[Azərbaycan tərcüməsi]
Ta, Sin! Bu, Quranın və (haqqı) bəyan edən Kitabın ayələridir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Möminlər üçün hidayət rəhbəri və müjdədir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O (mömin) kimsələr ki, namazı qılır, zəkatı verir və axirətə qəti şəkildə inanırlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, axirətə inanmayanların əməllərini özlərinə gözəl göstərdik. Buna görə də onlar sərgərdan gəzərlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar üçün pis bir əzab var və axirətdə ən çox ziyana uğrayanlar onlar olacaqlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Ey Peyğəmbər!) Həqiqətən, Quran sənə hikmət sahibi və hər şeyi bilən Allah tərəfindən verilir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bir zaman Musa öz ailəsinə: “Mən (uzaqda) bir od gördüm. Sizə oradan bir xəbər gətirəcəyəm, yaxud bir köz gətirəcəyəm ki, isinəsiniz”, - demişdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ora gəldiyi zaman belə bir səs gəldi: “Odun yanındakı (Musa) və odun ətrafındakılar (mələklər) mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey Musa! Şübhəsiz ki, Mən qüdrətli və hikmət sahibi olan Allaham![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əsanı at!” Musa əsanın ilan kimi qıvrıldığını gördüyü zaman arxasına baxmadan dönüb qaçdı. (Ona dedik:) “Ey Musa, qorxma! Çünki, peyğəmbərlər Mənim hüzurumda qorxmazlar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ancaq kim haqsızlıq edər, sonra da etdiyi pis əməlin əvəzinə yaxşı əməl edərsə, bilsin ki, Mən bağışlayanam, mərhəmətliyəm![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əlini qoynuna sal ki, qüsursuz və ağappaq çıxsın. Bu, Firon və onun qövmünə göstəriləcək doqquz möcüzədən biridir. Həqiqətən, onlar fasiq bir qövmdür”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Möcüzələrimiz açıq bir şəkildə onlara gəldiyi zaman: “Bu, açıq-aydın bir sehrdir!” - dedilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Daxilən buna əmin olduqları halda, zülm və təkəbbürləri səbəbilə onları inkar etdilər. Fitnə-fəsad törədənlərin aqibətinin necə olduğuna bir bax![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz Davuda və Süleymana da elm verdik. Onlar: “Bizi mömin qullarının çoxundan üstün edən Allaha həmd olsun!” - dedilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Süleyman Davuda varis olmuş və: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür”, - demişdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət ordusu toplandı. Onlar nizamla düzülüb gedirdilər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Nəhayət, onlar qarışqa vadisinə gəldikdə bir qarışqa belə dedi: “Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu fərqinə varmadan sizi əzməsinlər!”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Süleyman onun sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh qullarının arasına daxil et!”[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Süleyman quşları nəzərdən keçirib dedi: “Hüdhüdü (şanapipiyi) nə üçün görmürəm? Yoxsa o yoxdurmu?[Ərəb dilində]
[Ərəbcə Oxunuş]