Kateqoriya İslam Şəkillər Forum
Xaricilər Haqqında - Dini Məlumatlar
 Dini 2022 Xaricilər haqqında

Xaricilər (ərəb. الخوارج; mənası – çıxıb gedənlər) erkən İslam məzhəblərindən biri.

Dini və siyasi məsələlərdə fərqli görüşləri və fəaliyyətləri ilə tanınan firqədir. Yenə müxalifləri tərəfindən Xaricilər haqqında istifadə olunmuş bir digər isimdə " Dindən çıxmış"mənasında "məriqa"dır. Lakin Özləri isə Xaricilər özlərini "Allah və peyğəmbərinə hicrət edənlər", "Kafirlərlə hər cür münasibəti kəsənlər "mənasında istifadə edirlər. Xaricilərin bəyənib , özləri üçün istifadə etdikləri başqa bir ad isə "Allah , şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tovratda, İncildə, Quranda haqq olaraq vədd edilmiş, Cənnət müqabilində satın almışdır "ayəsi ilə əlaqəli olan şurat ismidir . Xarici sözünün mənası–çıxmaq, itaətdən çıxıb üsyan etmək deməkdir. Toplu olaraq xariciyyə və xəvaric kimi işlədilir. Firqənin adı barəsində müxtəlif fikirlər irəli sürülmüşdür. Kəndlilərinə qarşı üsyan etdikləri üçün firqənin müxalifləri xəvaric ismini “insanlardan , dindən , haqqdan və Əlidən uzaqlaşan və hakimiyyətə qarşı adlandırılaraq camaatdan çıxanlar “olaraq işlədilmişdir. Əlinin Cəməl və Sıffındə digər müsəlman qruplara qarşı savaşması , hakəm munasibəti və xaricilərlə olan mübarizəsi islam tarixçiliyində müzakirə mövzusu olmuşdur. Hakəm hadisəsi və xaricilərin ortaya çıxması belə açıqlanır. Əli ordusu içində ayrılığa yer verməmək üçün hakimə razı olmamışdı.Əmri altındakıların fikirlərini qəbul edərkən , sanki Müaviyənin xiləfətdə haqq sahibi olduğunu qəbul etmiş olurdu. Hakimlərin razılaşa biləcəklərini , dolayısı ilə Əli və Müaviyənin birləşəcəklərini və Osmanın qatilləri olduqları üçün özlərini düşünən və bu ehtimalı müzakirə edən Səbəiyyə böyük bir qorxuya düşərək , dərhal döyüş meydanından uzaqlaşmaqı , müstəqil ordu və təşkilat qurub Əli və Müaviyənin qarşısına çıxmaqı planladılar. Müaviyə onların öldürdükləri Osmanın yaxını, Əli isə Qureyşin Haşim oğulları qolundandı və hər ikisidə Osmanın qatillərini tutaraq cəzalandırmaq istəyirdilər. Ancaq bu kimsələrin .Əlinin ordusundan ayrılmalarının və savaş meydanını tərk etmələrinin görünən bir səbəbi olmalıydı. Əks halda asilər hesab edilərək cəzalandırılacaqdılar. Ona görədə özlərinin qaçmalarını dini bir səbəbə bağladılar . Daha sonraları isə Xaricilər adıyla tanınan bu asilər topluluğu , Əlidən ayrılaraq harurada və Nəhavənddə toplandılar. Əlidən ayrilaraq Harurada toplanan bu üsyançı qrup , xəlifəni özlərinin başlanğıcda zorla qəbul etdikləri “təhkim” mövzusunda gunahlandırdılar. Xaricilər hərəkatının meydana gəlməsində əsas səbəb itaətsizlik idi.

Əlidən ayrılaraq Harurada toplanan üsyançı qrup , xəlifəni özlərinin başlanğıcda zorla qəbul etdirdikləri “təhkim “ mövzusunda günahlandırdılar, ona “lə hukmə illə lilləh , inilhukmə illallah-hökm ancaq Allahındır-amma sən insanları hakim seçdin, Allahın hökmü yerinə bəşərin hökmünü qəbul etdin , beləliklə kafir oldun”dedilər .Xəlifə küfrə duşdüyü üçün üzərindəki beyətin qalxdığını söyləyən asilər , siyasi və dini günah işləmədiklərini , üsyan etmədiklərini , üsyançı sayilmadıqlarını və və həqiqətdə inanclarının gərəyincə hərəkət etdiklərini irəli sürdülər.

”Lə hukmə illə lilləh” başlığı altında Harurada toplanan və islam məzhəbləri tarixində “Haruriyə “, ”Muhakkimətul –ula “və ya “ Xaricilər”, “Marika”deyə adlandırılan bu topluluq , müstəqil bir idarə sistemi qurdular. Beləcə , xəlifə Əlinin idarəsi , suriyadakı Müaviyənin idarəsi və Haruradakı xarici idarəsi şəklində islam dövlətində üç qrup yarandı. Çox qısa bir şəkildə ifadə etsək , Xaricilər olaraq bilinən bu qrup , əslində müsəlmanlığı qəbul edən, lakin dar bir dini düşüncəyə sahib olub, digər qruplara qarşı qatı münasibət bildirən qruplardır. Bunlar zamanla mövcud sosial struktura uyğun laşmaqda çətinlik çəkmiş, eyni zamanda yaşadıqları sərt səhra iqlimi və şərtləri ilə formalaşan həyat düşüncəsi ilə öz sosial mədəni düşüncələrinə uyğun bir qrup olaraq təşəkkül etmişlər. Qeyd etdiyimiz kimi sayları təxminən 12.000 olan bu qrup məsələnin hakimlərin öhdəsinə buraxılmasına qarşı çıxmış və təhkimə razı olmadıqları üçün Əlini tənqid edib ondan ayrıldılar. Əli Xaricilərlə olan problemi həll etməyə böyük səy göstərmişdir. Bu qrupa baxdıqda görə bilərik ki, bu qrup əslində şiə qrupundan olduğunu lakin hakəm mübahisəsinə görə ondan ayrıldığını görə bilərik. Bu qrupun yaranması islamın zərərinə oldu. Çünki bu islam daxilində qrupların yaranmasına , təfriqələrin yaranmasına gətirib çıxartdı. Xaricilərə görə Qurani Kərim mütləq bir qanun olub, təvil və ya təfsirə ehtiyac hiss etmədən, ləfzi varlığı ilə dəyişməz bir şəkildə həm etiqadi , əməli həyat üçün yeganə bir nizamdır. Onların dini səbəbi xarici olmayanları düşmən bilib , kafir qəbul etmələridir.

Xaricilər hərəkatının meydana gəlməsində ,bir siyasi-iqtisadi qrup olaraq ortaya çıxmasında başqa faktorlar davar. Bunların başında qəbilə təəssübkeşliyi dayanırdı.Çünki İslamda ilk yayşlan qrup olan xaricilər,əsasən qəbilələrə önəm verən qəbilələrdə meydana gəlməkdə idi.Bəkr,mudar qəbiləsi öndə gələn qəbilə idi.Beləki Xariciliyin ortaya çıxmasında əsas səbəb Qureyşin hakimiyyətinə son qoymaq idi. Xaricilər Nəhrəvan və Nuheyldən etibarən Əli ibn Əbu Talibin Şəhid edilməsinə qədər iki ildən çox bir müddətdə ,bəzi kiçik məhəllə üsyanları ortaya çıxmışdır.Bu üsyanlar Müaviyə dövründədə davam etmişdir.Abbasilər dövründə Bəsrə və Hicazdan başqa oman ,Yəmən və şimali afrikaya qədər geniş bir əraziyə yayılan Xaricilər,bir çox kiçikqruplara da ayrılmışlar.Hətta öz fikirlərinə görə də bu qruplar da bir birilərindən fərqlənirdilər.buda iqtisadi səbəblərin zəifləməsinə gətirib çıxarırdı.Bir birilərinin aralarinda yayılan təfriqə iqtisadi baxımdan onlara çox zərər gətirir,digər dinlərdən olan insanları düşmən bilir,onlara yaxın qalmayan xaricilər islama çox zərər verirdilər.Xaricilərin əsas fikri həmdə bu idi ki,onlar heç zaman kafirlərlə munasibət qurmurdular.Onların arasında ümümi olaraq əlaqənin olmaması iqtisadi baxımdanda onlara və dövlətə mənfi təsir edirdi.

Xaricilərə öz aralarında bəzi qruplara parçalanmazdan əvvəlki dövrdə,Sıffın hadisəsinin ardından ,tərəflərin qəbul etdikləri hakimlərə boyun əyməyi rədd etdikləri üçün ictimaiyyətdə “muhakkimə”,xəlifə Əli ibn əbu talibdən ayrıldıqdan sonra ilk toplandıqları yerə ,Haruraya nisbətlə “Haruriyyə”və oradakı liderləri Abdullah ibn Vəhb Ər-rasibi adına nisbətlə “Vəhbiyyə” adları ilə tanınmışlar.Xaricilərin meydana gəlişi bütün tarixçilərin həmfikir olduğu Sıffın müharibəsindəki hakim təyinini qəbul etməsinə görə Əli İbn Əbu Talibdən ayrılanların meydana gətirdiyi bir firqədir .bu firqənin yaranmasının əsas bir ictimai səbəbi ilk baxışda doğru olaraq görünə bilər.Ancaq təhkimdən əvvəl osman ibn Affanən xilafətinin son illərdə baş verən sosial qarşılıqlara görə müsəlman zehnini məşğul edən bəzi fikir və davranışlar diqqətə alındığı zaman Xaricilik düşüncəsinin təhkim hadisəsi ilə birdən birə varlıq qazanmış bir firqə olmadığı açıq aydı görünür.Əslində ,Xaricilərin “Osmanı hamımız öldürdük” kimi sözlərinə və o dövrdən etibarən üsyançı ünsürlərin davamı olduqları şəklindəki iddialarından çıxış edərək ,mənşələrini Osman ibn Affanın h.35 ildə şəhid edilməsindən əvvəlki zamana qədər götürmək daha doğru olardı.Xaricilərin ictimai baxımından meydana gəlməsinin bir səbəbidə o zaman ictimai fikir ayrılıqının olmasıdır.

Xarcilər hərəkatının yaranmasının ən önəmli səbəblərindən biri siyasi səbəblərdir.Yazıda qeyd etdiyimiz kimi Xaricilər özləridə bir çox siyasi qruplara ayrılmışdılar.Bu qruplardan bəziləri bunlardır:

1.Muhakkiməi-ula .Sıffın döyüşünün sonunda təhkim hadisəsi ortaya çıxdığı zaman Harurada toplanan ,buna görə Haruriyyə kimi bilinən qrup.Başçıları Abdullah ibn Kəvva ,Abdullah ibn Vəhb Ər rasibi ,Attab ibn Avər kimi liderləri olan bu qrup xilafətin Qureyşə aidiyyətini rədd edərək Əli Ibn əbu Talibi əvvəlcə xətalı,daha sonra isə kafir olaraq qəbul etmişlər,Osman ibn Affan ilə cəməl hadisəsinə və sıffın döyüşünə qoşulanları təhqir etmişdir.

2.Əzariqə.Nafi ibn Əzraqa nisbət edilən və Əli ibn əbu Talib,Osman ibn Əffan,Talha İbn Ubeydullah,Zübeyr İbn Əl avvama qoşulanların kafir olduğunu və əbəfi cəhənnəmlik olduğunu irəli sürən,olduqları yerə hicrət etməyən Xariciləri təkfir edən ,təqiyyəni rədd edən,dövrünün ən firqəsidir

3.Nəcadət.Nəcdə ibn Amir əl –hənəfi liderliyində Əzariqaya qoşulacaqları halda ,Nafi ibn Əzraqın,Xarici olub hicrət etməyənləri kafir sayacağına gğrə bu işdən əl çəkən ,ictihadi mövzularda məlumatsızlıqları səbəbilə yanlış iş görənləri üzrlü hesab etdikləri üçün Aziriyyə kimi bilinən bu firqə ,Atiyyə ibn Əsvədə tabe olan Ataviyyə ,Əbu Fudeykə tabe olan Fudeykiyyə və bir başqa bir çox kiçik qrupa ayrılmışdır

4.Bu zamanda digər qəbilələrdə mövcud olmuşdur.Digər qruplara Sufriyyə ,Acaridə,səalibə qruplarını misal göstərmək olar.Xaricilər özlərid digər qruplara ayrıldıdqdan sonra öz aralarında da,fikir ayrılıqları yaranmışdır

Xaricilərin meydana gəlməsində siyasi səbəb olaraq ,Xəvaric ,hakiminin təyinini qəbul etməsinə görə Əli ibn Əbu Talidən ayrılanların meydana gətirdiyi bir firqədir .Xaricilərin meydana gəlməsinin digər bir səbəbi eyni zamanda siyasi və dövlət idarəsində mövcud olan qarşılıqları və Osman ibn əffanın bu dövrdəki icraatını ədalətsizlik olaraq dəyərləndirmək bütün Xaricilərin ittifaq etdikləri məsələlərdən biridir.

Xaricilərin mədəni sahədə meydana gəlməsində müxtəlif səbəblərləri vardır.Xaricilərin yayılması ele bir zamana təsadüf etdi ki, bu vaxt mədəni sahədə qruplar artmaqda idi.Əli ibn Əbu Talib ilk öncə xaricilərlə sülhlə barışmaq istəsədə sadəcə onların bir qismi Əlinin tərəfinə keçib onunla birlikdə Kufəyə gəldilər. Haruroyə(Harurada toplandıqları üçün adlandırılan bu üsyançılar) Abdullah b.Vəhb ər Rasibini xəlifə olaraq seçdilər və yeni idarə qurmalarına başladılar. Dövlət idarəsinin Qureyşdə olmadığını yayaraq daha sonra çoxlu sayda tərəfdar toplayan Xaricilər ,Qureyşin idarəsinə qarşı baş qaldırdılar.Bundan sonra Xəvaricilər Nəhrivanda toplandılar.

İşlər o yerə gəlib çatdı ki Əli Xaricilər üzərinə hücuma keçdi.Lakin döyüşməzdən əvvəl onlardan Abdullahın ailəsinin qatillərini təslim etmələrini istədi. Qays və Əyyub ƏL Ənsari kimi səhabələr vasitəsiylə onlara nəsihət etdi .Əli hər nə qədər etsədə müsbət bir nəticə alınmadı.Xaricilər Əlinin ordusuna hücum etdilər çox şiddətli Nəhrəvan döyüşündə üsyançıların çoxu öldürüldü.Lakin bu savaşlada hər şey öz həllini tapmadı yenədə bu intiqam və üsyankarlıq eyni qaydada davam etdi.

KateqoriyaIslam haqqında
AdıXaricilər Haqqında
Oxunub15 dəfə
Yerləşdirildi1 il öncə

Digər Dini Məlumatlar
V...: Salam???? *** Gizli istifadəçi: Salam *** Aslan: Allahu əkbər *** Ibo: Salam *** Gizli istifadəçi: Salam *** Gizli istifadəçi: İmam cavad hirzi *** Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** X....: Allahın salami olsun her kese *** Lemos: Salam allah butun musulman baci qardaslarimizi qorusun. amin *** Leman: Salam allah butun musulman qardas ve bacilarimizi qorusun *** Naz: əziz istifadəçilər xahiş edirik mövzuya ait suallar yazın! *** Gizli istifadəçi: Esqin *** ???: Sayit neden boş? kimse daxil olmur... *** Çat
Qur'andan ayə
De: “Sizi yaradan, sizə qulaq, göz və qəlblər bəxş edən Odur. Nə qədər də az şükür edirsiniz!”
əl-Mulk (Məkkə Surəsi) 23-ci Ayə

Kateqoriyalar