Kateqoriya İslam Şəkillər Forum
Taliban Haqqında - Dini Məlumatlar
 Dini 2022 Taliban haqqında

Taliban (ərəb. طالبان) 1994-cü ildə yaranan və 1996–2001-cü illərdə Əfqanıstanın əksər ərazisini idarə etmiş hərəkatdır.

Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görə[mənbə göstərin] təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılmışdır. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir. Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı talibanlar, əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı.

Məhəmməd Nəcibulla rejimini qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə yeridilən SSRİ qoşunlarına qarşı müqavimət göstərən təşkilat, Pakistanın xüsusi xidmət orqanı – ISI tərəfindən dəstəklənirdi. Taliblər hakimiyyətə gəldikdikləri dövrdə ölkənin rəsmi adlandırılması Əfqanıstan İslam Əmirliyinə dəyişdirildi. Taliban hakimiyyəti yalnız 4 ölkə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanınmışdır.

Taliban tərəfindən idarə olunan ərazilərdə ciddi izlənilən şəriət qanunları yeridilir. Televiziya, musiqi və musiqi alətləri, incəsənət, alkoqol, şahmat, ağ ayaqqabı (ağ rəng – taliban hərəkatının bayrağıdır), açıq formada seks və bu kimi mövzular danışmaq qadağandır. Kişilərə müəyyən uzunluqda saqqal saxlamaq lazımdır. Qadınlara işləmək, kişi cinsi tərəfindən həkim müayinəsindən keçmək, ictimai yerlərdə həyat yoldaşı və ya kişi cinsindən olan qohumsuz görünmək qadağandır. Bütün bunlar qadınların təhsil ocaqlarında rolunu hiss ediləcək dərəcədə azalmışdır. 2001-ci ildə qızların 1%- orta məktəblərdə təhsil alırdı.

Talibanların hakimiyyəti zamanı orta əsr cəza növləri yeridilmişdi: oğurluğa görə bir və ya iki əl kəsilirdi və s. Talibanlar digər dinin nümayəndələrinə və onların mədəniyyətinə qarşı olduqca aqressiv mövqedədirlər. Belə ki, talibanlar Əfqanıstanı idarə etdikləri dövrdə Buddanı canlandıran, III və VI əsrlərə aid ən böyük buddist abidəsini məhv etmişlər. Bundan əlavə İslamın sələfi qoluna məxsus olduqlarına görə şiələri təqib edirdilər. [mənbə göstərin]

Talibanlar qadınların təhsil almasının qadağan olunması tərəfdarları kimi çıxış edirlər. Hücum obyektləri bir çox hallarda qadınların oxudugu qərb yönümlü məktəblərə olurdu. Yalnız 2008-ci ildə Pakistanın şimal-qərb regionunda talibanlar tərəfindən 150 qadın məktəbi məhv edilib.

KateqoriyaIslam haqqında
AdıTaliban Haqqında
Oxunub18 dəfə
Yerləşdirildi1 il öncə

Digər Dini Məlumatlar
Gizli istifadəçi: Sevmək imtahndısa allah niyə qismət eləmir sevdiyimizi bizə? *** Admin: Diqqetle baxsaniz gorersiniz azerbaycan dilinde de var. *** Gizli istifadəçi: ərəbcə oxunuşu azerbaycan herifləriylə etsəz daha yaxşı olar. *** Gizli istifadəçi: Salam artıq əskik yazmayın *** Gizli istifadəçi: Bu quran kimin tərcüməsidir? *** Gizli istifadəçi: Salam *** V...: Salam???? *** Gizli istifadəçi: Salam *** Aslan: Allahu əkbər *** Ibo: Salam *** Gizli istifadəçi: Salam *** Gizli istifadəçi: İmam cavad hirzi *** Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** Çat
Qur'andan ayə
Nuh gəmini düzəldirdi. Qövmünün başçıları isə hər dəfə ona baş çəkdiklərində onu ələ salırdılar. Nuh demişdi: “Əgər bizi ələ salırsınızsa, bilin ki, siz bizi ələ saldığınız kimi biz də sizi ələ salacağıq.
Hud (Məkkə Surəsi) 38-ci Ayə

Kateqoriyalar