Kateqoriya İslam Şəkillər Forum
Günahkar: Bura təzdir? *** Gizli istifadəçi: şəkili necə götrüm zəhmət olmasa deyin *** Admin: Gülay xanım, şəkillərə daxil olun ən yuxarıdan. sonra dini şəkil göndər yazılıb. *** Gülay: şəkilləri nətər qoyursunuz *** Zed: Salam *** Pervin: Salamunaleykum *** Gizli istifadəçi: Hijab *** Byedit: Salam namazda hansın ruketde olduqunu unutsan nə etmelisen? *** Gizli istifadəçi: Salam *** Gizli istifadəçi: Salam *** Aytac: Salam *** Tamam : Tamam *** Hakim: Gozel saytdir ellerinize sagliq *** Amirali: Superdi qaqaş *** xxx: baxax gedey gozeldu dizayun *** Barbers: Salam aleykum *** djeko: salam gözəl dizayındı *** Schwarz: Allahın mərhəməti və rəhməti üzrəinizə olsun əziz müsəlmanlar. *** Admin: Salam hərkəsə. *** Çat
Forumda Bütün Suallar dini suallardır. Lütfən sual yerləşdirərkən etikalı olun.
Yeni Mövzu aç Forum Dini Şəkil Göndər
Təqva Haqqında - Dini Məlumatlar
 Dini 2022 Təqva haqqında

Təqva - (ərəbcə: التقوى‎) "viqayə" sözündəndir, pəhriz saxlama, yəni günahları tərk etmək anlamındadır.

Təqva - vəqayə maddəsindən olaraq, ziyan qarşısında nəyinsə hifz edilməsi deməkdir. Təqva - ruh və nəfsin hifz edilməsi deməkdir. Sonralar qorxuya da təqva deməyə başladılar və şəri dildə günah və haramdan çəkinməkdir və onun kamalı bəzi şübhələri, mubahatları da tərk etməkdir. İmam Əli (ə) təqva haqqında buyurur: "Günahlar - üsyankar at kimidir və günahkarlar da ona minirlər və yüyənləri qırılar, onlar cəhənnəmə yıxılarlar. Ancaq təqva - aram at kimidir və sahibi ona minəndə, onun idarəsini ələ keçirərək, behiştə tərəf çaparlar".
Başqa yerdə o Həzrət (ə) yenə buyurur: "Bilin, ey Allahın bəndələri, təqva - möhkəm və məğlub olmayan bir qaladır. Ancaq günahlar davamsız hasar kimidir və ona sığınmış insanları ziyandan qorumur və o, amanda deyildir. Bilin ki, ancaq təqva vasitəsilə günahdan qorunmaq olar".

Başqa yerdə yenə o Həzrət buyurur: "Təqva - düzlüyün kilidi, Qiyamətin ehtiyatı və hər cür köləlikdən azad olmaq və hər bir günahdan nicat tapmaqdır".

Ustad Mütəhhəri bu hədisin təfsirində buyurur: "Təqva - qorunmaqdır, məhdudiyyət deyildir, maneələrin zindanıdır. Ancaq pənahgah xətərlərə mane olur və zindan isə nemətlərdən bəhrələnməyə mane olur". Ustad bəzi kəlmələri izah edərək, buyurur ki, "təqva - azadlığın əsas mayəsidir, bütün azadlıqların mənbəyi və mənşəyidir. Təqva insana mənəvi azadlıq verir, yəni onu nəfsinin qulu olmaqdan azad edir, tamahın, həsədin, qəzəbin köklərini qoparıb, atır və bu yolla ictimai quldarlığı aradan qaldırır. O insanlar ki, pulun, vəzifənin, rahat yaşamağın qulu deyillər, heç zaman ictimai əsarətə düşməzlər".

İmam Əli (ə) insan və təqva arasında qarşlıqlı öhdəçiliyi nəzərə alaraq, buyurur: "Yuxunuzu təqva vasitəsilə oyaqlığa çevirin, təqva ilə qorunun və özünüzü təqva vasitəsilə müdafiə edin". Ustad Mütəhhəri buyurur: "Təqva - insanın gözətçisidir və insan təqvanın gözətçisidir. Bu, qeyri-mümkün deyildir, əksinə - mümkündür. Bu qarşlıqlı gözətçilik insan və cəmiyyət gözətçiliyinin növüdür, insan cəmiyyətin oğurluğunun gözətçisidir və cəmiyyət də insanın soyuqdan və istidən gözətçisidir".

Quran ayələrində və hədislərində də təqva amilinə işarə olunmuşdur və qısaldılmış halda bəzilərinə diqqət edək:

1 - Vacibatlara əməl etmək. Qurani-Məcid buyurur: "Onun ardınca gedin və başqa yollardan asılı olmayın ki, sizi yolunuzdan ayırmasın. Bu o şeydir ki, Allah sizə sifariş edir ki, təqvaya çatasınız".
Başqa ayədə isə Allah orucun fəlsəfəsi haqda buyurur: "Ey möminlər! Oruc sizə vacib olub, necə ki, sizdən əvvəlkilərə də vacib edilmişdi, ümid var ki, təqvaya çatasınız".

2 - Haram və şübhələrin tərk edilməsi. Rəsule Əkrəm (s) buyurur: "Onlar ki, halaldan pərhiz edib, haram tələsinə düşmürlər, təqva rütbəsinə çatarlar".

3 - Nəfsin muhasibəti. İslam Peyğəmbəri (s) Əbazərə vəsiyyətində buyurur: "Özünü mühasibə etməyən insan heç vaxt mömin sayılmaz. Ən kəskin mühasibə - insanın bir şərikinin o biri şərikindən mühasibəsidir ki, bilsin yemək, su, paltar hardan əldə olunur, halaldır, yoxsa, haram".

4 - Dili saxlamaq. İmam Əli (ə) buyurur: "Allaha and olsun! Dilini saxlaya bilməyən insanın təqvaya çatmağını görmürəm".

5 - Tamahkarlığı tərk etmək. İmam Əli (ə) buyurur: "Tamahkarın qəlbində təqvaya yer verməsi - haramdır".

6 - İnsanlardan həya etmək. İmam Həsən Əsgəri (ə) buyurur: "O kəs ki, insanlardan həya etmir, ehtiyat etmir - Allahdan qorxmayacaqdır".

7 - Çox danışmağı tərk etmək: "O kəs ki, çox danışar - xətası çox olar və o kəsin ki, xətası çox olar - xəcaləti az olar, o kəsin ki, xəcaləti az olar - möminliyi az olar, qəlbi ölər və o kəsin ki, qəlbi ölər - atəşə düşər".

8 - İlahi tofiq: İmam Əli (ə) buyurur: "Ey Allah! Heç bir nailiyyət əldə edə bilmərəm, əgər Sən mənə dəyər verməsən və pisliklərdən çəkinə bilmərəm, əgər Sən məni onlardan qorumasan".

KateqoriyaIslam haqqında
AdıTəqva Haqqında
Oxunub137 dəfə
Yerləşdirildi5 ay öncə



Digər videolar


Qur'andan ayə
Mənim əzabım və xəbərdarlığım necə oldu?!
əl-Qamər (Məkkə Surəsi) 16-cı Ayə

Kateqoriyalar