[Azərbaycan tərcüməsi]
Ey örtünüb bürünən! (İlk vəhy gəldikdən sonra Həzrət Peyğəmbər Həzrət Cəbraili əsil surətində görmüş və qorxudan bədəni tir-tir titrəmişdi. Buna görə də birbaşa evinə qayıtmış və zövcəsi Xədicəyə: “Mənim üstümü örtün!” - demişdi. Bu hadisədən sonra Cəbrail təkrar ona vəhy gətirərək yuxarıdakı ayə ilə xitab etmişdi.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Az bir hissəsi istisna olmaqla, gecəni ibadətlə keçir![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Gecənin yarısını, yaxud yarısından daha az hissəsini[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Və ya yarısından daha çox hissəsini ibadətlə keçir! Quranı asta-asta (təfəkkür edərək) oxu![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, Biz sənə ağır bir söz vəhy edəcəyik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Gecə (ibadət üçün) qalxmaq daha təsirli və (Quran) oxumaq üçün daha münasibdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Çünki sənin gündüz məşğul olduğun uzun-uzadı işlərin var.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Rəbbinin adını zikr et və bütün varlığınla Ona yönəl![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O, şərqin də, qərbin də Rəbbidir. Ondan başqa heç bir ilah yoxdur. Ona görə də sən yalnız Ona təvəkkül et![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onların dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Nemət içində üzüb haqqı yalanlayanları Mənə burax və onlara bir az möhlət ver![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, Bizim yanımızda (onlar üçün hazırlanmış) qandallar və cəhənnəm vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bir də boğazdan keçməyən yemək və ağrılı-acılı bir əzab vardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
O gün yer üzü və dağlar silkələnəcək, dağlar dağılan qum yığınlarına çevriləcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Biz Firona peyğəmbər göndərdiyimiz kimi sizə də haqqınızda şahidlik edəcək bir peyğəmbər göndərdik.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ancaq Firon peyğəmbərə qarşı çıxdı. Buna görə də onu şiddətli əzabla yaxaladıq.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əgər haqqı inkar etsəniz, uşaqları ağ saçlı qocalara çevirəcək bir gündən özünüzü necə qoruyacaqsınız?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(O gün) göy yarılacaq, Allahın vədi yerinə yetəcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz, bu (Quran), bir öyüddür. Artıq kim istəsə, Rəbbinə doğru özünə bir yol tutar.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
(Ey Peyğəmbər!) Şübhəsiz ki, Rəbbin sən və səninlə birlikdə olanlardan bir zümrənin gecənin üçdə ikisinə yaxın bir qismini, (bəzən) yarısını, (bəzən də) üçdə birini ibadətə ayırdığını bilir. Gecəni və gündüzü ölçüb-biçən Allahdır. O, bu vaxtları hesablaya bilməyəcəyinizi bildiyi üçün sizi bağışladı. Ona görə də Qurandan sizə asan gələn yeri oxuyun! O, içinizdən xəstə olanları, eləcə də Allahın lütfündən (ruzi) axtarmaq üçün yer üzündə səfər edənləri və Allah yolunda vuruşanları bilir. Elə isə ondan (Qurandan) sizə asan gələn yeri oxuyun! Namazı qılın, zəkatı verin və Allaha gözəl bir borc verin! Özünüz üçün (dünyada ikən) hansı xeyirli bir əməli etsəniz, Allah dərgahında onun daha xeyirli olduğunu və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin! Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]