Kateqoriya İslam Şəkillər Forum
Təvəssül Haqqında - Dini Məlumatlar
 Dini 2022 Təvəssül haqqında

Təvəssül adi dildə vasitəçi deməkdir ki, bu dünya vasitəçiliyi ilə bir çox xüsuslarda fərq edən bir anlayışdır. Bu dünyada birini vasitəçi seçmək, hətta bacarmadığın, layiqin olmadığın bir işin arxasınca aparsan xətir və hörmətə düzələsi şübhəsizdir. Amma təvəssüldə, ilahi məqamda ləyaqət təvəssül üçün birinci şərtdir. Hər kəs Allah yanında vasitəçi tapa bilməz. Bu dünyadan mömin gedən şəxs istisna olmaqla təvəssül haqqında düşünənlər sadəcə özlərinə zülm edən şəxslərdir. Allah yalnız mömin olan, Allahı tanıyıb sevən şəxslərə təvəssül olunma imkanı verəcək. İmam Sadiqdən soruşdular ki, "Ağa, siz qiyamətdə bizə şəfaət edəcəksinizmi?" İmam buyurdu ki: "Bizim sizə şəfaət edəcəyimizin bir şərti var ki, siz qiyamət səhnəsinə insan simasında gələsiniz." Yəni, sadə dildə desək, insan olmalısan, insan simasında olmalısan ki, imamların sənə şəfaəti şamil ola.

Bəzi əxlaq alimləri var deyirlər ki, elə günahlar var ki, insanı insan simasından çıxarır. Özü-özlüyündə insandır, görünüşlü, gözəl, varlı,namazı, orucu amma içərisində bir qurd var ki, qiyamət səhnəsinə onu qurd-heyvan simasında gətirəcək. Ona görə deyirlər ki, siz insan simasında gəlin, şəfaətiniz bizim boynumuza. Məhz təvəssülün əsil mahiyyəti də bundadır. İnsanın ləyaqəti olmalıdır ki, məsumların Allahdan onun bağışlanıb cənnətə getməsi üçün vasitəçi, xahişçi olsun. Bu, İslamın irəli sürdüyü təvəssüldür ki, dünya təvəssülü ilə fərqlidir. Bir az da irəli gedib təvəssülün əsil fəlsəfəsini araşdırdıqda burada dünyanın səbəb-nəticə qanununu tapırıq. Mən susamışam, istəyirəm ki, susuzluğumu yatızdıram. Allahdan istəsəm ki, susuzluğumu yatızdırsın Allah bunu məndən qəbul etməyəcək. Çünki O suyu, əli və ağılı yaradıb ki, özünü təmin edəsən. Xəstəlik, aclıq da belədir. Mən istəyirəm ki, buradan qalxam, özümə gücüm çatmır, Allah məni qaldır. Bu da olmaz. Əgər doğurdanda gücün yoxdursa onda kimi isə köməyə çağır gəlsin. Bu müşriklikdir? Xeyir, insanlıq, elə İslamın yardım hədəfi də budur.

Məhəmməd peyğəmbər peyğəmbərliyi təbliğ etdiyi zaman onun müdafiəçiləri olan Bəni Haşimdən olanlar ona iman gətirənlərlə yanaşı bəziləri qohumluq əlaqəsinə görə onu müdafiə edirdilər. Amma peyğəmbər onları müşrik adlandırmadan onların köməyini qəbul edirdi. Həzrəti Əli döyüş zamanı peyğəmbərə qısılardı. Bu (nəuzubillah) müşriklikdir? Xeyir, bu sadəcə dünyanın qanunlarıdır. Gündə min belə halın şahidi oluruq. Mən sərhəddi keçmək istəyirəm, İlahi, mən sərhəddən heç kəsin görə və bilə bilməyəcəyi tərzdə keçim. Bu olmayacaq və bunu Allah etməzdə. Çünki bu səbəb nəticə qanunlarının ziddinədir ki, onları Allah yaradıb. Allah da yaratdıqları qanunun ziddinə bir iş tutmaz. Əgər təvəssül yerli-dibli müşriklik olsaydı onda gərək bunlar da müşriklik olaydı. Ümumən dünyaya baxdığımız zaman orada bir nizam və intizamın şahidi oluruq.

Allah edə bilər ki, peyğəmbərin qəlbinə öz kəlamlarını salsın və peyğəmbər də şübhəsiz bunun Allahdan olduğunu bilə bilər. Yox, Allah Təala bu cür etmir, Cəbrailin vasitəsilə vəhyi peyğəmbərə göndərir. Əgər doğrudanda vasitədən istifadə etmək şirkdirsə, Allah Təala bizi şirkə dəvət edər? Etməz! Və yaxud Allah Təala Quranın bir yerində buyurur ki: "Sizin canlarınızı alan Allahdır" Quranda başqa bir yerdə isə Allah "Sizin canınızı Allahın təyin etdiyi mələk alır." deyə buyurur. Bu necə olur, canı Allah alır, yoxsa mələk? Allah buyurur ki, canı Mən alıram, amma mələk vasitəsi ilə. Dünya vasitə qanunları ilə idarə olunur. Şəhid Mütəhərri deyir ki, ümumiyyətlə səbəb nəticə qanunlarını, təvəssülü qəbul etməyən insan öz varlığı ziddiyyətli olan insandır. Necə olur ki, həkimdən yardım istəmək müşriklik deyil, peyğəmbərdən kömək dilədikdə müşrik olursan? Bu düşüncə qanunudur ki, onun məntiqində təvəssül durub və birmənalı qəbul olunmalıdır, dünyada hər şey təvəssül üzərində cəmlənib. Hətta indi din alimləri peyğəmbərlərin möcüzələrinin elmi tərəfini araşdırırlar ki, buna da aydınlıq gətirənlər var. Məsələn, Merac məsələsinin keyfiyyəti məlum olmasa da forması məlumdur. Bu gün göyə getmək artıq mövcuddur. Bu artıq göyə getməyin mümkün olmasından xəbər verir.

Quranda Nisa surəsi 64-cü və ya birbaşa təvəssüldən söhbət açan Maidə surəsinin 35-ci ayəsində buyurulur: "Ey iman gətirənlər, Allahdan qorxun. Və Ona çatmaqdan ötrü təvəssül axtarın." Əgər təvəssül şirkdirsə, əlbəttə mümkündür desinlər ki, vasitədən məqsəd ibadətdir, amma bir sayıq ağılla düşünün, Allah dərgahında mənim sınıq namazım vasitə olar yoxsa Həzrəti Muhəmməd? Əgər məqam baxımındandırsa hansı üstündür? Mənim qəzəblənərək döyüşdüyüm Allah müqabilində üstündür, yoxsa Həzrəti Əlinin xəndəkdəki zərbəsi? Deyir insan vasitə ola bilməz. Niyə?

İnsanların vasitə olmasını Quranın təsdiq etdiyini gələn ayələrlə inşallah ki, sübuta yetirəcəyik. "Allaha doğru vasitə axtarın. Və Allah uğrunda cihad edin" Buradakı cihadı göstərib deyirlər ki, baxın elə cihad vasitədir. İstənilən məqbul bir şey vasitə adlanır. Burada insan, canlı və cansız fərqli təqdim olunmur.

Allah yolunda cihad etmək təkcə müharibə deyil. Nəfsə qarşı cihadı Allah böyük cihad adlandırıb. Əhli-Beytin məqamını Allah müqabilində qorumaq da cihaddır.

Və ayənin sonunda Allah Təala buyurur ki: "Bəlkə xoşbəxt olarsınız" Vasitə axtarmağı Allah Təala xoşbəxtliklə bağlayır. Qeyd etdiyim kimi vasitələrdən birini Allah Təala "Nisa" surəsinin 64-cü ayəsində buyurur: "Biz nə peyğəmbər göndərmişiksə məqsədimiz budur ki, Allahın izni ilə o peyğəmbərə itaət olunsun." İtaət kimə aiddir, Allaha! Allah deyir ki: "Mən sizə əmr edirəm, mənim iznim ilə ona itaət edin" Bu bir əmrdir. "O günahkarlar elə ki, günah edib sənin yanına gəldilər, ey peyğəmbər, onlar Allahdan bağışlanmaq istərlər, sən də onlar üçün bağışlanmaq istəsən o zaman Allahı bağışlayan görərlər." Özləri bağışlanmaq istəsələr kifayət etmir, sən də onlar üçün bağışlanmaq istəsən Allah onları bağışlayar.

İndi bu məntiqə baxaq, mən Allahdan bağışlanmaq istəyirəm, amma cavabında Allah bu bağışlanmaq istəyini başqasının da mənimlə istəməyimi bildirir. Niyə? Bunun səbəbi sən bir ömür günah edəndə o Allahın dinini yayırdı. Mən deyirəm ki, İlahi mən birbaşa rabitə qurmaq istəyirəm, O isə: "Peyğəmbər sənin üçün bağışlanmaq diləməsə bu mümkün deyil." deyir. Bunu Allah buyurur, O insanı şirkə dəvət edər?

"Bəqərə" surəsi 144-cü ayəyə baxaq: "(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir." Çox qəribədir, Allah daşa, adi daşlardan tikilmiş (Kəbəyə) evə tərəf üz tutub ibadət etməyi istəyir. Məkkə, Kəbə evi daşlardan ibarətdir. Düzdür, o daşların məqamı böyükdür, amma daşdan başqa bir şey deyil. Allaha ibadətin özəyi və əsası olan namaz üçün Allah ünvan o daş evi qərar verir. Əgər Kəbəyə baxmadan (o istiqamətə üzünü tutmasan) qıldığın namaz batildir. Bu təvəssüldür. Allah Kəbə evini qərar verib ki, bəndəsi onun vasitəsi ilə Allaha bəndəçilik etsin. İstəyirsən ey bəndəm Mənə üz tutasan, Kəbəyə bax! Üzü Kəbə istiqamətində dayan! Indi hacc müddətidir inşəallah neçə milion insan o daşın başına dolanır, ay insanlar, bu nədir daşın başına dolanırsız, Allaha itaət edin. Ey qafil, elə Allaha itaət etmək o daşın başına dolanmaqdır. O daşın başına dolanmağı elə Allah deyir. Bir dənə divar düzəldiblər, adını qoyublar şeytan və deyirlər ki, vurun şeytanı. Axı bu daşdır, nə şeytan, dünahdır daşa da zülm edirsiz, yox, Allah deyir ki, Mən bunu sizə simvolik şeytan qərar vermişəm. Bunları etməsən haccın batildir. Bəli, bunlar vasitədir, Allah bu vasitələrlə ona yaxınlaşmamızı istəyir.

Başqa bir ayə: Bəqərə surəsi 189-cü ayədə buyurulur: "...Evlərə qapılarından daxil olun…" Bu ayənin iki mənası var ki, birisi elə söylənilən kimidir ki, bir evə daxil olmaq istəsəniz ora qapılarından daxil olun. İkinici mənası isə hər bir işi onun sahibindən öyrənin, yəni elmə yaxınlaşmaq istəyirsizsə, onun qapısını peyğəmbər müəyyənləşdirib: "Mən elmin şəhəri Əli isə onun qapısıdır" başqa bir kimsənin vasitəsi ilə o qapıya daxil olmaq olmaz. İslam da bütünlükdə elmdir ki, Əhli-beytsiz bu qapının açılması qeyri-mümkündür.

Bəqəq surəsi 34-cü ayədə deyilir: "Əmr etdik mələklərə Adəmə səcdə etsinlər. Mələklər hamısı səcdə etdilər, şeytandan başqa." İnsana səcdəni əmr edən Allahdır. Deyilən məntiqlə baxsaq deyərik ki, yox İlahi. Mən yalnız sənə səcdə etmək istəyirəm.

Yunis surəsinin 87-ci ayəsində deyilir: "Biz Musa peyğəmbərə və onun qardaşına (Harun peyğəmbərə) vəhy etdik ki, Misirdə öz qövm və millətiniz üçün evlər düzəldin. Və evlərinizi qiblə edin. Namaz qılmağa başlayın". Allah əmr edir ki, namaz qılanda üzü öz evlərinizə tərəf namaz qılın. Mən kiməm ki, İlahi, öz evimi qiblə bilim. İndi təsəvvür edin ki, təvəssülü, vasitəni şirk bilən şəxslər öz evimi qiblə biləcəyim halda mənə nə edərlər? Deyəcəklər ki, o, açıq-aşkar kafirdir. Allah Musa peyğəmbərin yəhudi qövmünə deyir ki, evlərinizi qiblə edin. Bu təvəssüldür, Allah deyir ki, Mənə yaxınlaşmaq üçün evlərinizi qiblə edin. Təvəssül ayələri ilə dolu olan surə "Yusif" surəsidir. Yusif peyğəmbərin əhvalatı təvəssülü tam aydın göstərən surələrdəndir.

Yusif surəsi, 4-cü ayədə deyilir: "O zaman ki, Yusif atasına dedi: Atacan, mən yuxuda gördüm ki, on bir ulduz, günəş və ay mənə səcdə edir." Kim idi bunlar, Yusifin atası Yəqub peyğəmbər və onun ailəsi. Yəqub peyğəmbər bu sözdən sonra Yusifə səcdə etdi. Necə? Onda müşrik oldu? Nəuzubillah, əlbəttəki yox! Bu, Allahın əmri idi.

Yusif surəsinin başqa bir ayəsində Yusif qardaşlarına deyir ki: "Aparın bu köynəyimi atamın üzünə atın, onun gözü görəcək." Yəqub peyğəmbər Yusifin həsrətindən o qədər ağlamışdı ki, gözləri kor olmuşdu. "Atamın gözləri açıldıqdan sonra ailənizi də götürüb bura gəlin." "Elə ki, kavan yerindən tərpəndi, Yəqub dedi: "Mən Yusifin ətrini duyuram." "Köynəyi Yəqubun üzünə atdılar və Yəqubun gözləri açıldı." Qəribədir, Yusif kimi peyğəmbər köynəyə təvəssül edir. Bu bazardan alınan adi köynək deyildi? Bəli, bəs niyə təsir etdi? Çünki köynək Yusifin bədəninə dəymişdi. Bəs Yusif kimdir? Allahın peyğəmbəri. Bu mənəvi təsirdir, vasitənin təsiri. Allahdan başqa kainatda hər nə varsa Allaha çatmaq üçün bir vasitədir. Peyğəmbər, Quran, dünya, axirət, hər şey Allaha çatmaq üçün bir vasitədir. Əgər vasitə müşriklik olsa onda bütün dünya şirkdən ibarətdir. "Mən sizə demişdim ki, mən bildiyimi siz bilmirsiz" "Onda onlar dedilər: Ata siz bizim üçün Allahdan bağışlanmaq istəyin." Niyə, bəlkə bunu elə sən özün günah etdiyin kimi də bağışlanmaq diləyəsən? Yox, onlar adi insani atifələri ilə bilirdilər ki, aranı vurduğun varlıqla münasibətini düzəltmək üçün gərək ona yaxın olan bir şəxslə gedəsən ki, sözünü çevirib səni qovmasın. Yəqub peyğəmbər onların bu sözünə görə uşaqlarını qovmadı, əksinə, peyğəmbər ona müraciət edənlərə belə dedi: "Mən sizin üçün Allahdan bağışlanmaq istəyəcəyəm. Allah bağışlayan və rəhimlidir." Alimlər də deyirlər ki, çox fəzilətli gün olan cümə axşamı gününə vaxt təyin edərək Yəqub peyğəmbər onlar üçün bağışlanmaq dilədi. Yəqub peyğəmbər də cümə axşamı gününü vasitə bilib o günü bağışlanmaq istədi. Bu da bir ayə.

Ali-İmran surəsinin 45-ci ayəsində deyilir: "Mələklər dedilər: Ey Məryəm, Allah sənə möhtərəm olan İsa adlı bir övlad bəxş edəcək ki, o Allah yanında dünya və axirətdə hörmət sahibidir." Əgər Allah yanında hörmət sahibi olmağın heç bir mahiyyəti yoxdursa, onda Allah bunu niyə deyir? Allah yanında hörməti olan insanın xahiş və istəklərinin Allah tərəfindən nəzərə alınması şübhəsizdir. Allah bunu dəyər bildiyi üçün insanlara bildirir ki, Allah yanında dünya və axrət hörmətlisi olmaq olar. Allah sonrakı ayələrdə bu hörmətin nə qədər dəyərə malik olduğunu göstərir. Ali-İmran surəsinin 49-cu ayəsində buyurulur: "Mən sizin üçün torpaqdan quş düzəldirəm, onu üfləyirəm və Allahın izni ilə o quş da uçur." Bu əməllərini qeyd edən İsa peyğəmbər demədi ki, Allah edir mənim əlimlə, dedi ki, mən edirəm Allahın izni ilə. "Mən Allahın izni ilə ölünü diridirəm." Ölünü diriltmək kimə xas olan əməldir? Öldürməyi mələklər edir, bəs diriltmək kimə xas olan əməldir? Allaha! İsa peyğəmbər deyirdi ki, mən Allahın izni ilə ölü dirildirəm. Etməlidir! İsanın yerdə yeriməsi də belə idi. Su içməsi də, bunar hamısı Allahın izni ilə baş verirdi. Niyə bunları ayırırsan, nə səbəblə? Niyə bunu belə izah edirsən ki, İsa ölünü dirildə bilərdi, amma köməyə çağırıldığı zaman kömək edə bilməzdi. Niyə? Və ya İsa kömək edə bilərdi, amma tamam İsa kimi olan şəxs bunu edə bilməzdi. Nəuzubillah, Allahda həvayi-nəfs yoxdur ki, bir adamdan xoşu gəldiyi üçün ona bu xüsusiyyətləri vesin, amma acığı gəldiyi üçün başqasına bu xüsusiyyətləri verməsin. Bu ola bilməz, Allah hər şeyi hikmət üzündən edir. "Mən sizə qeybdən xəbər verərəm, evinizdə nə saxlayırsınız onu xəbər verərəm." Qulaq asın: "Əgər mömin olsanız bunda sizin üçün nişanə və əlamət var." Biz möminik, qəbul edirik ki, bir insan Allah yanında hörmət sahibi olarsa bütün bunları o da bacarar. Bu da bir ayə.

Əhzab surəsi 69-cu ayədə deyilir: "Ey iman gətirənlər. Musanı incidənlər kimi olmayın" Bilirsiz bunu niyə deyir, Musa Allah yanında böyük nüfuz sahibi idi. Nüfuz haqqında bu da bir ayə.

Əraf surəsi 134-cü ayə: "Onlara bir ziyan dəydi və onlar Musadan Allahı çağırmalarını istədilər." Niyə? Elə səndə mənim kimi Allahın bəndəsən də. Allahı elə özün çağırda. Burada Musanın onları tərbiyə etməsi də şərt deyil. Bu bir növ insani düsturdur. Mən sənin yanında günahkaram, amma o yox. Əksinə o sənin yanında dəyərlidir. Belə olan halda mən kimdən bunu istəməliyəm? Təbii ki, Ondan. Bunu ağıl tələb edir, ağılı olan hər kəs bunu qəbul edir. Və onu deyim ki, həttə bunu rədd edənlər özləri də bundan istifadə edirlər. Məsələn: Deyirlər ki, filan alimin kitabında olan səhihlər yüz faizli düzdür. Niyə belə şirkə yol verirsən qardaş, axı o, Allah və ya peyğəmbər deyil ki, yazdıqları yüz faiz düz olsun?! Niyə onun kitabındakılar yüz faiz doğru, başqasının kitabındakılar düzgün olmamalıdır? Sən şirk edirsən! Həmin alimlər təvəssül, təbərrük kimi mövzuları rədd etdikləri halda öz naibləri onlardan təbərrük kimi götürdüklərinə susurlar. Niyə? Çünki, bu onlara sərf edir, o isə yox! Nifuz sahibi olduğu üçün bu ona sərf edir.

Bəqərə surəsinin 127-ci ayəsində buyurulur: "İbrahimlə İsmail Kəbənin divarlarını qaldırdılar. İlahi bizdən bu əməli qəbul et." Onlar bu işi gördükdn sonra, gördükləri işin müqabilində Allaha təvəssül etdilər - "İlahi bizi öz yanında müsəlman qərar ver. Bizim övladlarımızdan da möminlər qərar ver. Bizə öz yerimizi göstər ki, tövbə edək. Sən tövbələri qəbul edənsən. Bizim züriyyəmiz içərisindən peyğəmbər seç ki, onları (insanları) günahlardan təmizləmək üçün onlara moizə etsin. Sən hikmət sahibisən." Bütün bunları bilirsiniz nə zaman etdilər? Kəbəni tikib qurtardıqdan sonra. Kəbəni qurmaqla Allaha təvəssül etdilər ki, İlahi bizi bu əməlimizlə qəbul et. Görürsünüz, buna əsaslananlar üçün Qurani-Kərim həm ibadətləri təvəssül kimi qərar verib, eyni halda peyğəmbərləri, peyğəmbərlərin köynəklərini təvəssül kimi qərar verib. Bununla yanaşı Kəbənin divarlarını, Beytül-Müqəddəsi, yəhudilərin evlərini təvəssül üçün ünvan göstərir.

Bütün bunlar təvəssülə aid olan ayələrin bir qismi idi. Sizə yeni söhbət üçün bir məntiq göstərim ki, bu haqda düşünəsiniz: Baxın, təvəssüldə iki məsələni əsas tuturuq: Ölmək nə deməkdir, İslama görə insan öləndə hansı qüvvələri ölür və hansı qüvvələri qalır. Bu İslamı başqa dinlərdən fərqləndirən ən əsas məsələdir. Bu gün elmin inkişaf tapdığı bir əsrdə hətta xristianlııq indi bu məntiqi qəbul edir ki, insan öləndən sonra insanın qüdrəti yerindədir. Ölüm yalnız bədənə aiddir. Buna sübut olduqca çoxdur və bu mövzu gələcək bəhslərindir deyə bu barədə gələcəkdə daha geniş danışacağıq. Sizə bu fikirlər yadınızda qalsın deyə bir misal göstərmək istəyirəm. Peyğəmbər Bədrdə kafirlərin kəsik başlarını tökdürdüyü quyunun kənarına gəldi. Başını quyuya tərəf uzadıb soruşdu: "Allahın bizə vəd etdiyinin haqq olduğunu biz gördük, siz də bunun haqq olduğunu gördünüzmü?" Bu səhnəni seyr edən ikinci xəlifə Peyğəmbərin yanına gəlib soruşdu: "Ey Alahın Rəsulu, bunlar ki, ölüb. Onlar səni eşidirlərmi ki, sən onlardan bunu soruşursan?" Peyğəmbər cavabında dedi: "Sən onlardan mənim danışığımı yaxşı eşitmirsən!" Yəni səninlə onların məni eşitməsi arasında heç bir fərq yoxdur. Nə qədər ki, sən məni eşidirsən, onlar da məni bir o qədər eşidirlər. Mən bunu qardaşlardan birini dedim ki, peyğəmbər quyuda başı bədənində ayrılmış kafirlərlə bu formada danışırdı, o mənə dedi ki, bu ondan irəli gəlir ki, o zaman onlar təzə ölmüşdülər. Yoxsa ölüm zamanları çox olsaydı bu mümkün olmazdı. Gülünc məntiq nümayiş etdirirlər.

Səcdə surəsinin 7-ci ayəsində buyurulur: "Allah o Allahdır ki, hər şeyin ən gözəlini yaradıb." Bu ayədən nə çıxır? Qardaş, doğurdan da Allah insanı ən gözəl varlıq olaraq yaradıb? Diqqətli olun bu məntiq bəhsidir. Doğurdan Allah varlıqları ən gözəlini yaradıb. Bunu qəbul etdik. Allahın varlıqlarından biri dünyanın idarə sistemidir, bunu da qəbul edirsiniz, ya yox? Qəbul edirik. O sistem səbəb-nəticə, vasitə sistemidir, bu da qəbuldur? Qəbuldur. Bəs necə olur ki, Allah-təalanın ən gözəl yaradılış olan vasitə, səbəb-nəticə qanunu bizim dinimizə görə şirk olur?!

KateqoriyaIslam haqqında
AdıTəvəssül Haqqında
Oxunub17 dəfə
Yerləşdirildi1 il öncə

Digər Dini Məlumatlar
Admin: Diqqetle baxsaniz gorersiniz azerbaycan dilinde de var. *** Gizli istifadəçi: ərəbcə oxunuşu azerbaycan herifləriylə etsəz daha yaxşı olar. *** Gizli istifadəçi: Salam artıq əskik yazmayın *** Gizli istifadəçi: Bu quran kimin tərcüməsidir? *** Gizli istifadəçi: Salam *** V...: Salam???? *** Gizli istifadəçi: Salam *** Aslan: Allahu əkbər *** Ibo: Salam *** Gizli istifadəçi: Salam *** Gizli istifadəçi: İmam cavad hirzi *** Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** X....: Allahın salami olsun her kese *** Çat
Qur'andan ayə
Rəbbindən onlara gələn hər yeni xəbərdarlığa ancaq istehza ilə qulaq asarlar.
əl-Ənbiya (Məkkə Surəsi) 2-ci Ayə

Kateqoriyalar