[Azərbaycan tərcüməsi]
Allah inkar edənlərin və (insanları) Öz yolundan döndərənlərin əməllərini boşa çıxarmışdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah iman gətirən, yaxşı əməllər edən və Rəbbindən Mühəmmədə haqq olaraq nazil olana (Qurana) inananların günahlarının üstünü örtəcək və onların vəziyyətini yaxşılaşdıracaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Çünki kafirlər batilə, iman gətirənlər isə Rəbbindən gələn haqqa tabe olmuşlar. Allah onların hallarını insanlara belə izah edir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Müharibədə kafirlərlə qarşılaşdığınızda onların boyunlarını vurun! Nəhayət, onları məğlub etdiyiniz zaman əsirləri kəndirlə möhkəm bağlayın! Müharibə qurtardığı zaman ya əvəzsiz, ya da fidyə qarşılığında (əsirləri azad edin). Budur! Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək istəyir. Allah Öz yolunda öldürülənlərin əməllərini boşa çıxarmaz.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah onları doğru yola yönəldəcək və onların vəziyyətini yaxşılaşdıracaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onları özlərinə tərif etdiyi cənnətə daxil edəcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər! Əgər Allaha (Allahın dininə) yardım etsəniz, O da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Məhv olsun kafirlər! Allah onların əməllərini boşa çıxarmışdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Çünki onlar Allahın nazil etdiyini bəyənmədilər. Buna görə də Allah onların əməllərini puça çıxardı.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı?! Allah onları məhv etmişdi. Onun bənzəri kafirlərin başına da gələcək.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Çünki Allah iman gətirənlərin himayədarıdır. Kafirlərin isə heç bir himayədarı yoxdur.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Kafirlər isə (dünya nemətlərindən) faydalanır və heyvanlar kimi yeyirlər. Onların yeri cəhənnəmdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Səni çıxartdıqları şəhərdən daha güclü neçə-neçə şəhərlər var idi ki, Biz onları məhv etdik və onların heç bir köməkçisi də olmadı.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Rəbbindən gələn açıq-aydın bir dəlilə əsaslanan kimsə pis əməli özünə gözəl göstərilən və nəfsinin arzularına uyan kimsə kimi ola bilərmi?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Müttəqilərə vəd olunan cənnət belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və Rəbbi tərəfindən məğfirət vardır. Elə isə o kimsə cəhənnəmdə əbədi qalan və qaynar su içirdilib bağırsaqları parçalanan biri kimi ola bilərmi?![Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onların arasında səni dinləyənlər də var. Nəhayət, sənin yanından çıxdıqları zaman elm verilmiş kimsələrdən: “O (Mühəmməd) bir az əvvəl nə deyirdi?” - deyə soruşurlar. Onlar Allahın qəlblərinə möhür vurduğu və öz nəfslərinin arzularına uyan kimsələrdir. (Münafiqlər Həzrət Peyğəmbərin hüzurunda olanda, yaxud xütbə verilərkən ona qulaq asır, sonra da ələ salmaq məqsədilə İbn Məsud və İbn Abbas kimi səhabələrə yaxınlaşaraq bir az əvvəl Peyğəmbərin nə dediyini onlardan soruşurdular. Yuxarıdakı ayə onların bu davranışlarına işarə edir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Doğru yolda olanlara gəldikdə, Allah onların doğruluqlarını artırar və onları təqvalı edər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar qiyamətin özlərinə qəflətən gəlməsinimi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. Qiyamət gəlib çatdığı zaman ibrət almaları onlara heç bir fayda verməyəcəkdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Həm öz günahlarının, həm də mömin kişi və qadınların günahlarının bağışlanmasını dilə! Allah gəzib dolaşdığınız yeri də, (gecə) qaldığınız yeri də bilir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Möminlər: “(Cihad haqqında) bir surə nazil olmalı deyildimi?” - deyirdilər. Ancaq hökmü açıq olan bir surə nazil olub orada döyüşdən bəhs edildiyi zaman qəlblərində xəstəlik olanların ölüm ayağında bayılan kimsənin baxdığı kimi sənə baxdıqlarını görərsən. Onlara yaraşan da budur![Ərəb dilində]
[Ərəbcə Oxunuş]