onların əqidəsinə görə Məhəmməd ibn Hənəfiyyə, Rəzva dağında qeybə çəkilmişdir və bir vaxtda zahir olacaqdır.

Əli ibn Hüseynin vəfatından sonra şiələrin əksəriyyəti onun oğlu Məhəmməd Baqirin imamətinə inandılar; yenə də azlıq təşkil edən bir dəstə Əli ibn Hüseynin öldürülmüş Zeyd adlı başqa bir oğlunun imamətinə inanaraq, zeydiyyə adlandılar.

Məhəmməd Baqirin vəfatından sonra şiələrin əksəriyyəti onun oğlu Cəfər Sadiqi imam kimi tanıdılar.

Cəfər Sadiq də vəfat etdikdən sonra şiələrin əksəriyyəti onun oğlu Musa Kazımı yeddinci imam kimi qəbul etdilər. Az bir dəstə isə altıncı imam Cəfəri Sadiqin sağlığında vəfat edən oğlu İsmayılı imam hesab etdilər. Bunlar da əksəriyyət təşkil edən şiələrdən ayrılaraq ismailiyyə adı ilə məşhurlaşdılar. Bəziləri də o həzrətin Abdullah adlı oğluna, digərləri isə onun Məhəmməd adlı başqa bir oğlunun imamətinə inandılar; digər bir qrup isə imamətin o həzrətdə sona çatdığını güman edərək onu axırıncı imam hesab etdilər.

Musa Kazımın ölümündən sonra şiələrin əksəriyyəti Əli Rzanı səkkizinci imam hesab etdilər; bəziləri də imamətin yeddinci imamda başa çatdığına əqidə bəsləyərək, Vaqifilik adı ilə məşhurlaşdılar.

Səkkizinci imamdan on ikinci imama qədər nəzərə çarpacaq parçalanma baş vermədi; baş versə də, bir neçə gündən sonra öz-özünə məhv olub aradan getdi. Misal üçün, onuncu imamın oğlu Cəfər, öz qardaşı Həsən Əskərinin vəfatından sonra imamət iddiası etdi; bir neçə nəfər ona inandı, lakin bir neçə gündən sonra onlar da onun ətrafından dağıldılar və Cəfər də öz iddiasından əl çəkdi.

Şiəlikdən ayrılan və əksəriyyət qarşısında dayanan bu firqələr az bir müddət ərzində aradan getdilər; bunlardan yalnız zeydiyyə və ismailiyyə firqələri qaldı. Hal-hazırda da onlardan bir dəstəsi Yəməndə, Hindistanda, Livanda və başqa yerlərdə yaşayırlar.[70]

Şiə məzhəbinin əsas prinsipi Allahı yeganə tanrı kimi tanımaq, Məhəmməd Peyğəmbərə (s) və onun Əhli-Beytinə tabe olmaqdır. Şiəliyi sünnilikdən fərqləndirən isə ilk üç xəlifəni (Əbubəkr, Ömər, Osman) qəbul etməmələridir. Onlar Əli bin Əbu Talibi möminlərin ilk xəlifəsi kimi tanıyırlar.

Şiə məzhəbi Peyğəmbərin (s) və Onun Əhli-Beytinin məsum olduğunu vurğulayır.

656-cı ildə III Ərəb İslam xəlifəsi Osman ibn Əffan öldürüləndən sonra bir qrup səhabələrdən ibarət şura məclisi tərəfindən Əli IV Ərəb İslam xəlifəsi seçilmişdir. Və demək olar ki, əksəriyyət müsəlmanlar Əliyə beyət etmişlər. Sabiq xəlifə Osman ibn Əffanın qohumu, Şam valisi Müaviyə ibn Əbu Süfyan Əliyə qarşı çıxmış və onun xilafətini tanımadığını açıqlamışdır. Sonradan bu münaqişə müharibəyə gətirmişdir. Nəticədə iki tərəf Siffeyn döyüşündə üz-üzə gəlmişdir. Əhli Sünnə bütün bu olanlara baxmayaraq Muaviyyənin səhabə və Quran katibi olduğunu deyir, adının əvvəlində (həzrət) və sonunda (r.ə.) (Radiyallahu ən) deyilməsini müstəhəb şərt hesab edirlər. Əhli Şiə isə bütün bu hadisələrin səbəbkarının Muaviyyə olduğunu söyləyir və onu lənətləyirlər. Bu hərəkətlərinə əsas olaraq isə bəzi səbəbləri açıqlayırlar.

Şiələr iddia edirlər ki, Məhəmmədin Əli haqqındakı bu hədisinə əsasən Muaviyə Allaha qarşı çıxmışdır.




"Əli Quranladır və Quran da Əli ilədir. Bunlar hovuzun başında mənə gəlincəyə qədər əsla bir-birilərindən ayrılmazlar. Əli məndəndir, mən də Əlidənəm. Kim ona pis söz desə, şübhəsiz mənə pis söz demişdir və kim mənə pis söz desə, şübhəsiz Allaha pis söz demişdir.[71][72][73][74][75][76][77][78][79][80]

şîî

(a.s) şia mezhebinden olan, hilafetin Hz. Ali ve onun soyunun olması gerektiği görüşünü savunan, Hz. Ali (r.a.) taraflısı.

KateqoriyaIslam haqqında
AdıŞiəlik Haqqında
Oxunub16 dəfə
Yerləşdirildi1 il öncə

Digər Dini Məlumatlar
V...: Salam???? *** Gizli istifadəçi: Salam *** Aslan: Allahu əkbər *** Ibo: Salam *** Gizli istifadəçi: Salam *** Gizli istifadəçi: İmam cavad hirzi *** Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** X....: Allahın salami olsun her kese *** Lemos: Salam allah butun musulman baci qardaslarimizi qorusun. amin *** Leman: Salam allah butun musulman qardas ve bacilarimizi qorusun *** Naz: əziz istifadəçilər xahiş edirik mövzuya ait suallar yazın! *** Gizli istifadəçi: Esqin *** ???: Sayit neden boş? kimse daxil olmur... *** Çat
Qur'andan ayə
Onları (oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın! Allah nəzdində bu daha ədalətlidir. Əgər onların atalarının kim olduğunu bilmirsinizsə, onları din qardaşlarınız və yaxınlarınız olaraq görün. Çaşıb etdiklərinizə görə yox, qəsdən etdiklərinizə görə sizə günah yazılar. Allah bağışlayandır, rəhmlidir.
əl-Əhzab (Mədinə Surəsi) 5-ci Ayə

Kateqoriyalar